Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc


Əfqan diyarında bərkimişik biz



Yüklə 7,05 Mb.
Pdf görüntüsü
səhifə5/166
tarix02.01.2022
ölçüsü7,05 Mb.
#1064
1   2   3   4   5   6   7   8   9   ...   166
Əfqanıstanda  həmin  respublikanın  «Sədaqət» 
medalı ilə təltif olunmağım münasibəti ilə 
 
Əfqan diyarında çox olmuşam mən, 
Qürbət on ilini aldı ömrümün. 
Məqsədim deyildi eşidim «əhsən», 
Zəhmət çəkməyirdim «təşəkkür» üçün. 
 
Orda sərf etdiyim əməyim mənim 
Qərəzsiz bir kəsin əməyi idi. 
İgid əfqanlara köməyim mənim 
Qardaşın qardaşa köməyi idi. 
 
Heç də gizləmirəm, bu gün, bu dəmdə 
Böyük bir iftixar mənə yar olub. 
Hüdudu bir qarış olan sinəmdə 
Hüdudsuz bir sevinc bərqərar olub. 
 
Odlar ölkəsinə dağlar ölkəsi 
Gör necə göndərib təşəkkürünü: 
Mənə yetsin deyə «təşəkkür» səsi 
Medala döndərib təşəkkürünü. 
 
Bu təltif təb’imi gətirdi dilə, 
Medalı sinəmə sancaraq bu gün, 
Əfqan ölkəsinə ehtiram ilə 
Təşəkkür edirəm təşəkkür üçün. 

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin