Yaxınlıxda da elə bir kənd-zad yoxdu ki, diyəsən, bəlkə
ordan gətirib gizlədiblər. Nə isə, çox müəammalı işdir.
I KƏNDLI –
Mən bilirəm o boğdanı bizim meşələrə, çaylara kim
gətirib töküb.
GÖRÜŞOV –
Bilirsən, bəs niyə gizlədirsən?
I KƏNDLI –
Deyirsiz, açıb söylüyüm?.. Məncə, bunu uçan
boşqablarla başqa planetlərdən gələnlər iliyiblər.
Gülüşmə qopur.
Deyilənlərə görə, başqa planetlərdə də belə hadisələr olur.
Belə ki, orda da kolxozlar öz hesabına min hektar əvəzinə iki
min hektar taxıl əkib becərir. Biçin vaxtı məhsulun çoxunu
xəlvəti olaraq kənar adamlara satırlar, bizdəki kimi dəyər-
dəyməzinə. Orda da elə olur ki, birdən qəfil yoxlamalar gəlib
çıxır, hələ sata bilmədikləri, gizlədə bilmədikləri taxılı uçan
boşqablara doldurub gətirib bizim meşələrə boşaldırlar ki,
özdəri sudan qup-quru çıxsınnar, bizim isə yapon saatı kimi
düppədüz işliyən rəhbərlərimiz şərə düşsünnər.
Hətəm yanıqlı-yanıqlı başını yırğalayır.
Görüşov dərndən köks ötürür. Yenə tərs-tərs Hətəmə baxır.
Eşitdiklərindən elə heyrətlənib ki, bilmir nə desin.
Sükut davam edir.
75
FISTIQ SƏFTƏR -
Hər il tonnarnan tütün verirdik, əlli-altmış
kilo barama verirdik. Inişilki tütün pulunu hələ ala
bilməmişik. Keçən ilki tütün hələ damda qalır, bu ilki də
talada batır. Vaxtlı-vaxtında traxtr vermədin, maşın
vermədin ki, yığıb gətirək. Diyirlər, hökümət tütünü sata
bilmir. Amma elə sədirlr var ki, onnar satırlar ayrı-ayrı xarici
şirkətlərə. Sən də diribaş ol, sat da kolxozun tütününü hara
sata bilirsənsə. Camaat tut ağaclarının da hamısını kəsib
yandırıb. Bəs bizim axırımız necə olacax? Vallah, a yoldaş
Görüşov, bax belə yaramaz rəhbərlərin üzündən bu günə
düşmüşük. Düzdü, başda oturannarda da günah çoxdu,
amma yerlərdə lap dəhşətdi.
HƏSƏNQULU KIŞI –
Axırda diyəsən mən də danışmalı olacam.
Ay yoldaş Görüşov, mənim xeyli yaşım var, bu dünyada çox
şeylər görmüşəm. Əvvəllər bu cür işdər olmazdı axı. Əvvəllər
bir vəzifədə on il, on beş il işdiyirdilər. Adamı bir vəzifəyə
qoyanda hər şeydən ötrü onu çıxartmazdılar. Nöqsannarı
olanda tənbeh iliyərdilər, yaxşı işdə, düzəlt diyərdilər. Hindi
kim hansı vəzifəyə keçsə, fikirləşir ki, onsuz da yerimi
isitməyə qoymayacaxlar, bir-iki ilə dəyişəcəklər yerimi, nə
qədər fürsət var, qoy söküm yiyim, soora nə olar-olar...
Hər təzə gələn qalxoz sədri özünə, qohumlarına yaxşı torpaq
alır, qalxoz hesabına bağ saldırır, ev tikdirir, maşın alır,
özünü tutur, soora da az aşım-ağrımaz başım diyib sivişir
qreslodan ki, qoy hindi də gəlib o birisi söksün, bütün
günahlar təkcə onun üstündə qalmasın...
Bax, budu dərdimiz. Hətəm də eləcə. Öz yükünü tutubdu
daa. Nə qədər gec dölü, aradan çıxmax istiyir, ona görə də
daa o vəzifəyə getmək istiyən yoxdu. Hər halda məddə
kiminsə başında çatdamalıdı.
Mən təklif iliyirəm ki, Hətəm öz yerini heç kimə verməsin.
Bacarıqlı adamdı, qoy özü işdəsin. Bütün səhvlərini
düzəltsin. Düzəldə bilməsə, soora yapışın yaxasınnan.
Məddə çatdıyasıdısa qoy elə onun öz başında çatdasın. Çünki
qalxozumuzu onun qədər öldürən ikinci bir sədir olmuyub.
ZIRPI HƏTƏM -
(Hirsini boğaraq.) Həsənqulu kişi, ağsaqqal
adamsan, sənə çox şey diyə bilmirəm. Ancax sən də ağ
iləmə, həddüvü bil... Sökməyə qalsa, ömür boyu əlləşsəm də
sənin nəvənin bir ildə gedib Urusiyyətdən gətirdiyi maşının
dəyərini sökə bilmərəm. Bir ildə işdiyib belə maşın almax
olseydi urusdarın hər birinin əlli dənə belə maşını olardı. Hə,
heç olmasa sən danışma.
76
HƏSƏNQULU KIŞI -
Birincisi, mənim o maşını haranısa
sökərək əldə iləmiyib. Heç elə işdiyib də canını əziyyətə
vermiyib, sadəcə qaynatası bağışdıyıb. Kişi orda böyük
şirkətdər yiyəsidi. Ikincisi, lap elə haranısa söküb gətiribdi,
bacarırsansa, get sən də qıraxdan söküb gətir. Hər halda
bunun kəndə ziyanı olmaz ki, xeyri olar. Amma sən bizim
içimizi sökürsən. Bir də sən niyə cırnayırsan axı? Sənə pis
söz demirəm ki. Təmiz adamsansa, qal yerində işdə diyirəm
də.
VI KƏNDLI -
(Sanki partdayır.) Nə? Nə didiz? Yerində qalıb
işdəsin hələ, hə? Az yiyib, genə yisin diyirsən? A kişilər,
diyəsən sizin hələ çox şeydən xəbəriiz yoxdu. Yoldaş
Görüşov, yoldaş Görüşov, sən Allah, icazə ver, mən də ikicə
kəlmə diyim. Ürəyim pardıyır axı. Gör bunnar məni nə cür
məcbur liyiblər ki, axırda bu savadsız canımla bir sicilləmə
ərzə yazmalı olmuşam.
(Cibindən əzik-üzük bir kağız çıxardır.) Özü də haralara? Bir
surəti irayonun icrayə hökməti başçısına, bir surəti milli
məclisə, biri qəmnist qəzetinə, ee, Azərbaycan qəzetinə, biri
də düz ora, nədi o, lap o bı-mı-tı-ya. Sən Allah, Görüşov
yoldaş, üçcə dəqqə məni dinnə, onu sənə də oxuyum, görün
bu hətəmlər nə oyunnar açırmış qalxozda.
GÖRÜŞOV -
Yaxşı, oxu. Ancaq qısa ilə, mən demək istəyirəm ki,
vaxtımız çox getdi onsuz da.
VI KƏNDLI -
Özü də tribunadan, o miqrafunnan oxumasam,
ürəyim soyuyan dölü.
GÖRÜŞOV –
Buyur, buyur.
VI KƏNDLI –
(Tribunaya yaxınlaşır. Hətəmə.) Sən çəkil əə
qırağa.
ZIRPI HƏTƏM -
Ə, Ramazan, bəsdi, genə o peyin söhbətini atıb
ortaya iylətmə məclisi.
VI KƏNDLI -
Hə, nədi,
yoxsa xoşuna gəlmir? Qoy gəlməsin,
amma qoy hamı bilsin sənin içdəklərini. Düş, düş ordan.
Əlacı kəsilmiş Hətəm tribunadan çıxıb boynunu buraraq bir kənarda
dayanmalı olur.
77
GÖRÜŞOV -
Buyur, buyur, yoldaş... (Adını xatırlamağa çalışır.)
YERDƏN SƏS -
Priboy Ramazan.
VI KƏNDLI -
Hə, priboy Ramazan. Axsaq Ənnağının uşağı
priboy Ramazan yoldaş tərəfindən ərzə. (Əlində tutduğu
kağızdan oxuyur.)
Bu ərzəmnən yazıb sizə diyrəm ki, bilin, eşidin! Neçə illərdi
ki əvvəl dədəm Ənnağı dədəm ölənnən sonura hindi də mən
onun uşağı priboy Ramazan qalxozun belarus traxtrını
lapetini sürürük!yeddi baş külfətəm. Bir baş uşağım tərtərdə
vırışır bir baş uşağım da saldatlıxda təpik döyür. Haçandı
gediblər nə məktub var nə xəbər yannarına da
gedəmmirəm. Diyirlər əppəkləri yoxdu özdərinə də bit
düşübdü diyirəm cannarı sağ olsun saldat hər şeyə
dözməlidi.özüm də qalxuzda işdiyirəm səlyarka da vermirlər
zapças da təkər də. Özüm də iki üç aydan bir əlli beş min
yəni beş məmməd bir nizamı alıram buna da bir kilo qənd
düşür diyirəm cannarı sağ olsun yəqin hökmətdə yoxdu ona
görə də şor satıram qapıdan qoyun- keçi satıram bir təər
fırranırıx. Diyirəm təki müharibə qurtarsın erməniləri yox
iliyək! Sonura hər şey yaxşı olar.
Amma məni yandıran başqa şeydi qalxuzda yihayidi!
Boğdanı yidilər meyvəni yidilər torpaxları yidilər. o günü üç
lapet boğda gətirmişəm naryadda görürəm biri var iksini
yiyiblər bir lapet alma gətirdim naryada düşmüyüb deməli
yiyiblər. iki lapet tütün gətirdim onu da yidilər!
A kişilər dəli oluram onda impera idik hər şey urusa gedirdi
onda da yiyirdilər amma xəlvəti az-az qorxa-qorxa onda
urusunkunu yiyirdilər hindi ki müstəqilik hindi ki hər şey
bizimkdi bəs hindi bizimkini niyə yiyirsiz!yoldaşlar soruşun
bilin!
A kişilər boğdamı yidilər dimmədim almamı yidilər
dimmədim torpağımı yidilər dinmədim tütünümü yidilər genə
dimmədim! O gün naryada baxmışam görürəm ki, a kişilər
düz əlli ton peyinimi yiyiblər! fermadan daşımışdım yaş-yaş
nə zülmnən suyu axa-axa naryadda yoxdu bildim ki peyini
də yiyiblər. düz əlli ton ha! Bu qədər peyini də yemək olar
mən bilirəm bını buxaltır tək yiyə bilməz! Bırda sədrin də
payı var aqronomun da təftişin də. Yoxsa bu qədər peyini
tək yimək olar! A yoldaşlar bu ərzəmnən yazıb sizdərdən
xaiş iliyirəm ki qoymuyun hər şeyi yiyirlər bizim qalxuzda
heç olmasa mənim peyinimi yeməsinnər xaiş iliyirəm nə cür
yiyiblərsə eləcə də qaytarsınnar geri! Adam da suyu axa-axa
nə zülmnən gətirdiym peyini yiyərmi! Yeddi baş külfətəm
78
qarabağda vırışanım var saldatlıxda təpik döyənim var özüm
də iki üç aydan bir məmməd bir nizamı alıram belə adamın
peynini yimək vallah haramdı özü də necə haram!
Müharibəni udmax istiyirik müstəqil olmax istiyirik peyin
yiyə-yiyə müharibəni udmax olarmı müstəqil olmax olarmı!
Imza traxtrist priboy Ramazan
Cavab gözdüyürəm haaa!
Ümumi gülüşmə.
Görüşov da gülməkdən özünü saxlaya bilmir.
Hardasa eşşək anqırır.
Gülüşmə bir az da şiddətlənir.
GÖRÜÇOV -
Əyləş, yoldaş Ramazan.
Çox sağ ol.
Məsələ
aydındı . (Üzünü yana tutub hərəkətsiz dayanış Hətəmi
uzun-uzadı süzərək.) Sən də gəl əyləş. Demək istəyirəm ki,
daha hər şey aydındı.
Hətəm suyu süzülə-süzülə gəlib yerində oturur.
Çox sağ olun, camaat... Bir çox həqiqətlərin üstünü açdınız
bu gün. Hə, demək istəyirəm ki, vəziyyət doğrudan da çox
mürəkkəb imiş... (Köks ötürüb bir müddət fikrə dalır.) Hə,
mən demək istəyirəm ki, keçid dövrü yaşayırıq. Indi hər
yanda çətindi. Sizin kənddə isə, demək istəyirəm ki,
doğrudan da lap çətinmiş, ağırmış... Bizim də səhvlərimiz
olub. Ən böyük səhvi də Hətəmovu bu vəzifəyə qoyanda
etmişik. Lakin mən də Həsənqulu kişinin təklifinə şərikəm.
Demək istəyirəm ki, Hətəmi bu işdən uzaqlaşdırmaq doğru
olmazdı. Gəlin ona möhlət verək. Işləməlisən, Hətəmov.
Vicdanla, namusla işləməlisən. Mən demək istəyirəm ki, heç
olmasa bu camaatın çörəyini qaytarmalısan. Ancaq sənin
üzərinə daimi nəzarət qoyacam. Komissiya təşkil edib
köhnə nöqsanlarını da araşdıracağam. Demək istəyirəm ki,
cəzasız da qalmayacaqsan.
Ancaq başqa bir məsələ də var. Cəmiyyətdə yeniləşmə
gedir. Kolxozların ləğv edilməsi qaçılmazdır daha. Nə qədər
nəzarət qoysaq da, hətəmovlar yenə öz bildiklərini
edəcəklər. Odur ki, təzə layihə hazırlanır. Torpaq islahatı
geniş şəkildə həyata keçiriləcək. Kolxozun torpağı, əmlakı
sizin özünüzə paylanacaq.
79
Mən demək istəyirəm ki, bundan sonra bir neçə ailə birləşib
özünə mini kolxoz olacaq. Fermer təsərrüfatlarının inkişafı
üçün siz də istəsəniz suda ala biləcəksiniz. Ancaq xan ölsə
də, ölməsə də heç kim bu borcu qaytarmaqdan yan qaça
bilməyəcək. Bundan tamamilə arxayın ola bilərsiniz. Öz
başınızın ağası özünüz olacaqsınız. Hətəmovlar daha sizə
lazım gəlməyəcək.
YERDƏN SƏS –
Bu nağıla oxşadı, belə şey ola bilməz.
GÖRÜŞOV -
Bəli, nağıla oxşayır. Ancaq bu nağıl bir neçə ilə
gerçəkləşməyə başlayacaq. Inanın mənə. Demək istəyirəm
ki, dünya belə qalmayacaq. Yavaş-yavaş hər şey düzələcək,
güzəranınız yaxşılaşmağa başlayacaq.
YERDƏN SƏS -
Kolxoz da dağılandan sonra hardan düzələcək
güzəranımız?
GÖRÜŞOV -
Maraqlıdı, vaxtı ilə kəndli kolxoz olmaq istəmirdi,
indi kolxozu dağıtmaq istəmir. Nə olar, yenə əl-ələ verib
müstəqil, heç kimdən asılı olmayan, hətta dövlətdən belə
asılı olmayan təsərrüfat yaradın. Sizə tam azadlıq veriləcək.
Nə istəsəniz əkib becərəcəksiniz. Məhsulunuzu kimə
istəsəniz, neçəyə istəsəniz sata biləcəksiniz. Mən demək
istəyirəm ki, siz belə bir yolun başlanğıcındasınız. Sonra
necə istəsəniz elə də hərəkət edəcəksiniz.
Başqalarından atalıq qayğısı ummayacaqsınız. Demək
istəyirəm ki,
özünüz özünüzə ağa olacaqsınız. Əl-ələ verib istədiyiniz kimi
işləyəcəksiniz, kasıbçılığın daşını atacaqsınız, əsil insan kimi
yaşayacaqsınız. Hətəmovlardan da birdəfəlik canınız
qurtaracaq. Demək istəyirəm ki, çətinliklərə dözün bir az.
Bu keçid dövrüdü, burda hər şey müvəqqətidir. Lap tezliklə
gözəl günlərin qədəmlərini hiss edəcəksiniz.
TAYQULAQ USUF -
Ay camaat, ay camaat! Niyə
qırırsınız bir-birinizi? Xəbəriniz yoxmu, torpağın altındakı
öküzlər dözmür daha. Onlar da acdı. Yeri vurub
dağıdacaqlar buynuzlarıynan. Dünyanın axırı yaxınnaşır.
Qırmıyın bir-birinizi. Yeyin-için, keyf iliyin heç olmasa.
FATMANISƏ -
(Əlini belinə qoyub ərinə baxır, axırda
dözmür.) Ədə, Tayqulax, sən də burdasanmış! Axtarmadığım
yer qalmayıb, heç dimə, gəlib burda filosoflux iliyirmiş
köpəy oğlu, it oğlu, donuz oğlu, eşşəy oğlu!.. (Söyə-söyə
adamların arası lə keçərək onun üstünə gedir.)
80
TAYQULAQ USUF -
(Qaçır.) Ay camaat, qaçın, qaçın qurtulun,
dünyanın axırıdı vallah... Haydı söylə, səni nə təəhər
söydüyümü...
Gözdən itirlər.
Oturanlar gülüşürlər.
Birdən göygöz Veysəl bərkdən fit çala-çala sərxoş halda səhnəyə gəlir.
Bir müddət çaşqın-çaşqın gah meydanda oturanlara, gah da
səhnəcikdəkilərə baxır.
Görüşovu görüb tez özünü ələ alır.
Əlini başının bərabərinə qaldırıb təzim edir.
GÖYGÖZ VEYSƏL -
Xəbər mənə hindi çatdı. Qaça-qaça gəldim.
Kimdi burda dələduzlux eliyən? Kimi tutub aparım? Hə,
diyin, yoldaş... Göy... Göy... Göyüşov, bağışdıyın, parddon-
pardon, Göyrüşov, ee, Gödüşov, tfu, Görüşov?
Meydanda yenə gülüş qopur.
Zırpı Hətəm, xəstə Qasım, ambardar Fərzəli özlərini itirdiklərindən donub
qalırlar.
GÖRÜŞOV -
(Ayağa qalxır. Yavaş-yavaş səhnəciyin önünə gəlir.
Başını yırğalaya-yırğalaya diqqətlə göygöz Veysəli süzür.)
Məni... demək istəyirəm ki... məni tutub aparın.
Elə bu an işıqlar sönür.
Hər tərəfi qaranlıq bürüyür.
Fit səsləri, hay-küy, qışqırıq meydanı başına götürür.
Hardasa eşşək də anqırır.
Orda-burda kibrit, alışqan işıqları nəzərə çarpır.
Tamaşanın əvvəlində gördüyümüzdən xeyli yaşlaşmış Yazıçı avansəhnəyə
gəlir.
Onun arxasından pərdə yavaş-yavaş enir.
81
İYİRMİ DOQQUZUNCU FRAQMENT
REPRODUKTOR –
Quq-qu... Danışır Meşəli radiosu... Bu gün---
----------------------------- -ci il, ----------------, cümə
günüdür. Başlanmış yeni gün qoy sizə uğur və səadət
gətirsin. (Sakit, gözəl bir musiqi.)
YAZIÇI –
Günləri uzun olsa da, fikir vermisinizmi, ən tez ötüb
keçən fəsil yay fəslidir. Həm də ən çox yadda qalan,
sonradan həzin qüssə ilə xatırlanan fəsil...
Hər yay olduğu kimi yenə yolum oradır, o doğma Meşəli
kəndinə. Nədənsə hər dəfə yolum ora düşəndə həmişə o
uzaq yay düşür yadıma. O yay bəlkə də Meşəlinin ən ağır
yayı idi. Yoldaş Göyüşov, bağışdayın, Görüşov demişkən,
yeni bir yolun başlanğıcında idi meşəlilər.
Illər keçdi, hətəmovlar hakimiyyətinə son qoyuldu,
Meşəlinin həyatında dönüş yarandı, həmkəndlilərim
çətinliklərdən müəyyən qədər qurtuluş tapdılar. Bir qədər də,
Huraman demişkən, çətinliklərə alışdılar. Hər halda Meşəli o
yayın Meşəlisi geyil.
Bu yay nə gözləyir məni orda – bilmirəm. Söz yox ki, yenə
köhnə zarafatlar, şən əhvalatlar, bəlkə də əvvəlkindən də
məzəli, daha gülməli.
“Dərdə ağlamaq hər kişinin işidir, gülmək - ər kişinin” deyər
meşəlilər...
Qatar səsi.
Yazıçı çantasını götürüb tələsik gedir.
Qatar səsi yaxınlaşır və sonra getdikcə uzaqlaşır, eşidilməz olur.
Meşəli radiosunda səslənən həzin musiqi davam edir.
S O N
Füzuli YAVƏR
ser.f.yaver@mail.ru
fserkerov@gmail.com
82
Dostları ilə paylaş: |