kəsilib. Suyu təmiz bulaqlardan qaynayır. Təbiət əsiri olan dandıqlılar heç pis də
dolanmırlar. Payızda topladıqları meyvələr il ərzində satılaraq ailənin tələbatına uyğun
xərclənir. Fərdi tərəvəz sahələrinin artması, mal-qaranın çoxalması da yaşayışın
səviyyəsindən xəbər verir...
Daşlıca. Bəzi məlumatlara görə bu oykonim öz adını dağ çayının gətirdiyi xırda daş və
çınqıllardan almışdır. Ərazinin 30-40 sm dərinliyindəki torpaq qatı xırda daşlıqla
örtülüdür. Daşlıca “daşlı yer” deməkdir.
Hazırda əhalisinin sayı 800 nəfərdir. Meyvə bağları, tərəvəz sahələri əhalinin
məşğuliyyətidir. Mal-qara saxlayan sakinlər taxıl əkininə də üstünlük verirlər.
Heydər Əliyev fondunun vəsaiti hesabına kənddə müasir standartlara uyğun orta
məktəb binasının tikilməsi uşaqların yüksək səviyyədə təhsilinə real imkan yaradıb...
Dostları ilə paylaş: