Cədvəl 1. Balın orta hesabla tərkibi
Qida maddələri
(tərkib hissələri)
100 q baldakı
təxmini miqdarı
Su
17,1 q
Cəmi karbohidratlar
82,4 q
O cümlədən:
Fruktoza
38,5 q
Qlükoza
31,0 q
Maltoza
7,2 q
Saxaroza
1,5 q
Kalorinin cəmi
304 kkal
Protein
0,7 mq
Vitaminlər:
B
1
(tiamin)
<
0,01 mq
B
2
(riboflavin)
<
0,3 mq
Nikotin turşusu
<
0,3 mq
Pantoten turşusu
-0,25 mq
B
6
(piridoksin)
<
0,02 mq
B
9
(Foll turşusu)
<
0,01 mq
C (askorbin turşusu)
<
0,5 mq
Minerallar:
Natrium
2,85 mq
Kalsium
4,8 mq
Dəmir
0,25 mq
Sink
0,15 mq
Kalium
50,0 mq
Fosfor
5,0 mq
Maqnezium
2,0 mq
Selen
0,01 mq
Mis
0,05 mq
Xrom
0,02 mq
Manqan
0,15 mq
Mineral tozu (kül)
0,2 q
245
Bal haqqında hə dislə r
Peyğəmbər (s.ə.v.):
1. Bal dərmandır.
2. Iki şəfadan – bal və Qurandan istifadə edin.
3. Təzə doğan qadınlar üçün təzə xurma, xəstə
üçün isə bal kimi dərman yoxdur.
4. Allah-Təala bərəkəti balda verib. Onda
xəstəliklərin şəfası var və yetmiş peyğəmbər onun
faydasının davamiyyətli olmasını Allahdan istəyib.
5. Bal şərbətindən üstün olan bir dərman yoxdur.
6. Bal nə yaxşı içəcəkdir: ürəyi qoruyur, sinənin
soyuqluğunu aradan qaldırır.
7. Bal şəfadır. O, yeli və qızdırmanı qovur.
8. Əgər bir şeydə şəfa varsa, o, ya qan alanın
ülgücündə, ya da bal yeməkdədir.
9. Ərəb, qan alanın qan almasından və ya bal
yeməkdən yaxşı bir şeylə müalicə olunmayıb.
10. Əgər sizin dərmanlarınızda xeyir varsa, bu ya
bal yeməkdə, ya qan alma alətində, və ya da odla
dağlamaqdadır, amma mən dağlamağı sevmirəm.
11. Şəfa üç şeydədir: bal yeməkdə, qan almaqda
və odla dağlamaqda. Amma mən ümmətimə özlərini
dağlamağı qadağan edirəm.
Imam Əli (ə):
1. Xəstə bal qədər yaxşı olan başqa bir şeylə
müalicə olunmayıb.
2. Bal bütün xəstəliklərin dərmanıdır, özündə isə
heç bir dərd yoxdur. O, bəlğəmi azaldır, qəlbi açır.
3. Bir qaşıq bal bütün xəstəliklərin dərmanıdır.
Allah-Təala buyurur: “...Onların (arıların), qarınla-
rından insanlar üçün şə fa olan müxtə lif rə ngli bal
246
çıxar...”.(ən-Nəhl, 16/69) Bal yemək, Quran oxumaq
və buxur çeynəmək bəlğəmi kəsir.
4. Balda şəfa var.
Imam Kazim (ə):
1. Hər kəsin bel suyu (sperması) dəyişikliyə
məruz qalarsa, ona sağılmış südlə bal faydalıdır.
2. Balı şanısından ayırsan da, o bütün xəstəliklərin
dərmanıdır.
“Kafi” - Həmzə bn Təyyar Imam Kazimdən (ə):
Insanlar qan almaq və bir müzə bal yeməkdən daha
faydalı olan bir metodla müalicə olunmayıblar.
Mən soruşdum: - Sənə fəda olum, müzə bal nə
olan şeydir?
Dedi: - Bir qaşıq bal.
“Imam Rzanın (ə) fiqhi”: Imam Kazim (ə)
buyurdu: “Balda bütün xəstəliklərin şəfası var. Hər kəs
acqarına bir qaşıq bal yeyərsə, bəlğəmi kəsilər, sarılığı
yatar, zərdabın qarşısı alınar, zehni saflaşar. Buxurla
yeyildikdə hafizəsi yaxşılaşdırar”.
Imam Rza (ə): Hər kəs bütün qışı zökəmə
tutulmaq istəmirsə, hər gün üç loxma bal şanısı yesin.
Imam Hadi (ə):
1. Günaşırı baş verən qızdırma haqqında soruşul-
duqda: Bal və qara çörəkotu qatışdırılıb yeyilsə, qızdır-
ma aradan qalxar. Onların hər ikisi mübarək qidalardır.
Allah-Təala bal haqqında belə buyurur: “Onların
(arıların),
qarınlarından insanlar üçün şə fa olan
müxtə lif rə ngdə bal çıxır”. (ən-Nəhl, 16/69).
2. Iki gündən-bir qızdırması qalxan şəxs üçün ən
faydalı dərman həmin gün baldan hazırlanmış və
zəfəranı çox vurulmuş şərbət içməkdir və həmin gün
başqa heç nə yeməməkdir.
247
“Möcəmül-əvsət” - Saib ibn Yəziddən: Allahın
Rəsulu (s.ə.v.) qan almağı əmr etdi və dedi: “Insanlar
üçün qan almaq və bal yeməkdən yaxşı xəstəlikləri
çıxartma vasitəsi yoxdur”.
“Dəməşqin tarixi” - Amir
bn Malikdən:
Qızdırmalı olduğuma görə bir nəfəri Peyğəmbərin
(s.ə.v.) yanına göndərdim, ondan dərman və şəfa
istədim. Həzrət də mənə bir qab bal göndərdi.
“Dəməşqin tarixi” - Abdulla bn Bureydədən:
Amir bn Tüfeyl Amirinin əmisi mənə danışdı ki, Amir
bn Tüfeyl Allahın Rəsuluna (s.ə.v.) bir at hədiyyə etdi
və Həzrətə bir məktub yazdı: “Bədənimdə böyük bir
çapıq əmələ gəlib, mənə bir dərman göndər”.
Peyğəmbər (s.ə.v.) onun atını qaytardı, çünki o,
müsəlman olmamışdı, amma ona bir qab bal göndərdi
və dedi: “Bununla müalicə olun!”.
Imam Baqir (ə): Ərəbin tibbi yeddi şeydədir:
qanalma alətində, imalədə, hamamda, burunotunda
(buruna tökülən dərmandır), qusmaqda və bal
yeməkdə. Axırıncı dərman dağlamaqdır.
BAL TƏFSIRI
Belə rəvayət edirlər ki, Həzrəti Əli (ə) əfəndimiz
bir gün qalibiyyətlə hərbdən evinə dönür. Həzrəti Əbu
Bəkir (ə), Həzrəti Ömər(ə) və Həzrəti Osman (ə) onun
evinə gəlir: “Qələbən mübarək olsun, ey Allahın
aslanı” deyərək təbrik edirlər.
Həzrəti Əli (ə) əfəndimiz büllur kimi parıldayan,
işıq kimi yanan haşiyəli bir tabaqda bal gətirib
müsafirlərinə ikram edir. Həzrəti Əbu Bəkir (ə)
ə
fəndimiz əlini uzadıb baldan yemək istədikdə balın
içində bir uzun tük (qıl) olduğunu görür və onu balın
248
içərisindən çıxarmaq istəyir. Həzrəti Ömər (ə) mane
olub deyir: “Ya Əbu Bəkir dəymə. Bizlər Allah
Rəsulunun ən yaxınlarıyıq. Umulur ki, bizləri təcrübə-
dən keçirmək üçün bu qıl buraya qoyulmuşdur. Bu-
nunla bağlı gəlin hər birimiz bu bal haqqında bir təfsir
söyləyək”.
Həzrəti Əbu Bəkir (ə) əfəndimiz öz təfsirində belə
söyləyir: “Namaz qılan möminlərin qəlbi bu tabaqdan
nurludur. Dünya məşğuliyyətlərini yada salmadan
namaz qılmaq bu baldan dadlıdır. Məxluqatdan tam
uzaq olmaq şərtilə Cənabi Haqqa yönəlmək bu qıldan
incədir”.
Həzrəti Ömər (ə) əfəndimiz öz təfsirində belə
söylədi: “Müsafirlərini sevən ev sahibinin qəlbi bu ta-
baqdan nurludur. Müsafirlərlə səmimi söhbət etmək bu
baldan dadlıdır. Müsafirlərin qəlbi bu qıldan da
incədir”.
Həzrəti Osman (ə) əfəndimiz öz təfsirində belə
söylədi: “Alimlərin qəlbi bu tabaqdan nurludur.
Alimlərlə söhbət etmək bu baldan dadlıdır. “Qurani-
Kərim”ə məna vermək bu qıldan incədir”.
Həzrəti Əli (ə) əfəndimiz öz təfsirində belə
söylədi: “Islam dini uğrunda döyüşə gedən möminlərin
qəlbi bu tabaqdan nurludur. Kafirlərlə vuruşub qalib
gəlmək bu baldan dadlıdır. Qul kimi əsir düşməyib
evinə qayıtmaq bu qıldan incədir”.
Bütün bu hikmətli təfsirləri dinləyən Həzrəti Fat-
ma (A.o.r.) çox duyğulanmış və özünə görə aşağıdakı
təfsiri söyləmişdir: “Qocasını məmnun edən qadının
qəlbi bu tabaqdan nurludur. Qocasına əzab-əziyyət
vermədən gözəl həyat sürmək bu baldan dadlıdır.
Qocasının tələbini yerinə yetirmək və onu məmnun
249
etmək bu qıldan incədir”.
Bu anda Rəsulullah əfəndimizə xəbər verildi. Bu
sıradan Rəsulullah “Dostlarım, bir təfsir də mən
deyim” buyurdu: “Ümmətimin qəlbi nurludur bu
tabaqdan. Kövsər şərabı dadlıdır bu baldan. Şəriətimin
yolu incədir bu qıldan”.
Bu əsnada Cənabi Haqq Cəbrayılı (ə.) göndərmiş-
di. Cəbrayıl da bir təfsir söylədi: “Qardaşım Ya Mu-
həmməd! Sənin peyğəmbərliyin nurludur bu tabaqdan.
Gələcək Qiyamət günündə ümmətinə şəfaət etmən
dadlıdır bu baldan. Sirat körpüsü incədir bu qıldan”.
Bu hikmətli təfsirlərdən sonra cümləsi əl qaldırıb
amin dedi. Rəsulullah da belə dua buyurdu: “Ya
Rəbbi! Bu bal təfsirini oxuyana, dinləyənə iki yüz
iyirmi dörd min peyğəmbər savabı ver” buyurdu. Hamı
birlikdə amin dedi.
Cənabi Haqdan xitab gəldi: “Ya Muhəmməd!
Qullarımdan hər kəs bu bal təfsirini oxuyarsa, yaxud
oxudarsa və yaxud yazdırıb yanında daşıyarsa, yaxud
yazdırıb ümmətimə hədiyyə edərsə, izzəti cəlalım
haqqı üçün o qullara 224 min peyğəmbər savabı
verərəm” buyurdu.
Indi bir kimsə bu bal təfsirini özü üçün yazıb və ya
yazdırıb hər gün oxusa və oxumağa davam etsə,
keşməkeşli dünya darlığı görməz. Dünyada zərurətə
düşməz. Ölərkən iman ilə ölmək nəsib olar. Hüsnü
xatimə ilə ölmək iman salamatilə axirətə getmək
deməkdir. Bu səbəbdən uca Cənabi Haqq onu gələcək
bəla və qəzalardan mühafizə edər.
Açıqlama: Ey Cənnət Yolçusu Qardaş! Bu bal
təfsirindəki hikmət və incəlik, dörd böyük xəlifələri-
mizin hikmətli izah və təfsirləri, Həzrəti Fatimə
250
Valideynimizin ibrət dolu təfsirləri, Rəsulullahın
(s.ə.v.) mübarək təfsirləri və Cəbrayılın (ə.) təfsir və
izahlarının gözəlliyidir. Bunun əsası olaraq Islam bir
bütün olaraq yaşamaqdadır.
Namaz ibadəti bir mömin üçün əsasdır. Insan
ibadət üçün yaradılmışdır. Həzrəti Əbu Bəkir (ə)
ə
fəndimiz bu incəliyi dilə gətirməkdədir.
Islamda müsafirlik çox önəmli bir amildir. Bu
incəliyi Həzrəti Ömər (ə) əfəndimiz dilə gətirməkdədir.
Alim və elm əhlini digərlərindən fərqləndirmək
Islamda çox mühümdür. Həzrəti Osman (ə) əfəndimiz
bu önəmə işarə etməkdədir.
Islamda Cihadın önəmini bilməyən yoxdur.
Həzrəti Əli (ə) əfəndimiz çox önəmli olan bu əsası dilə
gətirməkdədir.
Həzrət Fatimə valideynimizin işarət buyurduğu
incəlik Islam ailəsinin təməlidir. Bir xanımın qocasına
olan böyük sayqısı və qocaya olan haqqını yerinə yetir-
mək təfsiri, doğrusu cildlər dolusu izah və açıqlamaları
özündə əks etdirən vacib və lazımlı bir təfsirdir.
Rəsulullahın (s.ə.v.) mübarək izahları isə, mömin-
lərin könüllərinə sonsuz fərəh bəxş etməkdədir. “Sirat
qıldan incə, qılıncdan kəskindir” demişdir. “Dinimiz
qıldan incə, qılıncdan kəskindir” deyimləri hələ də
incəliklə dayanmaqdadır.
Hələ Cəbrayılın təfsirindəki “Qiyamət günü
Rəsulullahın (s.ə.v.) ümmətinə şəfaət etməsinin dadı və
zövqü, əlbəttə ki, dünya balında ola bilməz”.
Dini işlərdə savab və fəzilət əldə edtmək üçün
niyyətlərin düzgün və Allah üçün olması gərəkdir. Bir
iş Allah üçün edilərsə, Allah qullarının qəlbindəki niy-
yətləri çox yaxşı bildiyindən, o qulunun niyyətlərinə
251
görə müamilə yapacaqdır. Allah eşqinə iş tutanlar,
Allahdan sonsuz mükafat alacaqlar. Biz müsəlmanlar
buna inanırıq.
Şə
kər haqqında
Şə
kər qamışı və şəkər istehsalının vətəni Cənub-
Şə
rqi Asiya sayılır. Şəkər qamışı Hindistanda
eramızdan 3000 il əvvəl, Yaxın Şərqdə, Aralıq dənizi
ölkələrində və Çində VI əsrdən becərilir.
