Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə298/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   294   295   296   297   298   299   300   301   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
304 
immiqrantlar təşkil edir. İsveçli və qeyri-isveçlilər arasında 
qarşılaşma milli mənsubiyyət problemini ortaya qoyur. Bu 
qarşılaşma onların düşüncə tərzində və hərəkətlərində özünü 
göstərir. İsveç mədəniyyəti öz daxilində olan müxtəlif etnik qruplar 
arasında əlaqələr sayəsində daha da güclənmişdir. Bəs 
immiqrantlara qarşı ayrı-seçkiliyə yol açan ən sadə İsveç dəyərləri 
hansılardır? Bu məsələ ilə bağlı onu demək olar ki, milli xarakter 
və milli mənsubiyyət üçün əsas səbəblərdən biri 1980-ci illərdə bir 
kökə doğru fərdi olaraq deyil, mədəni olaraq yönələn böyük 
maraqdır. Bu anlayışı psixoloji olaraq “daxili trend” də 
adlandırmaq olar.
İsveçlilər arasında sosial əlaqələr problemlidir. Bu məsələ bir 
çox səbəblərdən qaynaqlana bilər. Məsələn, sosial muxtariyyət 
arzusu, təkliyə (tək qalmağa) pozitiv münasibət bəslənməsi, şəxsi 
və ictimai həyat arasında ciddi sərhədin olması və s. Amerika və 
İsveç tələbələrin araşdırmasına görə, amerikalıların həya, 
utancaqlığa münasibəti neqativdir. Onlara görə, utancaq insanlar 
daha az intelligentdir və onlar hər şeyi olduğu kimi qəbul edirlər, 
yəni savaşçı ruhları yoxdur. Ona görə amerikalılar utancaqlığı 
gizlətməyə və ya utancaqlığa qalib gəlməyə çalışırlar. İsveçlilərin 
isə utancaqlığa münasibəti pozitivdir. İsveçdə utancaq insanlar 
pozitiv görünürlər və onlar həssas və reflektiv insanlar hesab 
olunurlar. İsveçlilər digər xalqlarla müqayisədə çəkingən 
insanlardır, bu onların içinə qapanıq və ya introvert olmalarından 
irəli gəlir. Hətta onlar ailə və yaxın dostlarından başqa heç kəslə 
heç vaxt şəxsi mövzuları müzakirə etmirlər. Onların özəl və sosial 
həyatları arasında ciddi sərhəd var. Onlar yaxın dostları və ailə 
üzvləri ilə əylənməyi sevirlər. İsveçlilər özlərini bacarıqlı və 
təhlükəsiz hiss elədikləri yerdə danışmağı sevirlər. Orta təbəqə 
insanlarının xüsusilə bu cür yelərdə nitq söyləməsi adət halını 
almışdır. İsveçlilər bütün hərəkətlərinə, geyimlərinə, sözlərinə 
xüsusi diqqət yetirirlər. Çünki bütün bu elementlər onların 
şəxsiyyətini göstərir. Əks halda bunlara görə başqaları tərəfindən 
mühakimə və tənqid oluna bilərlər.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   294   295   296   297   298   299   300   301   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin