Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Sosiallaşma prosesində insan fəal varlıq kimi ətraf mühiti dəyişdirir və eyni
zamanda özü keyfiyyətcə dəyişir, hərtərəfli və ahəngdar şəkildə inkişaf edir.
2. Sosializasiya prosesi və onun quruluşu Mürəkkəb və çoxcəhətli sosiallaşma prosesinin müəyyən mexanizmi, ardıcıllığı və
mərhələləri vardır.
Sosiallaşmanın mexanizmi dedikdə, birinci növbədə onun üsul və vasitələri
nəzərdə tutulur. İnsan sosial təcrübəni müəyyən vasitə və üsulların köməyi ilə öyrənir.
Buraya təqlid, təlqin, bənzətmə, rəhbərlik və s. aiddir.
Sosializasiyanın ardıcıllığı dedikdə, onun əsas istiqamətləri, dövr və mərhələləri
nəzərdə tutulur. Sosial təcrübəyə yiyələnərkən insan (1) əvvəla maddi mədəniyyət
sərvətlərini öyrənir və mənimsəyir. Bu sosial təcrübəyə yiyələnmənin birinci cəhətidir.
Sosial təcrübəyə yiyələnmənin ikinci cəhətini isə (2) sosial münasibətlərin zənginlik və
müxtəlifliyi ilə tanışlıq və onların mənimsənilməsi təşkil edir. Hər aspektin özünün
mexanizm və üsulları vardır. Məsələn, maddi nemətlərə sahib olmaq üçün təlim, təlqin,
təqlid, nümunə və s. üsullardan, sosial münasibətlər sisteminə yiyələnmək üçün isə
inandırma, identifikasiya, rəhbərlik, yoluxdurma və sairdən istifadə olunur.