Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
Avropa-med -metodiki-vesait

4. Orta əsrlər mədəniyyəti 

 

4.1. Qərbi Avropa mədəniyyəti 

 

Təxminən  10  əsrlik  bir  dövrü  əhatə  Orta  əsrlər  Qərbi  Avropa  mədəniyyəti 

siyasi,  iqtisadi  və  mədəni  həyatdakı  dəyişikliklər,  incəsənətdə  yeni  cərəyan  və 

üslubların yaranması ilə xarakterizə olunur.  

“Orta əsrlər” anlayışını ilk dəfə XV əsrdə İtalyan humanistləri öz yaşadıqları 

dövrü  antik  klassikadan  ayırmaq  üçün  işlətmişlər.  Sonralar  bu  termin  Roma 

imperiyasının  süqutundan  İntibah  dövrünədək  olan  bir  mərhələni  bildirməyə 

başladı. Məhz bundan sonra dünya tarixi Antik dövrə, Orta əsrlərə və Yeni dövrə 

bölündü.  Maarifçilik dövründə bu  mərhələyə  maraq  daha  da  artdı.  Romantiklərin 

bu  məsələyə  münasibəti  isə  birmənalı  olmadı.  Yalnız  XIX-XX  əsrlər  qərb 

sivilizasiyalarının  böhranı  dövründə  alim-kulturoloqlar  orta  əsrlərin  zəngin 

mədəniyyətini hərətərəfli öyrənməyə başladılar.  

V-XIV (bəzən XVI) əsrləri əhatə edən orta əsrlər dövrü feodal cəmiyyətinin 

yaranması,  inkişafı  və  süqutu  ilə  əlaqədar  olubadətən  erkən  orta  əsrlərə  (V-X 

ə

srlər), klassik orta əsrlərə (XI-XIII əsrlər), bəzən isə feodalizmin daha uzun sürən 



regionlarında son orta əsrlərə (XIV-XVI əsrlər) bölünür.  

I dövr üçün Avropa xalqlarının formalaşması prosesi, Qərbi Avropa xristian 

mədəniyyəti  tipinin  yaranması,  xristianlığın  daha  da  möhkəmlənməsi  və  geniş 

yayılması xas idi.  

II  dövr  mədəniyyətinin  mühüm  hadisəsi  –  xristian  dininin  yayılması  ilə 

ə

laqədar  bu  dinin  əsas  atributu  olan  kilsələrin  kütləvi  tikintisi  və  nəticədə 



memarlıqda roman və qotika üslublarının bərqəarar olması idi.  

III  dövr  dahi  Dantenin,  Akvianlı  Fomanın  adları  ilə  bağlıdır.  Bu  dövrə 

həmçinin  elm  və  təhsilin  inkişafı,  fəlsəfədə  sxolastikanın  əsas  istiqamətə 

çevrilməsi xas idi.  

 


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin