Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 116
istinad elementləri - əlamətləridir. İnsanın insan tərəfindən qavranılmasında həmin
elementlərin hamısı iştirak etməsə də, ən azı birinin iştirakı zəruridir.
İnsanların bir-birini qavramasında sifət mühüm yer tutur. Bu, hər şeydən əvvəl,
onunla bağlıdır ki, insan sifəti affektiv əhəmiyyətə malikdir. Sifətin ən ifadəli əlamətləri
ağızla göz sahəsində (arasında) yerləşir. Bu sahəyə
mimika zonası deyilir. İnsanın
insan tərəfindən qavranılmasında ekspressiv yükü bu zonalar daşıyır. Belə ki, gülüşün
ifadəsində ağız, müxtəlif emosiyaların ifadəsində isə göz sahəsi daha mühüm rol
oynayır. Bu baxımdan sifət nəinki qavranılmaq üçün münasibdir, həm də sifətin
ekspressiyası insanın halətlərini əks etdirir və həmişə ünsiyyət prosesində nəzərə
alınır.
Müəyyən edilmişdir ki, insanın tam surəti tədricən əmələ gəlir, onun yaranması
qavrayış obyektinin əks olunduğu məkan-zaman şəraiti ilə əlaqədardır. Məsələn,
normal adamlar yaxşı görmə şəraitində onlardan 2 km aralı məsafədə olan adamı
ətrafdakılardan ayıra bilirlər. 1 km məsafədən onlar insanın ümumi konturlarını
görürlər. 700 m. məsafədən isə başqa adamın əl və qol hərəkətlərini qavrayırlar. Onlar
400 m. məsafədən adamın baş geyimini, 300 m. məsafədən başını və çiyinlərini, sifət
dairəsini, geyiminin rəngini, 200 m. məsafədən sifətini, əllərini, 60 m. məsafədən
gözlərini, burnunu və barmaqlarını, 20 m. məsafədən isə bütün xüsusiyyətlərini əks
etdirirlər.
Fiziki simanın qavranılmasında yaş planında müəyyən fərqlər müşahidə olunur.
A.A.Bodalev bu baxımdan müəyyən edilmiş qanunauyğunluğu təhlil edərək göstərir
ki, yaş artdıqca insanlar qavrayış prosesində başqa insanın fiziki simasına aid
əlamətləri daha çox ayırd edirlər. 7-8 yaşa nisbətən 21-26 yaşlarında fiziki simanın
qavrayış zamanı təsbit edilən elementlərinin faizi, demək olar ki, 22 dəfə artır.
Hər bir adam özünü qavrayış obyekti kimi fərqləndirir: o, bilir ki, küçədə də, işdə
də, evdə də, teatrda da, kafedə də ona baxan var. Adamlar öz davranış və
rəftarlarında adətən bu cəhəti nəzərə alır, başqa adamlarda özləri haqqında yaxşı
təsəvvürlər yaratmağa çalışırlar. İnsanların bu məqsədlə istifadə etdikləri təsirli
yollardan biri