Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq
1942-ci ildə Q. Xaymen tərəfindən irəli sürülmüşdür.
Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin
statusunun artması üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.
Qrup - özünəməxsus sistemdir və müəyyən struktura malikdir. Qrupa daxil olan
hər, bir adam onda müəyyən rol və vəzifə ifadə edir. Hər bir qrup özünün
məqsədlərinə, normalarına, sərvət meyillərinə, sosial gözləmələrinə və s. müvafiq
olaraq müxtəlif formalarda öz üzvlərinə nəzarət edir; onları rəğbətləndirir və ya
cəzalandırır.