Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə81/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   307
333 felsefe muhazireler toplusu eyani

Con Lokkdur
(1632-
1704). O, Bekonla başlayıb Hobbsa qədər davam edən ingilis fəlsəfəsində empirik xəttin 
nümayəndəsi kimi çıxış etmişdir. Lokk Bekonun empirizmini inkişaf etdirmiş, idrak təli-
mində sensualizmə tərəfdar çıxmışdır. (Qneseologiyada duyğunu idrakın yeganə mən-
bəyi hesab edənlərə sensualistlər deyilir). Lokk "İnsan zəkasına dair təcrübə" əsərində 
insanın öz biliklərini hisslər aləmindən götürməsi haqqında fikirləri hərtərəfli əsaslan-


90
dınruşdır. Anadangəlmə ideyalar haqqında Dekartın idealist nəzəriyyəsini tənqid edərək, 
Lokk sübut edirdi ki, insan biliklərinin, onun bütün ideyalarının mənbəyi hissi təcrübə-
dir. Elə bu əsas üzərində də o özünün sensualist idrak nəzəriyyəsini yaratmışdır. Lokka 
görə, idrak prosesi xarici aləmin insanın hiss üzvlərinə təsirindən başlanır. Lokkun bu 
materialist müddəasına baxmayaraq, idrak nəzəriyyəsində o, materializmlə idealizm ara-
sında tərəddüd etmişdir. 
Lokk materiyanın konkret təhlilini verərək göstərirdi ki,
 
maddi cisimlər 
yalnız kəmiyyət cəhətdən bir-birindən fərqlənirlər. O, materiyanın keyfiyyətcə 
müxtəlifliyini inkar edirdi. Lokk materiyanın təkcə kəmiyyətcə deyil, həm də 
keyfiyyətcə tükənməz, sonsuz olduğunu qəbul etmirdi. Onun fikrincə, maddi ci-
simlər bir-birindən yalnız həcmi, forması, hərəkəti və ya hərəkətsizliyi ilə fərqlə-
nirlər. Lokk belə keyfiyyətləri maddi cisimlərin özlərinin ilkin keyfiyyətləri ad-
landırırdı. Rəng, dad, qoxu, səs kimi keyfiyyətlərə gəldikdə isə Lokk onları mad-
di cisimlərin özlərinə xas olmayan, ikinci dərəcəli subyektiv keyfiyyətlər kimi 
xarakterizə edirdi. Göründüyü kimi, bu məsələnin həllində Lokk ciddi yanılırdı. 
Lokkun materializmdən bir qədər geri çəkilməsindən sonrakı illərdə subyek-
tiv idealistlər, birinci növbədə, Berkli və Yum istifadə etdilər. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin