Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
  1   2   3   4   5   6   7   8   9   ...   23
Maşınşünaslıq (Mühazirələr)



Metal və Ərintilər 
 
Metalların klassifikasiyası 
Qızmış metal hissə 
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə 
azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və 
metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. 
Metallar D. Mendeleyevin kimyəvi elementlərin dövrü sistemində Bor ilə 
Polonium arasında yerləşən kimyəvi elementləri əhatə edir. Bununla kimyəvi 
elementlərin 80 %-i metal sayılır. Yarımmetallara və qeyri- metallara keçid 
tədricən baş verir. Ən geniş yayılmış metal kimi alüminiumu göstərmək olar. 
Metallara təbiətdə filiz və birləşmələr şəklində rast gəlinir. Onlar oksid, sulfid, 
karbonat və başqa kimyəvi birləşmələri əmələ gətirirlər.Təmiz metal əldə etmək 
üçün onları filizin tərkibindən çıxartmaq lazımdr. Lazım gəldikdə metalların 
xassələri legirləyici elementlərin köməyi ilə yaxşılaşdırılır. Bununla metallurgiya 
elmi məşğul olur. Metallurgiyada qara (dəmir əsasında ) və əlvan ( buraya 
dəmirdən başqa aid olanlar daxildirlər) metallar fərqləndirilirlər. Qızıl, gümüş və 
platin bahalı metallara aid edilirlər. 
Bütün metallar (civədən başqa) normal halda bərk şəkildə olurlar. Ərimə 
temperaturu −39 °C-dən (civə) 3410 °C ( volfram ) arasında yerləşir. Sıxlığına 
görə metallar yüngül ( sıxlığı 0,53 ÷ 5 q/sm³ ) və ağır olurlar ( sıxlığı 5 ÷ 22,5 
q/sm³ ). 


Metallar iki qrupa bölünür: qara və əlvan metallara ayrılır. Qara metallar dəmir və 
onun ərintiləri olan polad və çuqundan ibarətdir. Qalan metallar isə əlvan metallar 
qrupunu təşkil edir. Əlvan metallar öz növbəsində yüngül, ağır, nadir və nəcib 
metallar qrupuna ayrılır. 
Qara metallar çox qiymətli mexaniki, texnoloji və s. xassələrə malikdir. Dünyada 
istehsal edilən materialların ümumi miqdarının təxminən 94%-ni qara metallar 
təşkil edir. Buna görə də hər hansı ölkənin xalq təsərrüfatının texniki səviyyəsi, ən 
əvvəl həmin ölkədə əridilən qara metalların miqdarı ilə xarakterizə olunur.
Əlvan metallar və bunların ərintiləri əlavə olaraq bir sıra xüsusi xassələrə malikdir. 
Məsələn: yüksək elektrik və istilik keçiriciliyinə, korroziyaya, sürtünmə və 
mexaniki yeyilməyə qarşı davamlılığa malik olmaları ilə 
fərqlənirlər. Alüminium, maqnezium və s. kimi yüngül metalların əsasında 
yaradılan ərintilər yüngül olduqlarından təyyarə, kosmik gəmilər, süni peyklər və 
raket istehsalında geniş tətbiq 
edilməkdədir. Molibden, volfram, vanadium, titan, niobium, kobalt və s. kimi 
metallardan korroziyaya və odadavamlı olan polad və xüsusi ərinti növlərinin 
alınmasında geniş istifadə edilir. Nəcib metallar, o 
cümlədən platin, qızıl, gümüş saf və ya ərintilər şəklində işlədilir. Bunlardan 
həssas, dəqiq və paslanmayan cihazların hazırlanmasında istifadə edilir. 
 
Odun metal, mülki və xüsusi əhəmiyyətli spektrin aşağı ərimə 
vismutu, qurğuşun, qalay və kadmiumu vəhdətindən xəbər verir 
 
Maye bürünc, kastinqlər zamanı qəlibə boşaldılır. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin