Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə178/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
184 
nəzakətsizlik hesab olunur. Qonaq öz dostu ilə gələ bilər. Çinlilər 
bütünqonaqlara qarşı xoş və mehriban münasibət göstərirlər və 
çalışırlar ki, qonaq onlardan razı qalsın. Çin incəsənəti və 
poeziyası dərin mənaya malikdir. Çin rəssamların əsərləri boyaları 
və texnikaları ilə heyran edir. Dünyanın ən nəhəng kəşfləri məhz 
Çində ixtira olunmuşdur(kompas, ipək, porselen və s). Nəhayət, 
yalnız çinlilər Böyük İpək yolu vasitəsilə digər dövlətlərlə əlaqə 
yaratmışlar.Çinin mədəniyyəti müxtəlif ənənələrin, zamanın, 
inancların təəccüblü və heyranedici qarşılaşmasıdır. Hətta müasir 
çin rəssamların əsərlrində qədim dövrün abu-havasını hiss etmək 
olar.Çin mədəniyyətinin ən parlaq simvolu kalliqrafiyadır. Bu 
qədim dövrdə yaranmış xüsusi yazı üsüludur və müasir dövrdə isə 
kalliqrafiya incəsənətin ən unikal istiqamətinə çevrildi. Öz 
məzmununa görə kalliqrafiya musiqi və poeziya ilə müqayisə oluna 
bilər. İyeroqliflər vasitəsilə Çinin ritmini və harmoniyasını 
ötürürlər. Çin kalliqrafiyasında xüsusi pələng üslubu var, xalq 
təbabətində isə pələng gimnastikası var. Mərkəzi Çindəbelə bir 
adət: gəlinin cehizinə xəmirdən yoğrulmuş pələnglər qoyurlar. 
Çində qadınlar iş səhəsində kişilərlə bərabər hüquqlara malikdirlər, 
onlarda məsuliyyətli vəzifələrdə çalışırlar. Ancaq Çin ənənəsinə 
görə çin qadını sadə və təvazökar olmalıdır. Qadına toxunmaq
əlindən tutmaq, geyinməyə kömək etmək qadağandır. Ənənəvi çin 
toyu müasir dövrdə dəyişikliklərə uğrayıb lakin bəzi adətlərdən 
simvolik olaraq istifadə edilir. Çində toya münasibət həmişə ciddi 
olub.Toyu mütləq günün ikinci yarısına salırlar, saatın əqrəbləri 
mütləq yuxarıda olmalıdır ki, bu da ruzi-bərəkət, uğur, xoşbəxtlik 
əlamətidir. Toydan əvvəl bəy və gəlin öz evlərində qohum və 
qonaq üçün süfrə açırlar. 
Çin ailəsində valideynlərə xüsusi hörmət saxlanılır. Toyda 
onlar üçün ayrıca masa ayrılır.Əgər Çində ərə getməmiş qız vəfat 
edərsə və başqa bir ailədə evlənməmiş gənc də vəfat edərsə onlar 
bu ölülərin nigah mərasimini keçirirlər və bir qəbirdə basdırırlar.Bu 
qəribə adətin müxtəılif açıqlaması var. Qədim Çin ənənəsinə görə, 
ölü tənhalıqda qalmamalıdır.Digər səbəb isə vəfat etmiş gənc ailədə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin