4.3. İnformasiya sahəsinin xüsusiyyətləri İnformasiya sahəsinin xüsusiyyətləri, əks əlaqə fenomeni və kommunikativ maneələr. Əks əlaqə - informasiya mübadiləsinin önəmli fenomenlərindən biridir. Əks
əlaqə dedikdə, resipientin kommunikatorun verdiyi informasiyanı necə qavraması,
onun davranışını və sözlərini necə qiymətləndirməsi nəzərdə tutulur.
İnformasiya mübadiləsi avtomatik proses deyil. Resipientin informasiyanı
qavraması prosesində müxtəlif kommunikativ maneələr meydana çıxır və məkanın
aşıqlanmasıa öz təsirini göstərir.
Sosial psixologiyada kommunikativ maneələrin 4 növü təsvirv olunmuşdur.
Onları M.R.Brityanovanın şərhində açıqlayaq.
1. Fonetik maneə. Kommunikator və resipient müxtəlif dillərdə və dialektlərdə
danışanda onların nitqində və diksiyasında köklü defektlər olduqda, cümlənin
qrammatik quruluşu təhrif edildikdə ünsiyyət prosesində öz-özünə fonetik maneə