Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 111
2. Beyni normal fəaliyyət göstərən hər bir insan zəruri reallıq təcrübəsinə
malikdir.
3. Hər bir yaşlılaşmış fərdin ya valideynləri olmuşdur, ya da onların valideynlərini
kimsə əvəz etmişdir.
E.Bern bu praqmatik prinsiplər kökündə aşağıdakı fərziyyələri irəli sürmüşdür:
1. Uşaqlığın izləri Mən-in inteqral vəziyyəti şəklində yenidən doğulur
(arxeopsixi izlər).
2. Reallıq təcrübəsi Mən-in təcrid olunmuş qabiliyyəti deyil, fasiləli vəziyyətinin
funksiyasıdır (neopsixi fəaliyyət).
3. İnteqral Mən-in icraedici hakimiyyətini kənar şəxsiyyətlər yerinə yetirə bilərlər
(eksteropsixi fəaliyyət).
Transakt analiz nəzəriyyəsinə görə, şəxsiyyətin strukturunun üç orqanı (ekstero-
psixika, neo-psixika və arxeo-psixika) var. Fenomenoloji baxımdan onlar Mən-in
aşağıdakı vəziyyətləri şəklində təzahür edirlər: Valideyn, Yaşlı və Uşaq. (Şəkil 18)
Beləliklə, E.Bern insanın dünyada mövcudluğunun üç müxtəlif vasitəsini kəşf
etmişdir. Bu vasitələrdən hər biri fikir, hiss və davranışın özünəməxsus xəlitəsindən
ibarətdir.
Əgər insan özünün valideynləri kimi fikirləşir və valideyn hissləri ilə yaşayırsa,
onlardan hər hansı biri və ya onları əvəz edən hər hansı bir yaşlı kimi özünü aparırsa,
o, Valideyn eqo-vəziyyətində olur. Əgər o, “indi və burda” prinsipi ilə fikirləşir və
hərəkət edirsə, ətrafda baş verən hadisələrə özünün yaşlı potensialı kökündə reaksiya
göstərirsə, o, özünün Yaşlı eqo - vəziyyətini biruzə verir. Əgər onun fikri, hissləri və
davranışı uşaqlıq ölçüləri ilə söykənirsə, o, özünü Uşaq eqo-vəziyyətində göstərir
(V.N.Qoryanina, 89).