Makedoniyalı Iskəndərin ordusu Hindistan torpa-
ğ
ına qədəm basdıqda gördükləri çoxlu möcüzələr içə-
risində bir şey onların diqqətini cəlb etmişdi. Hindlilər
xoş şirin dada malik olan ağ rəngli bərk məhsul
yeyirdilər. Makedoniyalı Iskəndərin silahdaşlarından
biri o vaxt yazmışdı ki, Hindistanda yetişən qamış
arısız bal verir. Sonralar Çinə gətirilən həmin məhsul
Daş bal, Misirdə isə Hind duzu adlanırdı. Beləliklə
şə
kər istehsalı Hindistanda başlamış, sonralar Irana
keçmiş və VII əsrdə ərəblər onu Avropaya aparmışlar.
Rus dilində “Caxap”, indusca “Sarkara” və ya
“Sakkara” sözündən yaranmışdır.
Şə
kər qamışının tərkibində 20%-dək şəkər (saxa-
roza) olur. Şəkər qamışından şəkər alınması qədimdən
məlumdur. Sənaye üsulu ilə şəkər qamışından şəkər
istehsalına Hindistanda XVI əsrdə başlanmışdır.
Hazırda Dünyanın 100-dən çox ölkəsində istehsal
olunan şəkərin təxminən 55%-i subtropik və tropik
iqlim şəraitində yetişən şəkər qamışından, 45%-i isə
şə
kər çuğundurundan alınır.
1746-cı ildə Alman alimi Andrey Markqraf ilk
dəfə çuğundurda saxaroza olduğunu kəşf edir və bu
barədə Berlin Elmlər Akademiyasına məlumat verir.
252
XVIII əsrin axırlarında bu bitkiyə maraq artır və
demək olar ki, Avropanın bir çox ölkələrində onun
becərilməsinə başlanır. Şəkər çuğundurundan ilk dəfə
zavod şəraitində şəkəri almanlı F.K.Aşar almışdır.
Təqdirə layiq haldır ki, artıq «Azersun Holdinq»
ş
irkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Azər-
baycan Şə kə r Istehsalat Birliyi” (AŞ B), başqa sözlə
Imişli Şəkər Zavodu nəinki respublikanın şəkərə olan
tələbatını ödəyir, hətta xarici ölkələrə də şəkər ixrac
edir.
Şə
kər əsas qida maddələrindən biridir. Şəkərdən
kulinariyada, qənnadı sənayesində, spirtsiz içkilər, mü-
rəbbə, cem və digər konservləşdirilmiş meyvə-gilə-
meyvə məhsulları istehsalında istifadə edilir.
Insanların qidalanmasında şəkərin böyük əhəmiy-
yəti vardır. Şəkər orqanizmdə yaxşı mənimsənilir (95%
və çox) və yüksək qidalılıq dəyərinə malikdir. 100
qram şəkər 374 kkal və ya 1565 kCoul enerji verir.
Şə
kərin qidalılıq dəyərinin yüksək olması ondan irəli
gəlir ki, o suda yaxşı həll olur və tezliklə qana sorulur.
Şə
kər gündəlik qida rasionuna daxildir. Qeyd
etmək lazımdır ki, 1-11 yaşlı uşaqlar gündə 50-60
qram, 11-14 yaşlı yeniyetmələr 60-70 qram, yaşlılar isə
70-90 qram şəkər yeməlidirlər. Digər məhsullarla
qəbul olunan saxaroza da nəzərə alınmaqla sağlam
insan gündə 100-125 qram şəkər qəbul edə bilər. Lakin
artıq miqdarda şəkər qəbul edildikdə qan qlükoza ilə
doyur, maddələr mübadiləsi və eləcə də şəkər
mübadiləsi pozulur, mədəaltı vəzinin işi çətinləşir. Yu-
xunun pozulması, iltihab proseslərinin inkişafı da
çoxlu şəkər qəbul edilməsi ilə əlaqədardır. Lakin
şə
kərin insan orqanizmi üçün fizioloji əhəmiyyəti
253
böyükdür.
Şə
kər haqqında “Qurani-Kərim”də heç bir
buyuruq yoxdur. Lakin imamların hədislərində şəkər
çuğunduru və şəkər haqqında bir neçə kəlamlara rast
gəlmək olur.
Şə
kə r haqqında hə dislə r
Imam Cəfər Sadiq (ə) buyurub: “Mənim şəkərdən
artıq sevdiyim bir şey yoxdur”.
Imam Rza (ə) buyurub:
1. “Hər kəs yatanda iki tikə şəkər yesə, ölümdən
qeyri bütün xəstəliklərdən şəfa tapar”.
2. “Əgər bir kişinin min dirhəm pulu olsa və o,
pulun hamısını verib şəkər alsa, o şəxs israf
etməyibdir”.
3. “Qızdırma xəstəliyinə görə on dirhəm
ağırlığında şəkər götürüb ac qarına su ilə içginən”.
4. “Üç şey var ki, adamların çoxuna zərər verməz:
raziqi üzümü, qənd qamışı, bir də alma”.
5. “Qənd qamışı qəbzliyi açar, onda heç bir dərd
və ya təhlükə yoxdur”.
Şə
kər çuğunduru. Imam Rza (ə) buyurub:
1. “Sizə şəkər çuğundurunu tövsiyə edirəm. O
Firdövs Behiştində bir çayın kənarında bitir. Onda hər
dərdin dərmanı var. Əsəbi bərkidir, qanın hərarətini
söndürür və sümükləri qalınlaşdırır”.
2. “Xəstələrinizə çuğundur yedirdin ki, onda şəfa
var, amma heç bir dərd yoxdur. O xəstəyə yuxu bəxş
edir”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Şəkər çuğunduru
yeyən şəxs cüzamdan arxayın olar”.
254
Xörə k duzu haqqında
Xörək duzu yeyinti məhsulu kimi həm şəxsi isteh-
lak üçün və həm də sənaye məqsədləri üçün geniş
miqyasda istifadə olunur. Xörək duzu müxtəlif yeyinti
məhsullarının konservləşdirilməsində bir konservant
kimi tətbiq olunur.
Dünyada duz ehtiyatı çoxdur. Okean sularında 38
trilyon ton natrium-xlor ehtiyatı vardır. Yer altındakı
daş duz ehtiyatı isə 34 trilyon tona qədərdir. Beləliklə,
insanlar milyon illər bundan sonra da duzla təmin
olunacaqlar.
Insan bədəninin təxminən 0,5 kq-ı natrium-xlorid
duzu təşkil edir. Bu duzun orqanizmdə çatışmamazlığı
nəticəsində həyati əhəmiyyəti olan bir sıra fizioloji
proseslər pozula bilər. Xörək duzu qana daxil olmaqla
bərabər orqanizmdə olan hüceyrə protoplazmalarında,
qanda, limfalarda osmotik təzyiqin yaranmasını təmin
edir. Bunun sayəsində qanın iştirakı ilə müxtəlif
toxumalardan maddələr mübadiləsi normal surətdə baş
verərək, hüceyrə və toxumaların həyat fəaliyyətini
mühafizə edir.
Insanın mədəsinin selikli qişa vəziləri xörək duzun-
dan mədə şirəsinə lazım olan duz turşusunu hazırlayır
ki, bu həzm prosesləri üçün çox əhəmiyyətli sayılır.
Insan orqanizmi hər gün müəyyən miqdarda
natrium-xlorid duzu qəbul etməlidir, çünki orqanizm-
dən müntəzəm olaraq natrium-xlorid xaric olunur.
Beləliklə, bütün fizioloji funksiyanın normallığını
təmin etmək üçün insan hər gün bütün yeməklərlə
birlikdə 10-15 q xörək duzu qəbul etməlidir. Lakin
müasir təbabət gündə 7-8 qramdan çox duz qəbul
255
etməyi məsləhət görmür. Xüsusən yaşlılar və qan-
damar xəstəliklərindən əziyyət çəkənlər duz istehlakını
azaltmalıdırlar.
Xörək duzu təbiətdə 2 tipdə olur:
1. Mə
dən duzu – bərk kristallı mineraldan ibarət
olub, yer altında böyük yataq şəklində olur. Bu növ du-
za mineralogiyada qalit adı verilir. Yeyinti sənayesində
və ticarətdə belə duza Daş duz deyilir.
2. Şora – yalnız suda həll olmuş halda göllərdə,
dənizdə, hövzələrdə olur. Bunun alınma üsulları
müxtəlifdir.
Duz yataqlarının xarakterindən və duzun alınması
texnologiyasından asılı olaraq xörək duzu aşağıdakı
növlərə ayrılır:
1. Daş duz. Bu duzu yeraltı duz yataqlarından iri
parça halında çıxarıb duz dəyirmanlarında xırdalayır-
lar. Naxçıvan MR-da daş duz yataqları vardır.
2. Çökdürülmüş duz və ya hövzə duzu. Bu duzu
süni surətdə düzəlmiş hövzələrdə, dəniz suyunu
buxarlandırıb çökdürməklə əldə edirlər.
3. Şoran duzu və ya göl duzu. Bu duzu duzlu göl-
lərin dibindən çıxarırlar. Abşeronda şoran duz yutaq-
ları vardır. Masazır gölü ən böyük şoran duz mənbə-
yidir.
4. Buxarlandırılmış duz. Bu duzu yer altından çı-
xarılmış duzlu suyun buxarlandırılması nəticəsində
ə
ldə edirlər.
5. Yodlaşdırılmış duz. Bu duzu adi xörək duzuna
kalium-yodat duzu qatmaqla hazırlayırlar.
“Azersun Holding” şirkətlər qrupunun tərkibində
fəaliyyət göstərən “Azərbaycan Duz Istehsalat
Birliyi” QSC müasir avadanlıqların köməyi ilə dünya
256
standartlarına cavab verən texnologiyanı tətbiq etməklə
yüksək keyfiyyətli duz istehsalını təşkil etmişdir.
Masazır gölündəki şoran duzunun analizləri
göstərmişdir ki, bu duz tərkibinə görə MDB-nin digər
bölgələrindəki şoran duzlardan çox az fərqlənir.
Zavodda müxtəlif çeşiddə xörək və süfrə duzu
istehsal olunur.
Duz haqqında “Qurani-Kərim”də heç bir buyuruq
yoxdur. Lakin Peyğəmbərimizin (s.ə.v.) və imamların
hədislərində duz və duzun istifadəsi haqqında bir neçə
kəlamlara rast gəlmək olur.
Xörək duzu haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) Əliyə (ə) etdiyi vəsiyyətlə-
rində buyurur:
1. “Ya Əli, duz ilə yeməyə başla, duz ilə də qurtar.
Duzda yeddi xəstəliyə şəfa var: dəlilik, cüzam, alalıq,
boğaz ağrısı, diş ağrısı, qarın ağrısı”.
2. “Kim yeməkdən qabaq və yeməkdən sonra duz
yesə, Allah-Təala ondan üç yüz otuz növ bəlanı
uzaqlaşdırar. Belə ki, onların ən yüngülü cüzam olar”.
Imam Cəfər Sadiq (ə) buyurub: “Hər kəs təamın
ə
vvəlinci loxmasına duz səpsə, üzündə olan çillər
gedər”.
Imam Rza (ə) öz səhabələrindən soruşdu ki, hansı
“çörək qatığı” yaxşıdır? Onların bəzisi dedi: - ət, bəzisi
dedi: - zeytun yağı. Sonra o Cənab (ə) buyurdu: “Yox,
o duzdur. Bir dəfə biz gəzməyə çıxmışdıq, qulam
yaddan çıxarıb duz götürməmişdi. Təam yeyəndə heç
bir şey duzu əvəz etmədi”.
Dostları ilə paylaş: |