DİALOQUN STRUKTUR-SEMANTİK TƏŞKİLİ
Məsmə İSMAYILOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
mesme.ismayilova@mail.ru
Dialoji nitqin semantikası leksik vahidlərin semantikasından fərqlənir. Burada semantika anlayışı başqa şəkildə təyin
olunur. Dialoqda semantika sözün, ifadənin və ya qrammatik formanın mənasından genişdir. Dialoqun semantikası onun
ayrı-ayrı replikalarının məzmunu, bu replikaların ümumi mövzuya münasibəti, dialoq iştirakçılarının, rolunu (danışan-
dinləyən-danışan) dəyişməsinin ümumi məzmuna təsiri, dialoqun praqmatikası, dialoqda intonasiya, məntiqi vurğunun
məzmuna təsiri kimi məsələləri əhatə edir. Ona görə də dialoji nitqdə hər bir replika dialoqun ümumi gedişindən asılı olaraq
təşkiledicilərinin semantikasından fərqli məzmun, məna ala bilər.
Dialoji nitqdə məntiq dialoq iştirakçılarının kommunikativ strategiyasında, kommunikativ niyyətində gizlənir.
Məsələyə diskurs təhlil yönündən yanaşsaq dialoqda replikaaltı, mətnaltı mənaları ayırmaq lazım gəlir. Bu cəhət dialoq
iştirakçılarının öz rollarnı dəyişməsində də ifadəsinı tapır. Yerdəyişmə təsadüfı səciyyə daşımır. Bu, dialoji nitqin gedişinin
doğurduğu gerçəklikdir. Kommunikativ rolun dəyişməsi mexanizmi kommunikativ təşəbbüs üzərində nəzarətdir. Lakin
kommunikativ rolun dəyişməsi göstərıcısi mütləq deyildir. Ünsiyyət prosesində xalis monoloq olmur. Ünsiyyət ən azı ikinci
tərəfın kommunikativ prosesə qoşulmasını tələb edir. Monoloji nitq də, dialoq da müəyyən hüduda malik olur. Onların
başlanğıcı və sonu vardır. Bununla belə, nə dialoqun, nə də monoloqun sonu heç də mövzunun tam bitməsi sayıla bilməz.
Hər bir dialoq müəyyən məzmuna və ya məzmunlar toplusuna malik olur. Həmin məzmun dialoq vahidlərinin
semantikasından təşkil olunur. Deməli, dialoqun semantik təşkilediciləri vardır. V.V.Vinoqradov nitq ifadələrini, onların
quruluşunu, əlaqə növlərini, qovuşmalarını, özünəməxsusluğunu tədqiq etməyin zəruriliyini qeyd etmişdir.
Dialoji nitqin semantik xüsusiyyətləri həm dialoqda işlənən leksik vahidlərin sintaktik konstruksiyalarının mənalarına,
həm də dialoqun bütün parametrlərinin kompleks nəzərə alınmasına görə araşdırıla bilər. Dialoji nitqdə də
kommunikantların ayrı-ayrılıqdakı kommunikativ niyyətlərini, eləcə də ümumi dialoqun məzmununu başa düşmək dialoq
semantikasına kompleks yanaşmanı tələb edir.
Dostları ilə paylaş: |