IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
727
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sektorunda həyata keçirilən iri miqyaslı layihələrin, xüsusilə, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində
Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. Onu da qeyd etmək olar ki,
gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə
tutulur.Ölkənin iqtisadi həyatında dövlət sektoru öz ağırlığını qoruyur (90%), xüsusi sektorda və
kollektiv şirkətlərdə isə10% bir payı var. Ancaq bu nisbətlər hər gün xüsusi sektor istiqamətində
dəyişir. 1991-1992-ci ildə Qazax Hökuməti özəlləşdirməni, mülkiyyət və sərbəst bazar iqtisadiyyatına
girməyə başlamış və yüksək naliyyətlər qazanmışdır. Ölkənin zəngin neft və qaz ehtiyatları var:
Chevron, Elf Aquitaine, British Petroleum şirkətləri ilə razılaşmalarimzalanmışdır. Qazaxıstanın yüz
altmış bölgəsində 2.1 milyard ton neft ehtiyatı var və Xəzər hövzəsi ilə birlikdə və təxmini ümumi 4.5
milyard tona çatdığı müəyyən olunmuşdur. Qazaxıstanda Xəzər qaz yataqları ilə birlikdə ümumi qaz
ehtiyatının isə alti trilyon kub metrə çatacağı hesab edilir. Dünya bankı 2015-ci il üçün Qazaxıstan
iqtisadiyyatının artım tempini 1.8 % dən 1.3% qədər pisləşdirib. Həmçinin də 2016-cı və 2017-ci illər
üçün ehtimallar da dəyişdirilmişdir: Dünya Bankı həmin illər üçün iqtisadi artımı 2.8% və 3.9%
proqnozlaşdırır.
2014-cü ildə Qazaxıstan Respublikası iqtisadiyyatının artımı 2013-cü ildəki 6%-dən 4.3% qədər
azalıb. Dünya Bankı hesab edir ki, neft qiymətlərinin aşağı düşməsi investorların Qazaxıstan
iqtisadiyyatına olan inamını zəiflədib. 2014-cü ildə investitsiyaların artımı 2013-cü ildəki 6.2%-dən
2% qədər azalıb. Bu göstəricinin yaxın zamanlarda artırılmasına səylər göstərilir.Bank of America
(BofA) Merrill Lynch analitikləri hesab edirlər ki,tənəzüldən qaçmaq üçün Qazaxıstan tenqenin
devalvasiyasını davam etdirməlidir. 2014-cü ilin 11 fevralında tenqe dollar nisbətdə 19% devalvasiya
edilmişdi.
QİYMƏTLİ KAĞIZLAR BAZARININ İQTİSADİYYATDA ROLU
VƏ AZƏRBAYCANDA İNKİŞAF PROBLEMLƏRİ
Leyla PİRİYEVA
Qafqaz Universiteti
piriyeva.leyla@gmail.com
AZƏRBAYCAN
Qiymətli kağızlar bazarı maliyyə bazarının tərkib hissələrindən biridir. Bu bazarı araşdırarkən ilk
növbədə onun əsas tərkib hissəsi olan qiymətli kağızların nə olduğuna nəzər salaq. 14 iyul 1998-ci ildə
qəbul olunmuş Azərbaycan Respublikasının “Qiymətli kağızlar haqqında” qanununda qiymətli
kağızlara bu cür tərif verilir. “Qiymətli kağız öz sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu
hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayyət etməklə,
təsdiqləyən sənəd"dir. Qiymətli kağızlar qiymətli kağızlar bazarında dövr edən, nə əmlak, nə də pul
istehlak dəyərinə malik olmayan xüsusi növ əmtəədir. O,ilk növbədə iqtisadiyyatda nizamlaşdırma
rolunu oynayır, belə ki qiymətli kağızlar kapitalın bir sahədən, digər sahəyə və ya əksinə axınını təmin
edir. Bazar iqtisadiyyatı şəraitində yeni müəssisələrin yaradılması iri həcmdə kapital qoyuluşu tələb
edir və bu zaman da sahibkarların vəsaitləri və borc ala biəcəkləri kapitalar yetərli olmur.
İqtisadiyyatın bu çatışmazlıqları qiymətli kağızlar vasitəsilə aradan qaldırılır. Qiymətli kağızların əsas
növlərindən olan səhmlər və korparativ istiqrazların yaranma səbəbi məhz istehsalın zəruri tələbləri
olmuşdur. Bu növ qiymətli kağızlar bazar münasibətlərində əhalinin bu sferaya daxil olmasına,
istehsalın səmərəliliyinin artırılmasında maraqların nəzərə alınmasına və insanlarda iqtisadiyyat
mədəniyyətinin yaradılmasına şərait yaradır. Qiymətli kağızlar istehsal proseslərinin fasiləsizliyin
təmin edilməsində mühüm rol oynayır. Bu prosesin fasiləsizliyi material və maliyyə axınlarının
qarşılıqlı istiqamətdə hərəkətindən asılıdır, lakin bu fasiləsizliyi hər zaman təmin etmək olmur və bu
problem qiymətli kağızlar vasitəsilə aradan qaldırılır. Müəssisə qiymətli kağızlardan istifadə edərək
dövriyyə vəsaitləri əldə edir.
Qiymətli kağızların iqtisadiyyatdakı rolundan bəhs edərkən aşağıdakıları qeyd etmək olar.
- Qiymətli kağızların yerləşdirilməsi istehsalın inkişafı üçün resursların toplanmasının səmərəli
üsuludur.
Qafqaz U
- Q
- F
- Ö
əlverişli
yüksəlir.
Dey
resurslar
pul-kred
malikdir
səbəbdir
yatın sağ
qiymətli
Qiymətli
kağızlar
2008-ci
dentinin
likasının
edildi.
Ölk
etməkdə
qaldırma
ması üç
korporat
əməliyya
Qiy
və əmtəə
tərmişdir
aktivlərd
olmuşdu
törəmə q
fiskal si
qiymətli
ötən illə
M
IV INTERN
University
Qiymətli kağ
Fiziki və hüq
Ölkənin siya
şərait olma
.
yilənləri üm
rının hərəkət
dit siyasətinin
r. Qimətli ka
r. Belə nəticə
ğlam fəaliyy
kağızlar ba
i Kağızlar ü
bazarında y
ildə Komitə
müvafiq Sə
n Qiymətli K
kəmizdə qiy
ədir, lakin ba
aq üçün bir
çün layihələr
tiv idarəetmə
atlarını geniş
ymətli kağızl
ə bazarlarınd
r. Maliyyə
dən qisamüd
ur. Ötən il is
qiymətli kağı
iyasətinin d
kağızlar sek
müqayisədə
Mənbə: Azərb
(http:
NATIONAL
ğızlar əmtəə
quqi şəxsləri
asi və iqtisa
dıqda qiymə
mumiləşdirərə
tini təşkil etm
n əsas aləti
ğızlar bazarı
əyə gəlmək
yəti üçün qiy
azarı XX ə
üzrə Dövlət
yeni inkişaf m
ənin restruktr
ərəncamı ilə
Kağızlar üzrə
mətli kağızl
azarda probl
sıra tədbirlər
r həyata keç
ə sahəsində
şləndirməlidi
lar bazarının
da baş verən
sektorunda
ddətli aktivlə
stifadəyə ve
ızlarla əməli
dəyişməsi nə
ktorunda mü
ə 21 faiz azal
Cədvəl 1. İnve
baycan Respub
://www.scs.gov
SCIENTIFIC
və pul tədav
in azad pul v
adi həyatınd
ətli kağızları
ək belə nətic
mək, onların
kimi çıxış e
ının inkişaf e
olar ki, baza
ymətli kağızl
srin əvvəllə
Komitəsinin
meyilləri və
rizasiyasını
müstəqil mə
ə Dövlət Ko
lar bazarının
lemlər və ça
r həyata keç
çirilməlidir,
dünya təcrü
ir.
hal-hazırki v
n proseslər öl
likvidliyin
ərə yönəlməs
erilən törəmə
iyyatlarda mü
əticəsində d
şahidə oluna
laraq 10,5 mi
estiisya qiymətl
likasının Qiym
v.az/userfiles/fil
C CONFERE
728
vülünə xidmə
əsaitlərinin i
dakı dəyişikl
ın kursu aşa
cəyə gəlmək
n düzgün şək
etmək və s.
etməsi ölkən
ar iqtisadiyy
lar bazarının
ərində yaranm
n yaranması
daha çevik
şərtləndirdi.
ərkəzi icra h
omitəsi (QK
n tarixi çox
atışmazlıqlar
çirilməlidir. F
informasiya
übəsindən ist
vəziyyətinə n
lkənin maliy
azalması sə
si qiymətli k
ə maliyyə al
üşahidə olun
övlət qiymə
an geriləmə q
ilyard manat
li kağızlar baza
mətli Kağızlar üz
les/QKDK-nin_
ENCE OF YO
2
ət sahəsində f
investisiyası
lilklərin baro
ağı düşür və
k olar ki, qiy
kildə istifadə
görə iqtisad
in əlverişli in
yatı ölkəsi ol
n inkişafı laz
mışdır. Lak
ından sonra
tənzimləmə
Belə ki, 19
hakimiyyəti o
KDK) yaradıl
da qədim o
mövcuddur
Fond bazarın
a təminatı y
tifadə olunm
nəzər salsaq
yyə sektorun
əbəbinə gör
kağızlar baz
lətləri platfo
nan pozitiv tr
ətli kağızlar
qiymətli kağı
t təşkil etməs
arı üzrə müqayis
zrə Dövlət Kom
_Fealiyyet_hesa
OUNG RESE
29-30 April 2
fəal iştirak e
üçün yığım
ometridir. B
əksinə canl
ymərli kağız
əsinə şərait y
diyyatın inki
nvestisiya m
laraq Azərba
zımi bir pros
in bazarın i
sürətlənməy
və nəzarət z
9 noyabr 200
orqanı kimi
ldı və hökum
olmasa da,
r. Belə ki, bu
nı dünya stan
yüksək səviy
malıdır, Mərk
2015-ci il ər
a əhəmiyyət
rə investisiy
zarını xarakt
orması vasitə
rendlərə bax
bazarının
ızlar bazarın
si ilə nəticələ
səli göstəricilər
mitəsi
abati_2015.pdf
EARCHERS
016, Baku, A
dir.
rolunu oynay
Böhran zama
lanma dövrü
zlar bazarda
yaratmaq və
işafında müh
mühitinin yara
aycanda da i
sesdir. Azərb
inkişafı 199
yə başladı.
zərurətinin y
08-ci ildə öl
Azərbaycan
mətin tərkib
bazar sürətl
u problemlə
ndartlarına u
yyəyə çatdır
kəzi Bank aç
rzində qlobal
tli dərəcədə t
yaların uzun
erizə edən ə
əsilə həyata
xmayaraq, mo
azalması, k
nda əqdlərin h
ənmişdir.
r
12.02.2016 )
Azerbaijan
yır.
anı və ya
ündə kurs
a maliyyə
ə maliyyə
hüm rola
anmasına
iqtisadiy-
baycanda
98-ci ildə
Qiymətli
yaranması
lkə prezi-
Respub-
inə daxil
lə inkişaf
ri aradan
uyğunlaş-
rılmalıdır,
çıq bazar
l maliyyə
təsir gös-
nmüddətli
əsas amil
keçirilən
onetar və
korporativ
həcminin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
729
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Korporativ qiymətli kağızlar bazarında əqdlərin həcmi orta aylıq 89 faiz artaraq 4,2 milyard
manata çatmışdır. Korporativ qiymətli kağızların ilkin bazarında durğunluq müşahidə olunsa da, bu
alətlərlə təkrar bazar əməliyyatları 59 faiz artaraq 2,3 milyard manat təşkil etmişdir.
2015-ci il ərzində Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının
emissiyasının baş tutmaması dövlət qiymətli kağızlar bazarında əqdlərin həcminə, onlarla həyata
keçirilən repo/əks repo əməliyyatlarına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Beləliklə, 2015-ci il
ərzində dövlət qiymətli kağızlar bazarının həcmi 144,6 milyon manata çatmışdır. Cari il ərzində Bakı
Fond Birjasının törəmə qiymətli kağızlar platformasında ümumi məbləği 98,9 milyon manat olan
əmtəə əsaslı və ümumi dəyəri 6,1 milyard manat olan valyuta əsaslı törəmə qiymətli kağızlarla ticarət
əməliyyatları həyata keçirilmiş, törəmə qiymətli kağızlar bazarının həcmi 6,2 milyard manat təşkil
etmişdir ki, bu da ötən ilin müvafiq göstəricisindən 41 faiz çoxdur.
QKDK-nın 2015-ci il fəaliyyətində dair hesabatda qeyd olunur ki, cari il ərzində qiymətli
kağızlar bazarının hüquqi və tənzimləyici bazasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması
sahəsində əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə ki, hesabat dövrü ərzində “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli Fərmanı
ilə tətbiqinə başlanılmışdır. Qanun qiymətli kağızlar bazarında tənzimləmənin qabaqcıl beynəlxalq
standartlar əsasında həyata keçirilməsini nəzərdə tutur, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan
maliyyə xidmətlərinin daha da genişlənməsini təşviq edir və bazarın dinamik inkişafı üçün əlverişli
zəmin formalaşdırır. Hesabat dövrü ərzində QKDK-da növbəti ortamüddətli perspektiv üçün inkişaf
strategiyası qəbul edilmişdir. Belə ki, qeyri-neft sektorunu ucuz, davamlı və rəqabətli maliyyə
resurslarına çıxış ilə təmin edən, daxili və xarici təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirən qiymətli
kağızlar bazarının formalaşdırılması missiyası çərçivəsində QKDK-nın struktur bölmələri tərəfindən
2016-2018-ci illəri əhatə edən Strateji Plan hazırlanaraq təsdiq olunmuşdur. Strateji Planın
hazırlanmasında məqsəd əvvəlki dövrlərdə nail olunmuş uğurları qoruyan və yeni situasiyada
hökumətin iqtisadi diversifikasiya siyasətini dəstəkləyərək real sektorun maliyyə tələbatını davamlı
təmin edən dayanıqlı infrastruktur və yüksək kompitensiyalı bazar institutlarının formalaşdırılmasıdır.
Qiymətli kağızlar bazarının inkişafı üçün həyata keçirilən ən son layihələrdən biri də 10 fevral
2016-cı il tarixində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qiymətli kağızlar bazarında
Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) istifadəyə verilməsidir. MEAS qiymətli kağızlar
bazarında şəffaflığın artırılması, məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi, investorlara
dəqiq və dolğun informasiyanın təqdim edilməsi, qiymətli kağızlar bazarında açıqlanan məlumatların
mərkəzləşdirilmiş qaydada saxlanılması və proseslərin elektronlaşdırılması üçün yaradılmışdır.
XƏZİNƏDARLIĞIN DÖVLƏT BÜDCƏSİNİN İCRASINDA
ROLU VƏ ƏSAS FUNKSİYALARI
İsgəndər BABAZADƏ
Azərbaycan Dövlət İqtisad Universiteti
isgender618@mail.ru
AZƏRBAYCAN
Dövlət büdcəsinin icrasında əsas yerlərdən birini xəzinədarlıq tutur ki, xəzinədarlığın əsas rolu
ödəniş və hesablaşmaların aparılmasında effektivliyin əldə olunmasının təmin edilməsidir. Ödəniş və
hesablaşmaların aparılmasında bank sisteminin də ciddi aktivliyi müşahidə olunmaqdadır. İnkişaf
etmiş ölkələrdə xəzinədarlıq bütün tələb olunan ödənişlərin həyata keçirilməsi üçün kifayət qədər pul
vəsaitlərinin mövcudluğuna zəmanət verir. Pul qıtlığı yaranarkən xəzinədarlıq mövcud vəziyyəti
düzəltmək üçün borc götürür və yaranacaq fövqəladə halların qarşısını alır.
Xəzinədarlığın dövlət büdcəsinin icrasında rolunu müəyyən etmək üçün ilk öncə dövlət büdcə-
sinin icrası anlayışını dəqiq dərk etmək lazımdır. Fikrimizcə, “dövlət büdcəsinin icrası” anlayışının
mahiyyətini əhatəli şəkildə iqtisadçı alim B.N. Terebilenkonun ümumiləşdirməsində görmək müm-
kündür. B.N. Terebilenko dövlət büdcəsinin icrası anlayışını belə ifadə edir: "Büdcənin icrası –
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
730
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
nəzərdə tutularaq təsdiq olunmuş dövlət büdcəsi daxilində gəlirlərin daxil olması və nəzərdə tutulmuş
xərclərin həyata keçirilməsi prosesidir, hansı ki, özünə aşağıdakıları daxil edir: büdcənin icrasının
proqnozlaşdırılması, vəsaitlərin idarə edilməsi, gəlirlərin idarə edilməsi, büdcə icrasının operativ
planlaşdırılması, xərclərin idarə edilməsi, borcun idarə edilməsi, mühasibat uçotunun həyata keçiril-
məsi, dövlət büdcəsinin hesabatlılığının təmin edilməsi”. Bu fikirdə dövlət büdcəsinin icrasında olan
iqtisadi elementlərin dəqiq və ardıcıl təsvir olunmuşdur. Lakin burada digər iqtisadi tapşırıqların və
məsələlərin həll olunması tələb olunur ki, son nəticədə dövlət büdcəsinin icrasında problemlər
müşahidə olunmasın.
Dünya ölkələrində büdcə prosesinin mərhələlərinin realizasiyasında oxşar cəhət büdcənin tərtib
olunması və icra edilməsi dövlətin icraedici orqanlarının funksiyaları kimi, dövlət büdcəsinin
müzakirə və təsdiq olunması isə dövləti təmsil edən əsas hakimiyyət orqanlarının funksiyaları kimi
qəbul olunmasıdır. Dövlət büdcəsinin layihəsinin tərtibi icraedici orqanlar tərəfindən növbəti maliyyə
ili başlamamışdan (Böyük Britaniya, Almaniya, Yaponiya) 6-7 ay əvvəl öncə başlanılır. Dövlət
büdcəsinin layihəsinin tərtibində növbəti maliyyə ili üzrə dövlətin vergi və pul-kredit siyasəti, büdcə
defisitinin bağlanması üçün cəlb olunacaq vəsaitlərin əsas istiqamətləri, büdcə gəlirlərinin büdcə
sisteminin səviyyələri üzrə bölgüsü müəyyənləşir. Adətən dövlət büdcəsinin layihəsinin tərtibi
Maliyyə Nazirliyi tərəfindən aparılır. Dövlət büdcəsinin müzakirə və təsdiq olunması proseduraları
ölkələrin parlamentləri tərəfindən müxtəlif xüsusiyyətlərlə aparılır, lakin burada bütün ölkələr üçün
ortaq cəhət dövlətin maliyyə fəaliyyətində ölkənin maliyyə vəsaitlərinin idarə edilməsində parlament
idarəetməsinin operativliyi müşahidə olunur. Dövlət büdcəsinin təsdiqindən sonra büdcənin icrası
mərhələsində büdcə qanununa görə planlaşdırılmış müddət ərzində gəlirlərin yığılması və sonra
xərclərin yerinə yetirilməsi baş verir. Dövlət büdcəsinə nəzərdə tutulmuş qaydada bütün gəlirlərin
yığılması, saxlanılması və təyinatı üzrə xərclənməsi ümumdövlət xəzinəsi (xəzinədarlıq) vasitəsilə
reallaşır. Ümumdövlət xəzinəsi deyildikdə isə xəzinədarlıq anlayışı meydana gəlir ki, burada
xəzinədarlıq ölkəyə məxsus olan bütün pul vəsaitlərinin rezervuarı kimi çıxış edir. Xəzinədarlıq
çərçivəsində bütün qurulmuş ayrı-ayrı xəzinə idarələrinin vahid xəzinədə mərkəzləşdirilməsi baş verir
ki, burada ərazi xəzinə idarələrinin əsas xəzinədarları tərəfindən hesabatlılıq təmin olunur.
Hal-hazırda dünya ölkələrində xəzinədarlıq anlayışı daxilində çox ciddi funksiyalar yerinə
yetirilir. Xəzinədarlıq çərçivəsində yerinə yetirilən əsas funksiyalara - milli uçot standartlarının və
nəzarət mexanizmlərinin hazırlanaraq təkmilləşdirilməsi, cari əməliyyatların uçotu (büdcənin icrasının
yüksək avtomatlaşdırılmış prosedurlarının iştirakı ilə), gələcək pul axınlarının proqnozlaşdırılması,
büdcənin icrası zamanı cari nəzarətin həyata keçirilməsi, ödənişlərin mərkəzləşdirməsi halında ödəniş
tapşırıqlarının verilməsi, dövlət borclarının idarə edilməsi, vahid xəzinə hesabının idarə edilməsi
(gəlirlər və xərclər üzrə büdcənin xəzinə icrası), hökumətin pul aktivlərinin idarə edilməsi, hökumətin
başqa maliyyə aktivlərinin idarə edilməsi (məsələn, dövlət kreditləri), dövlət zəmanətlərinə nəzarət,
büdcə təşkilatlarının daxili auditi daxildir.
Xəzinədarlıq funksiyaları ölkələrdə əsasən Maliyyə Nazirliyinin nəzarəti altında reallaşır. Bəzi
ölkələrdə isə xəzinədarlıq funksiyaları Maliyyə Nazirliyi və digər nazirliklər arasında bölüşdürülərək
reallaşır. Eyni zamanda dünyada ən son tendensiyaya əsasən ölkələrdə xəzinədarlıq strukturları
yaradılır və xəzinədarlıq stukturlarının nəzarəti altında xəzinədarlıq funksiyaları həyata keçirilir. Digər
tərəfdən xəzinədarlıq funksiyaları diversifiksiya olunan xəzinədarlıq strukturları tərəfindən də reallaşa
bilər.
Qeyd lazımdır ki, dünyada hal-hazırda oxşar struktura və universal funksiyaları yerinə yetirən
xəzinədarlıq mövcud deyildir. Hər ölkədə qurulan xəzinədarlığın üstün cəhətləri və çatışmazlıqları
mövcuddur. Beynəlxalq Valyuta Fondunun ekspertləri inkişaf etmiş ölkələrdə xəzinədarlıqların
funksionallığını müşahidə etmiş və vurğulamışlar ki, ölkənin sosial-iqtisadi vəziyyəti, dövlətlərin
quruluş forması, ölkənin dünyada hansı regionda yerləşməsi, tarixi ənənələri maliyyə sistemində
qurulan xəzinədarlıq orqanlarının strukturunda və yerinə yetirdiyi funksiyalarda dəyişikliklərə gətirib
çıxardırdı. Buna görə də dünyada oxşar struktura malik olan və eyni funksiyaları yerinə yetirən
xəzinədarlıq orqanları mövcud deyildir. Ölkələrin hər hansı birində olan xəzinədarlıq modelini
prioritet hesab edərək tətbiq etmək yanlışdır. Burada əsasən düzgün və sınanmış qərarlar vasitəsilə
müəyyən elementlərdən istifadə etmək daha məqbul sayılır.
Qeyd edildiyi kimi, xəzinədarlığın yerinə yetirdiyi əsas funksiyalar gəlirlər və xərclər üzrə
büdcənin xəzinə icrası, nağd pulu idarəetmə, vahid xəzinə hesabının idarə edilməsi, dövlət borcunu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
731
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
idarə edilməsidir. Lakin xəzinədarlıq orqanlarının yerinə yetirdiyi funksiyalardan başqa onu
xarakterizə edən əlamətlər də mövcuddur. Ən vacib əlamət isə xəzinədarlığın dövlət maliyyəsinin
tərkibində tutduğu rol hesab edilir. Dövlət maliyyəsinin idarə edilməsində təsirinə görə xəzinədarlıq
orqanlarının rolu aşağıdakı kimi təsnifləşdirilir:
Hiperaktiv – xəzinədarlıq orqanları əvvəlcədən qəbul edilmiş kriteriya, qaydalar əsasında
müəyyənləşdirilmiş xərc əməliyyatlarını apararkən xüsusi siyahı tərtib edib onu həyata keçirə bilər.
Xəzinədarlıq dövlət borclarının idarə edilməsində kifayət qədər təsirə və iştiraklılığa malikdir.
Aktiv – xəzinədarlıq orqanları ayrılmış resurslar çərçivəsində öhdəliklər üzrə və xərclərin
ödənilməsində limitlər tətbiq edə bilər. Xəzinədarlıq dövlət borcunun idarə edilməsində müəyyən
səviyyədə təsirə malikdir.
Passiv – xəzinədarlıq orqanlarının fəaliyyəti təsdiq edilmiş büdcə qanununa əsasən ayrılmış
resurslara əsasən məhdudlaşır. Xəzinədarlıq orqanlarının fəaliyyəti dövlət büdcəsinin icrası
mərhələsində tamamilə dar çərçivəni əhatə edir, demək olar ki, dövlət büdcəsinin icrası mərhələsinə
qarışmır, yalnız xəzinədar (kassir) rolunda çıxış edir. Xəzinədarlıq büdcə təşkilatlarına pul vəsaitlərini
çatdıraraq onların məqsədli proqramlarının reallaşmasına kömək edir.
Xəzinədarlıq orqanları dövlət maliyyəsinin idarə edilməsində iştirak edərkən müəyyən alətlərdən
istifadə edir. Bu alətlərə büdcə öhdəlikləri üzrə məhdudiyyətlər, büdcə və maliyyə məhdudiyyətləri,
büdcə təxsisatları daxildir.
Qeyd edilmiş fikirləri cəmləyərək, ümumiləşdirilmiş şəkildə dünya ölkələrində xəzinədarlıq
orqanlarının dövlət maliyyəsində rolunu və istifadə etdikləri alətləri aşağıdakı cədvəldə görə bilərik:
Dostları ilə paylaş: |