NƏT CƏ
-
Büdcədənkənar fondlar pul vəsaitlərinin xüsusi formasıdır. Büdcədənkənar
fondlar üçün pul vəsaitlərinin yaradılması və istifadəsinin xüsusi sistemi fəaliyyət
göstərir. Büdcədənkənar fondlar dövlətin maliyyə sisteminin mühüm hissəsidir.
Onların yaradılmasında əsas məqsəd mümkün qədər çox vəsait cəlb etmək və
onların sosial - iqtisadi məsələlərin həllinə yönəltməkdən ibarətdir. Büdcədənkənar
fondları dövlət və yerli səviyyələrdə yaratmaq olar. Məqsədli təyinatına görə
büdcədənkənar fondlan sosial, iqtisadi və digər fondlara bölmək olar. Dövlətin
büdcədənkənar fondları mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
sərəncamında olan və məqsədli təyinata malik olan maliyyə vasitələrinin
məcmusudur.
-
Tarixən büdcədənkənar fondlar büdcədən tez yaranmışdır. Onların büdcə
vəsaitlərindən əsas fərqi məqsədi üzrə istifadə edilməsindən ibarətdir. Maliyyə
sisteminin inkişafının müəyyə mərhələsində müxtəlif fondların birləşməsi
nəticəsində dövlət büdcəsi yaranmış və bu da bir fondda vəsait çatışmadıqda digər
fondun vəsaiti hesabına ödənilməsinə imkan verirdi. Büdcədənkənar fondların
dövlət büdcə sisteminə daxil olması prosesi hələ də davam etməkdədir.
- Büdcədənkənar fondlar müasir dövrdə həqiqətən də zəruridir, çünki büdcə
vəsaiti çatışmazlığı bir sıra sosial - mədəni tədbirlərin və təsərrüfat quruculuğu,
abadlıq işlərinin həyata keçirilməsi üçün vəsait mənbəyi tapılmasını vacib bir
prosesə çevirir.
- Büdcədənkənar fondların fəaliyyət göstərməsinin bir sıra üstünlükləri vardır.
Bu üstünlüklərə aiddir: Birincisi, fondlann müxtəlif fəaliyyət göstərməsi.
qtisadiyyatın qeyri — sabitliyi və büdcə kəsirinin mövcudluğu şəraitində xüsusi
tədbirlərin maliyyələşdirilməsi sabit olaraq büdcədənkənar fondlar vasitəsi ilə
həyata keçirilir.
- kinci üstünlüyü ondan ibarətdir ki, büdcədənkənar fondların gəlir hissəsi
büdcəyə nisbətən tez dolur və bu da fondu müsbət saldonun mövcudluğu şəraitində
büdcəsinin kreditoru rolunu oynamağa imkan verir. Büdcədənkənar dövlət sosial
fondları qanunvericilik orqanları tərəfındən təsdiq edilmiş fondlar haqqında
qaydaya və ya mövcud qanuna uyğun olaraq cra Hakimiyyəti orqanları tərəfındən
təsdiq edilmiş qaydalarla fəaliyyət göstərir.
- Büdcədənkənar dövlət sosial fondları hesabma bir sıra məsələləri həll etmək
mümkündür. Onlardan: əhaliyə pul müavinətləri ödəmək, birdəfəlik yardım etmək
yolu ilə sosial yardım və xidmət göstərmək; əhalinin əmək qabiliyyətinin bərpası və
qorunub saxlanmasını təmin etmək; sosial infrastruktur müəssisələrini
maliyyələşdirmək yolu ilə əhaliyə sosial xidmətlər göstərmək; pensiya təminatını
maliyyələşdirmək və s.
- Büdcədənkənar dövlət məqsədli fondların səmərəli və məqsədyönlü
xərclənməsinə nəzarəti AR-nın Maliyyə Nazirliyi həyata keçirir. Büdcədənkənar
dövlət məqsədli fondlarının fəaliyyətinin tənzimlənməsi üzrə səlahiyyət Respublika
Xəzinədarlığma həvalə edilmişdir. Büdcədənkənar fondlar pul resursları dövlət
mülkiyyətindədir və qanunda nəzərdə tutulduğundan başqa digər məqsədlərə sərf
edilməsi qəti qadağandır. Onun həmçinin büdcə vəsaiti kimi sərf edilməsi və hansı
məqsədə isə yönləndirilməsi qəti qadağandır. nkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, onlarda bu fondların sayı çoxdur və vəsaitlərin həcmi bəzən büdcə
vəsaitinə bərabərdir. Eyni zamanda məqsədli proqramların həllində büdcədənkənar
fondlar getdikcə daha çox rol oynamağa başlayır.
- Neft Fondunun vəsaitləri bir sıra mənbələrdən formalaşır: hasilatin pay
bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən
karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər; bonuslar; karbohidrogen
ehtiyatlarmm işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfındən ödənilən akr hesabı
ödənişlər; dividentlər; neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə
edilən gəlirlər; qrantlar və digər təmənnasız yardımlar.
- Hal-hazırda fondun vəsaitləri istiqrazlarda,inkişaf etmiş xarici ölkələrin dövlət
istiqrazlarında, depozitlərdə və pul bazarı atributlarında struktur qiymətli
kağızlarında yerləşdirilmışdir.
-
DNF fəaliyyətində daim şəffaflıq sahəsinə xüsusi diqqət göstərir. Neft
Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə neft Fondunun
maliyyə fəaliyyəti haqqında hesabatmın müstəqil auditor tərəfindən yoxlanılması
vasitəsi iiə həyata keçirilir. Neft Fondu fəaliyyət göstərdiyi müddət ərzində onun
auditi beynəlxaiq nüfiızlu " Ernst Young" audit sirkəti tərəfindən aparılmışdır. Neft
Fondunun fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi yanında Hesablama
Palatası tərəfındən yoxlamla bilər.
-
Neft Fondunun beynəlxalq münasibətlərinin inkişaf istiqamətləri aşağıdakı
kimidir: Beynəlxalq maliyyə təşkilatları ilə münasibotlərin genişləndirilmasi
istiqamətində əməkdaşlıq; təcrubənin tətbiqi, təhsil və mübadilə sahəsində
beynəlxalq təşkilatlarla əməkdaşlıq; işgüzar münasibətlərin və əlaqələrin qurulması,
mövcud əməkdaşlığın genişləndirilməsi.
-
ARDNF-nin vəsaiti hesabına iki mühüm layihə: 1) Ermənistan
Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma
yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət
vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli; 2)
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas xrac Boru Kəməri layihəsində
Azərbaycan Respublikasınm iştirak payının maliyyələşdirilməsi icra edilir.
-
Respublikası Prezidenti tərəfindən qəbul edilmiş fərman və sərəncamlara
uyğun olaraq, ARDNF-dən 1-ci layihənin həyata keçirilməsi üçün 135 mln.manat
həcmində vəsait aynlmış, 2-ci layihənin yerinə yetirilməsindən ötrü 244 mln. manat
məbləğində vəsait ödənmiş, həmçinin ölkənin mühüm sosial və iqtisadi tərəqqi
ehtiyaclarını təmin etmək üçün 505 mln. manat həcmində vəsaiti Dövlət büdcəsinə
transfert edilmişdir.
-
- Neft fondunun investisiya portfelinin məcmu dəyərinin 55%-i ABŞ dolları,
35%-i avro, 5%-i ngiltərə funt-sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.
Portfelin məcmu dəyərinin digər 5%-i isə uzunmüddətli ölka (suveren borc) reytinqi
"A" ("Standart ənd Purz" (Standart & Poor's), "Fitc" (Fitc)) və ya "A2" ("Mudiz"
(Mood's)) kredit reytinqlərindən aşağı olmayan ölkələrin valyutalarında yerləşdirilə
bilər.Fondun vəsaiti yüksək kredit reytinqinə malik olan xarici ölkələrin dövlət
istiqrazlarına, xarici dövlət agentlikləri tərəfindən buraxılmış borc kağızlarma,
maliyyə institutları və banklar tərəfmdon buraxılmış borc kağıizlarına, depozitlərə
və pul bazarı alətlərinə, habelə xarici menecerlər vasitəsilə korporativ qiymətli
kağızlara (səhmlərə) yerləşdirilə bilər.
-
Azərbaycan hökuməti neft gəlirlərinin uzunmüddətli idarə etməyə verilməsi
strategiyası üzərində işləyir. Konsepsiyanın mahiyyəti gəlirlərin müəyyən hissəsini
hər il büdcəyə köçürməkdən və ondan ölkənin sosial-iqtisadi problemlərinin
həllində istifadə etməkdən ibarətdir. Lakin Beynəlxalq Valyuta Fondunun rəsmləri
hesab ediıiər ki, neft gəlirlərindən istifadənin başhca məqsədi infrastrukmrlan
maliyyələşdirmək və inkişaf etdirməkdir. nkişafm indiki mərhələsində neft
gəlirlərindən qeyri-neit sənaye vo aqrar istehsal sahələrinin, regionlann inkişafı
üçün.
-
Yaxın illərdə dünya bazarında qiymətlərin əlverişli olması proqnozları
Azərbaycanın neft gəlirlərinin dəfələrlə artmasına real imkanlar açır.Belə bir
şə
raitdə, lüzumsuz maliyyə israfçıhğına yol verməmək və ölkənin neft ehtiyatlarının
tükənməsi dövründə maliyyə imkanlarının kəskin azalmasımn qarşısını almaq üçün
qeyri-neft sektorunda yığım-xərc balansınm optimal təşkili olduqca vacibdir. Belə
yanaşma - neft gəlirləri hesabına maliyyələşən xərclərə sərt nəzarəti, bu gəlirlər
hesabına gələcək yığımların yüksək səviyyəsinə nail olunmasını, makroiqtisadi
idarəetmənin səmərəsinin artırılmasını, neft gəliıiərini üstün olaraq istehlakın deyil,
investisiyalann maliyyələşdirilməsinə yönəltməklə, iqtisadiyyatın strukturunun
optimallaşdırılmasını, qeyri-neft sektorunun inkişafının "neft bumu" ilə
dəstəklənməsi ilə yanaşı ona vergi stimullarının da tətbiqini nəzərdə tutan mühüm
prinsipləri əhatə edir.
-
Hal-hazırda ölkədə qeyri-neft sektorunun restrukturizasiyasına yönəlmiş bir
sıra kompleks tədbirlər də həyata keçirilməkdədir.Belə ki, son illər bu sektora xarici
investisiyalann axını güclənmiş, ixrac və idxalı əvəzedən sahələrin inkişafı, o
cümlədən, onun məzənnə siyasəti vasitəsilə inkişaf etdirilməsi diqqət mərkəzində
saxlamlmışdır.Ölkədə özəl sahibkarlığm inkişafma dövlət dəstəyinin həm
institutsional, həm də maliyyə kontekstində artırılmasını nəzərdə tutan fərmanlar
verilmiş və onların icrasına başlanmışdır.
-
Dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına və büdcə təşkilatlarının
büdcədənkənar vəsaitləri üzrə daxilolmaların əvvəlki illə müqayisədə çox nəzərdə
tutulması rəydə dövlət büdcəsində büdcə təşkilatlarının ödənişli xidmətlərindən
daxilolmaların artımı ilə əlaqələndirilmiş, dövlət büdcəsindən transfertin həcminin
gəlirlərdə xüsusi çəkisini artmasının nəzərdə tutulması əhalinin sosial müdafıəsinin
təmin edilməsi məqsədilə Fondun büdcəsinə dövlətin əlavə dəstəyi kimi
dəyərləndiriimişdir.
-Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət
Proqramına uyğun davam etdirilir. Məcburi dövlət sosial sığorta haqları hesablama
ödənilən müavinətləıin təyin olunması və uçotunun avtomatlaşdırılması üzrə
proqram təminatı hazırlanaraq testdən keçirilmiş vo pilot rayonlardn tətbiqinə
başlanılıb. l ərzində sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesi
davam etdirilir.
- DSMFondun məlumatlarına əsasən AR sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı ilə müəyyən edilən islahatlar davam etdiriləçəkdirdir. Bununla
bağlı Tədbirlər Planı hazırlanıb, xüsusilə cari ildə islahatların davamı olaraq pensiya
təyinatımn avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin ictimai nəzarətlə əvəz
olunması və insan amilinin rolunun minimuma endirilməsi proseslərinin
reallaşdırılması işi intensivləşdiriləcək.
- AR sığorta-pensiya sisteminin inkişafına daır DP uyğun olaraq davam etdirilən
tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi
genişlənməkdədir.
Dostları ilə paylaş: |