həyat və fəaliyyətini əks etdirən bu muzey, zənginliyi və müasirliyi ilə qonaqlara böyük
təsir bağışladı.
Tarix-Diyarşünaslıq muzeyindəki eksponatlara baxdıqca Misir və Mərakeşdən gələn
qonaqlar mis qabları, təndiri, kəlayağı və samovarı, cəhrəni və digər məişət əşyalarını
gördükcə tarixi köklərimizin bir-birinə nə qədər yaxın olduğunu söyləyirdilər. Görkəmli
şəxsiyyətlərin arxivinin muzeydə qorunub saxlanmasına da yüksək qiymət verirdilər.
Çox ölkələrdə sevilərək oxunan “Diplomatica” jurnalının redaktoru ərəb naşir Abdelati
Habek tarix muzeyini gəzərkən maraqlı eksponatlar barədə suallar verir və dəftərçəsinə
qeydlər edir, Qəbələ xalçalarının naxışlarına heyranlıqla baxırdı. Qəbələnin təbiətinə,
insanlarına və çox adətlərimizin bir-birinə oxşarlığını dilə gətirərək, qonaq öz ürək
sözlərini söyləyirdi. Bir qəbələli alim kimi muzeydə mənə ayrılan guşədə şəklimi, dərs
kitablarımı və elmi əsərlərimi görüb onlarla foto çəkdirməyimi xahiş etdilər...
Həmin səfərdən sonra elektron ünvanıma gələn çoxlu sayda məktublardan yalnız
Qəbələyə aid məqamları sizə oxumaq istəyirəm.
“Əzizim Minirə... Mən konfransdan üç gün sonra Kasablankaya gəlmişəm...
Mən həqiqətən Azəri xalqını sevdim. Mərakeş ilə Azərbaycan arasında coğrafi məsafə
olmasına baxmayaraq, mən doğrudan da özümü Bakıda və hətta daha çox Qəbələdə öz
evimizdəki kimi hiss etdim. Yadımdadır, Qəbələ restoranında gənc bir Azəri qadın ilə
Ramazan bayramı və toy mərasimində Azəri adət-ənənələrindən danışdıq...
Azəri xalqının necə alicənab və səmimi olduqlarının şahidi oldum. Siz qonağı necə
qarşılamaq və hörmət etmək lazım olduğunu bilirsiniz...
Kimi görürəmsə, hər kəsə Qəbələ haqqında danışırdım. Rayon o qədər gözəldir
ki,...Allah bu gözəlliyi xüsusi olaraq yalnız Qəbələ camaatına bağışlayıb. Mən Qəbələdə
gördüyüm bütün adamlara və Sizə qonaqpərvərliyiniz üçün öz təşəkkürümü bildirmək
istərdim. Biz ərəblər, HATİMİ alicənablığı və qonaqpərvərliyi haqqında danışırıq, indi
mən lüğətimizə Azəri qonaqpərvərliyini də əlavə edirəm...
Hmimou Kaoutar.”
Xaricdən aldığım digər məktublarda da Qəbələdən yazılırdı. Torpağımın dildən-dilə
düşməsi təbii ki, məndə də qürur doğurur, inkişafı və gözəlliyi ilə diqqət çəkən Qəbələnin
əks-sədası beynəlxalq aləmə yayıldıqca bu millətin övladı olduğum üçün özümü xoşbəxt
sayıram”. (“Qəbələ” qəzeti, 15 sentyabr, 2008-ci il).
Bura gələn turistlər arasında belə mötəbər qonaqlar çox olur. Respublikamıza işgüzar
səfər edən xarici ölkə nümayəndələri, iş adamları yolunu buradan salır, bura haqqında
ürək dolusu danışmaqla öz zəngin təəssüratlarında yurdumuzun bu əsrarəngiz parçasından
bəhs edirlər...
Dostları ilə paylaş: