Microsoft Word Materiallar Full


ANTİXƏRÇƏNG  XASSƏLI TRİPEPTİD MOLEKULUNUN FƏZA QURULUŞU



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə62/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   58   59   60   61   62   63   64   65   ...   1149
ANTİXƏRÇƏNG  XASSƏLI TRİPEPTİD MOLEKULUNUN FƏZA QURULUŞU 

 

Təranə BİNNƏTOVA, Gülyaz  NƏCƏFOVA,  



Gülşən 

AĞAYEVA 

Qafqaz Universiteti, Bakı Dövlət Universiteti 



binnatova@inbox.ru 

AZƏRBAYCAN 



 

Təqdim olunan işdə H-Tyr-Ser-Leu-OH tripeptid molekulu nəzəri konformasiya analizi üsulu ilə tədqiq olunmuşdur.  

Bioloji tədqiqatlardan məlumdur ki, Tyr-Ser-Leu tripeptid molekulu qaraciyərdə BEL-7402 xərçəng hüceyrələrinin 

inkişafını dayandırır [1-4]. Bu keyfiyyətinə görə tripeptidin farmakoloji xüsusiyyətləri terapevtik marag kəsb edir və onun 

xərçəng xəstəliyinin müalicəsində istifadəsi nəzərdə  tutulur. Son  illər dərman əhəmiyyətli peptidlərə elmi maraq artmışdır. 

Məlumdur ki, kiçik peptid  molekulları sərbəst halda fizioloji mühitdə  özlərinəməxsus stabil konformasiya vəziyyətlərində 

bioloji təsir göstərə bilirlər. Peptidlərin təsir mexanizmlərini öyrənmək üçün ilk növbədə onların konformasiya 

vəziyyətlərini müəyyən etmək vacibdır. Bu baxımdan molekulun konformasiya imkanlarının öyrənilməsi onun təsir 

mexanizminin aşkarlanmasına və yeni daha təsirli analoqların yaranmasına səbəb ola bilər.  

Nəzəri konformasiya analizi  üsulunda atomlar arasındakı qarşılıqlı  təsirin ümumi enerjisi Van-der-Vaals, 

elektrostatik, torsion qarşılıqlı  təsir enerjiləri və hidrogen rabitəsi enerjisinin cəmi kimi hesablanır [5]. Bucaqların 

hesablanması  İUPAC-İUB nomenklaturasına  əsasən aparılıb [6]. Quruluş  məsələlərin həlli zamanı N.M.Qocayev və 

İ.S.Maksumov tərəfindən tərtib edilmiş universal proqram və alqoritm bütün tələbləri tamamilə  nəzərə alır və müxtəlif 

peptidlərin fəza quruluşlarının tədqiqində istifadə edilir [7]. Enerjinin minimumlaşması birinci tərtib törəmələrə görə 

qradient üsulu ilə aparılır. Molekulun əsas zəncirin müxtəlif formaları iki sinfə ayrılır: bükülü (f) və açıq (e) şeyplər. 

Tripeptid üçün yalnız dörd şeyp yaranır. Hesablamada tədqiq olunan tripeptidin atom modeli 54 atomdan ibarətdir və bu 

modeldə 18 ikiüzlü bucağı nəzərə alınmişdır. Peptidin əsas zəncirində birqat  C

α

-N,C



α

-C

'



,N-C

'

 rabitələri və yan zəncirlərin 



bucaqları  ətrafinda fırlanma nəticəsində  həndəsi paremetrlər, qarşılıqlı  təsirin enerji payları, qalıqlararası qarşılıqlı  təsirin 

enerji payları, optimal konformasiya vəziyyətlərin ikiüzlü bucaqların qiymətləri və ümumi enerji təyin edilmişdir.  




 Qafqaz Uni


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin