Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 86
etnosu çərçivəsində qrupdaxili birliyi saxlamaqda zəruri şərt kimi qiymətləndirərək
etnosentrizmə etnik qrupların qarşılıqlı əlaqəsinin universal mexanizmi kimi baxır.
Ziqmund Freydin qruplararası münasibətlər aspektində iki tezisini qeyd etmək olar:
autqrup ədavətin qaçılmazlığı, qrupun stabilliyinin və identifikasiyasının saxlanması vasitəsi
kimi autqrup ədavətinin funksiyasının müəyyən olunması. Freyd autqrup düşmənçiliyinin -
mexanizmini erkən ailə münasibətlərinin emosional ambivalentliyində görürdü. Freydə görə
rəqiblik və aqressiyanın obyekti olan bu münasibətlər eyni zamanda təqlid edilən, yamsılanan
sevgi və nifrətlə də xarakterizə oluna bilər. Erkən uşaqlığın emosional münasibətlərinin
ambivaletliyi qrupa keçir: ataya olan sevgi qrup liderinə transformasiya edilir, düşmənçilik və
aqresiya autqrupa yönəlir. Lakin sonrakı tədqiqatların əksəriyyətində Freydin qruplararası
münasibətlər konsepsiyası qəbul olunmasa da, bütövlükdə digər qruplara münasibətdə
qruplararası münasibətlərin tədqiqinə ədavət, aqressivlik məsələləri ana xətti təşkil edirdi.
Z.Freydin ideyaları T.Adornonun (1950) “Avtoritar şəxsiyyət” tədqiqatlarına birbaşa
təsir etmişdir. Adornonun fikrincə, tipik, “avtoritar şəxsiyyət” həddindən artıq ciddi ailə
tərbiyəsi ilə nəticələnən sosial yönəlişliyin sərt sistemi ilə xarakterizə olunur. Bu prosesdə
valideynlərə münasibətdə bütün aqressiv hisslər və incikliklər artır. “Avtoritar şəxsiyyətdə” öz
valideynlərini ideallaşdırmaq tendensiyası ilə yanaşı şüuraltı ədavətə keçən sarsıntı hissi də
saxlanılır. Adorno avtoritarlıq və ya eqosentrizmi sadəcə olaraq şəxsiyyətin
keyfiyyətlərindən biri kimi deyil, onun davranışının qruplararası situasiyaları müəyyən edən
baza kimi xarakterizə edir. Beləliklə, T.Adornonun qruplararası determinasiya anlayşı prinsipcə Z.Freydin yanaşmasından o qədər də fərqlənmir.
Qruplararası ədavət və aqressivlik şəxsiyyətlərarası konfliktlərin həll edilməsi üsulu kimi
bir sıra tədqiqatlarda öz əksini tapmışdır: şəxsiyyətə frustrativ təsir göstərən aqressiyaların
ümumiləşdirilməsi (L.Berkovits-1972); müxtəlif etnosların nümayəndələrinin münasibətlərini
tənzim edən etnik stereotiplərin rolu (Q.Ollport-1954, T.Pettiqryu-1958).
Berkovits öz tədqiqatlarında aqresiyanın ümumiləşdirilməsi fenomenini təhlil etmişdir.
Alimin fikrincə qruplararası münasibətlər sonda fərdin psixoloji probleminə çevrilir.
Müharibəyə getməyi fərdlər müəyyən edir; döyüşdə fərdlər vuruşur; sülh müqaviləsini fərdlər
bağlayır... Lakin praktik olaraq, proseslər belə getsə də müharəbəyə getməyin, vuruşmağın tək
fərdin fikri olduğunu düşünmək sadəlövhlük olardı.
Ollportun fikrincə qruplararası münasibətlər sosial persepsiya səviyyəsində əsasən iki
qrupun nümayəndələri arasında (interindividual) fərddaxili münasibər kimi öyrənilir.