Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə185/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
191 
etiket qaydasıdır. Yaponla ünsiyyətdə olarkən diqqətli olmaq 
lazımdır. Əgər sizə təklif etməyiblərsə, onda əyləşmək olmaz. 
A.Hiroyuki yazır ki, yaponlar natiqlik qabiliyyətini heç də yüksək 
dəyərləndirmirlər, əksinə belə adamlara qarşı inamsızlıq 
göstərirlər. Onlar üçün susmaq aktiv ünsiyyət vasitəsidir. Susmaq 
müxtəlif məna ifadə edə bilər o cümlədən narazılığı, qəzəbi və s. 
Yapon yaxşı tanımadığı adamlar arasında susmağa üstünlük verir 
və söhbətə qoşulmaq zərurəti yarananda özünü o qədər də yaxşı 
hiss etmir. 
Hər bir xalqın psixologiyasına dərindən bələd olmaq üçün 
mütləq o xalqın tərbiyə sistemini öyrənmək lazımdır. Yaponlar 
uşağa qarşı çox mülayim davranır və tərbiyə edirlər. Uşağı demək 
olar ki, heç vaxt döymürlər, onların üstünə qışqırmır, yalnız dilə 
tutmaqla, şəxsi nümunə, valideyn qarşısında borc hissi əsasında 
tərbiyə edirlər. Yaponiyada uşaqların tərbiyəsi barəsində bir neçə 
qayda mövcuddur: I - uşaqla 5 yaşa qədər “kral” kimi rəftar edirlər, 
yəni bu bir növ tam şəkildə icazə dövrüdür. II -15-yaşa qədər “qul” 
kimi davranırlar, yəni sərt məhdudiyyət dövrü. III -15 yaşdan sonra 
uşaqla “bərabər” rəftar edirlər. Kiçik yaşda yapon uşaqlarının 
tərbiyəsi “yumşaq və hər şeyi bağışlayan” qaydada keçirilir. Uşaq 
meydançasında uşağa qışqırıq eşitməssiniz, xüsusən də cəmiyyətin 
gözü qarşısında. Yaponiyada heç vaxt uşaqları vurmurlar. Ən ciddi 
cəza ana tərəfindən hərəkətin bəyənilməməyidir, hansı ki,bu ciddi 
bir baxış və ya intonasiya ilə ifadə olunur. Yaponiyada uşaqlarə 
söymək qəbul edilməmişdir, xüsusilə də, 2 yaşa qədər.Tərbiyənin 
bünövrəsi birinci olaraq onları əhatə edən insanlara nəzakətli 
olmağıdır. Bütün tərbiyə qaydası çox əsrlik ənənələrə tabe 
edilmişdir, hansılar ki , bunları cəmiyyətdə normal şəkildə qəbul 
edirlər. Beləki, onlar açıq nümunə şəklində şuluqluq edən uşaqlara 
qarşı bir hiylə işlədirlər. Həmin uşaqları “ itirilmiş uşaq “ və ya 
yapon dilində “ mayqo” adlandırırlar. Ənənəyə görə, Yaponiyada 
ictimai yerlərdə və evdə balaca uşaq ananın əlində olur və yaxud da 
onu xüsusi örpəklə öz üzərinə bağlanılır. Ancaq körpə bütün günü 
eyni vəziyyətdə olmaqdan bezikir və ayaqlarını dartmağa başlayır. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin