Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə273/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   269   270   271   272   273   274   275   276   ...   307
333 felsefe muhazireler toplusu eyani

Fəlsəfi şüur. 
Fəlsəfi şüur da başqa şüur formaları kimi ictimai münasibətlərlə 
əlaqədardır. Bu əlaqə vasitəli xarakter daşıdığı üçün adətən o, hər hansı münasibət-
lər sisteminə bilavasitə aid edilmir. Fəlsəfi şüurun ictimai münasibətlərlə əlaqəsi di-
ni və estetik şüurun əlaqəsi kimidir. Əxlaq, siyasi və hüquqi şüur bilavasitə insanlar 
arasındakı münasibətlərin nəticəsi olduğu halda, fəlsəfi şüur onlardan fərqli olaraq, 
gerçəkliklə və insanlar arasında mövcud münasibətlərlə genetik, funksional surətdə 
əlaqədardır. Fəlsəfə digər ictimai şüur formalarının təşəkkül tapmasının və inkişafı-
nın mexanizmini izah edir. 
Fəlsəfə dünyaya baxış və bu dünyada insanın yeri haqqında ümumiləşmiş dün-
yagörüşü sistemini formalaşdırır, insanın dünyaya idrakı, sosial-siyasi, mənəvi-este-
tik və s. münasibətlərini tədqiq edir. Digər tərəfdən dünyagörüşün nəzəri əsası kimi 
sosial maraqlar və insanların həyat fəaliyyətinin müxtəlif formaları ilə əlaqədardır. 


298
Sosial gerçəkliklə şərtlənən fəlsəfi şüur öz növbəsində ictimai varlığa fəal təsir 
göstərərək, yeni idealların, mənəvi və mədəni dəyərlərin yaranmasına kömək edir. 
Bu, hər şeydən öncə fəlsəfənin dünyagörüşünün əsası olması ilə şərtlənir 
Fəlsəfə dünyagörüşü kimi insanların praktiki fəaliyyəti ilə, ictimai münasibət-
lərlə əlaqədardır. Müxtəlif tarixi dövrlərdə bu əlaqə müxtəlif olmuşdur. Belə ki, si-
nifli cəmiyyətlərdə fəlsəfə ayrı-ayrı siniflərin dünyagörüşünü, onların maraqlarını 
məqsəd və vəzifələrini nəzəri səviyyədə əks etdirmişdir. Uzun müddət filosoflar 
dünyanın universal izahına, dünya haqqında başqa elmlərdən yüksəkdə duran bilik-
lər sistemini yaratmağa cəhd etmişlər. Ona görə də fəlsəfə təkcə dünyagörüşü deyil, 
həm də idrak nəzəriyyəsidir. Ontoloji mənada fəlsəfə varlıq-şüur münasibətlərini, 
qnoseoloji mənada isə dünyanın dərk olunmasının yollarını və üsullarını, onun da-
xili inkişaf dinamikasını izah edir. Təbiətin və ictimai həyatın ən ümumi qanunları-
nın dərk edilməsi fəlsəfənin qarşısında duran mühüm vəzifədir. Fəlsəfə həm də
 
id-
rak prosesini tədqiq edir. 
Fəlsəfə konkret elmlərdən ayrılmazdır, daima onların nailiyyətlərindən bəhrə-
lənir. Təbiət elmlərinin inkişaf səviyyəsi, onların əldə etdikləri nəticələr fəlsəfi təd-
qiqatların istiqamətini müəyyənləşdirir. 
Fəlsəfə müxtəlif tarixi mərhələlərdə başqa ictimai şüur formalarının, xüsusilə 
dini təsəvvürlərin təsirinə məruz qalmışdır. Bu, orta əsrlərdə dinin cəmiyyətdə ha-
kim mövqeyi ilə izah olunur. Lakin bu heç də fəlsəfənin passiv mövqedə durduğu-
nu göstərmir. 
Təbiət və ictimai həyat hadisələrinin tədqiq və izah edilməsi üçün ümumi me-
todların işlənilib hazırlanması da fəlsəfənin üzərinə düşür. Fəlsəfənin başlıca xüsu-
siyyəti onun dünyagörüşü olmasındadır. Yuxarıda xarakterizə olunan şüur formala-
rından başqa, bəzən fəlsəfi ədəbiyyatda iqtisadi və ekoloji şüur da ictimai şüurun 
müstəqil formaları hesab olunur. Lakin bu məsələ hələlik mübahisəli olaraq qalır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin