3.6. İnformasiya tələbatının təsnifatı İnformasiya tələbatlarını müxtəlif meyarlara görə təsnif
etmək olar, lakin daha çox aşağıdakı yanaşmalara rast gəlinir.
İnformasiya tələbatının əhatə dairəsinə görə: - fərdi informasiya tələbatları – ayrı-ayrı insanlarda
formalaşan informasiya tələbatlarıdır;
- kollektiv informasiya tələbatları – müəyyən maraq
dairəsi (əmək fəaliyyəti, elm, mədəniyyət, hobbi və s.)
ətrafında birləşən insanlar qrupunun kollektiv
şüurunda formalaşan informasiya tələbatıdır.
Kollektiv informasiya tələbatları kollektivi təşkil edən
fərdlərin informasiya tələbatları əsasında formalaşır. La-
kin kollektiv informasiya tələbatlarını fərdi informasiya
tələbatlarının sadə toplanması kimi qəbul etmək olmaz.
Kollektiv informasiya tələbatı həmin kollektivə daxil olan
ayrı-ayrı fərdlərin informasiya tələbatlarının yalnız kol-
lektivin ümumi məqsəd və vəzifələrinə uyğun olan hissə-
lərinin toplanması nəticəsində formalaşır.
İnformasiya tələbatının reallaşma səviyyəsinə görə: - real informasiya tələbatı – hər hansı məsələnin həlli
və ya vəzifənin yerinə yetirilməsi üçün tələb olunan
informasiya;
111
- dərk edilmiş informasiya tələbatı - hər hansı məsələ
subyekt tərəfindən dərk edildikdən sonra onun həlli
üçün tələb olunan informasiya.
İnformasiya tələbatının ifadə dərəcəsinə görə: - passiv informasiya tələbatları;
- ifadə olunmuş informasiya tələbatları.
İnformasiya tələbatının mövcudolma müddətinə görə: - müvəqqəti informasiya tələbatları;
- daimi informasiya tələbatları.
İnformasiya tələbatının formalaşma sahəsinə görə: - peşəkar informasiya tələbatları;
- qeyri-peşəkar informasiya tələbatları.
Tələb olunan informasiyanın mövzusuna (tematikaya) görə: - dar mövzulu informasiya;
- geniş mövzulu informasiya.
Tələb olunan informasiyanın növünə görə: - faktoqrafik informasiya;
- konseptual informasiya;
- elmi informasiya;
- metodik informasiya;
- təlimat xarakterli informasiya və s.
Tələb olunan sənədlərin növünə görə: - kitablar;
- jurnallar;
- xüsusi elmi-texniki sənədlər;
- hesabatlar və s.
İnformasiya istehlakçılarına görə: - rəhbərlər;
- alimlər;