Təkrar emal/bərpa Tullantıların istifadəyə yararlı materiallara
çevrilməsi və/və ya tullantılardan enerjinin,
yaxud materialların əldə edilməsi.
1
Flüid – həm qazma məhlulu, həm tamamlama
məhlulu (nasos-kompressor borusunun
yerləşdirilməsi və quyunun qazılması zamanı quyuda
mövcud olan kimyəvi qarışıq), həm də sadəcə
kollektorda, laylarda olan və yaxud quyudan çıxan
mayelərə də aid edilə bilər.
Təkrar istifadə Öz ilkin formasında təkrar istifadə oluna
bilən materialların, yaxud məhsulların
istifadəsi.
Təmizlənmiş dəniz suyu Potensial korroziyanın və bioloji
orqanizmlərlə örtülmənin azaldılması
üçün, qoruyucu kimyəvi preparatlar
vasitəsilə təmizlənən dəniz suyu.
Termal desorpsiya Neftli/yağlı tullantılardan nefti/yağı
desorpsiya etmək üçün istilikdən istifadə
edən qeyri-oksidləşdirici proses.
Termoklin Suda temperatur fərqi.
Təsadüfi Hallar Digər qaydada baş verməsi gözlənilməyən
təsirlər yaratmaq potensialına malik olan
hadisələr və ya qeyri-müntəzəm hallar.
Təsirazaltma tədbirləri Ətraf mühitə və ya sosial-iqtisadi sahəyə
hər hansı mənfi təsirlərin qarşısını almaq,
azaltmaq və mümkün olduqda aradan
qaldırmaq üçün tətbiq olunan tədbirlər.
Təsirsiz qaz Yanğın və ya labüd yanğın təhlükəsi
zamanı gəmidə və ya platformadakı
bölmələrin doldurulması üçün istifadə
olunan kimyəvi cəhətdən qeyri-fəal qazlar
Təzyiqin qorunub saxlanılması Adətən, hasilat zamanı lay təzyiqinin
optimal səviyyədə saxlanılması prosesi –
bu proses, bir qayda olaraq, hasil olunmuş
flüidləri əvəz etmək üçün laylara qazın,
yaxud suyun vurulması ilə təmin olunur.