Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 89
Qruplararası münasibətlər probleminə aid tədqiqatları təhlil edərkən belə bir nəticəyə
gəlmək olar ki, qruplararası münasibətlər psixologiyasına aid müxtəlif nəzəri və metodoloji
yanaşmalar mövcuddur. Bu sahədə Avropa ölkələrində aparılmış eksperimental tədqiqatlar da
diqqəti cəlb edir. Lakin bir cəhət nəzərdən qaçırıla biməz ki, qruplararası münasibətlər dinamik
prosesdir, müxtəlif amillərin təsiri ilə həmin münasibətlər sistemində bir sıra dəyişikliklər baş
verir. Həmin dəyişikliklərə cəmiyyət miqyasında mövcud olan sosial-iqtisadi, sosial-siyasi
şəraitlə yanaşı sosial-psixoloji amillər də ciddi surətdə təsir göstərir. Burada etnik-psixoloji
amillərin təsiri də mühüm rol oynayır. Onu göstərmək kifayətdir ki, bizim etnosda şəxsi
mənafenin ön plana keçməsi qruplararası münasibətlərə də ciddi surətdə təsir göstərir və çox
halda qrup mənafeyi şəxsi mənafeyə qurban verilir. Bu da heç şübhəsiz, qruplararası
münasibətlərə çox ciddi mənfi təsir göstərir: münasibətlər sistemində neqativ cəhətlərin özünü
daha aşkar surətdə biruzə verilməsini şərtləndirir.