Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə32/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
18
şəxsiyyətlərarası  qarşılıqlı  təsir  (F.Xayder,  T.Nyukom,  L.Festinger)  kimi  problemlərin 
öyrənilməsində də koqnitivizm çərçivəsində mühüm araşdırmalar aparılmışdır.  
Neofreydizm  və  Freydizm  cərəyanı:  Freydizm cərəyanı  XIX  əsrin  sonu  -  XX  əsrin 
əvvəllərində əmələ gəlmişdir; Qərb ölkələrində qısa müddət ərzində incəsənətə, ədəbiyyata, 
insanla bağlı müxtəlif elm sahələrinə, xüsusilə təbabət, antropologiya, sosiologiya, mədəniyyət 
tarixi, pedaqogika və s.-yə geniş nüfuz etmişdir.  
Onun banisi Avstriya psixiatrı və psixoloqu Ziqmund Freyddir (1856-1939). Freydin adı 
ilə cərəyan Freydizm adlanır. Freydin özü onu «psixoanaliz» adlandırırdı.  
Neofreydizm Z.Freydin ideyalanna söykənərək psixoanalitik prinsipləri sosial-psixoloji 
praktikaya tətbiq etməyə və müxtəlif sosial-psixoloji problemləri psixoanalizin paradiqmaları 
əsasında izah etməyə başladı.  
Z.Freydə  görə,  qrupun  əsasını  emosional  libido  rabitələrin  sistemi  təşkil  edir. 
Şəxsiyyətlərarası «məhəbbət» sayəsində qrup özünün psixoloji simasını kəsb edir. Qrup üzvləri 
özlərini  bu  kökdə  qrupun  lideri  ilə  eyniləşdirirlər.  Bu  identifikasiya  əsasında  qrupun  adi 
üzvlərinin münasibətləri formalaşır.  
Psixoanalitik  sosial  psixologiya  qrupun  inkişafı  haqqında  müxtəlif  nəzəriyyələrdə  öz 
əksini tapmışdır. Bu nəzəriyyələrdə qrupun əsas modeli kimi psixoterapevtik qrup ayırd edilir 
(Bayon,  U.Bennis  və  Q.Şepard),  insan  davranışının  başlıca  sosial  motivləri  təhlil  olunur 
(U.Şuts, T.Adorna).  
Müasir  sosial  psixologiyada  iki  nəzəriyyə  -  simvolik  interaksionizm  və  sosial 
konstruksionizm nəzəriyyələri də diqqəti xüsusilə cəlb edir.  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin