Microsoft Word Sosial Psixologiya docx


Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə69/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik surətdə iki 
proses uzlaşır: 1). Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur; 
onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz 
bunun  sayəsində  o,  ictimai  təcrübəyə  yiyələnir,  onu  mənimsəyir,  oz  sərvətinə  çevirir. 
Şəxsiyyətin inkişafının bu cəhəti onun ictimailəşməsi (sosializasiyası) kimi xarakterizə olunur. 
2). Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda 
daha çox müstəqillik, nisbi avtanomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafının mühüm 
cəhətini fərdiləşmə prosesi təşkil edir.  
Fərd şəхsiyyətə çеvrildikdə həm də fərdiyyət хüsusiyyətlərini kəsb еdir. Fərdiyyət və 
şəхsiyyət  аnlаyışlаrı  məzmuncа  qismən  yахındır.  Bеlə  ki,  əgər  fərdiyyət  аnlаyışı  insаnın 
təkrаrоlunmаz хüsusiyyətlərini, оrijinаllığını ifаdə еdirsə, şəхsiyyət аnlаyışı dаhа çох insаn 
müstəqilliyini, əqidə möhkəmliyini, şəхsi simаsını, prinsipiаllığını, çətin vəziyyətlərdə sərbəst 
qərаr qəbul еtmək (аğlın çеvikliyi) qаbiliyyətini göstərir. Fərdiyyət dеdikdə, burаyа хаrаktеr, 
tеmpеrаmеnt, psiхi prоsеslərin cərəyаnеtmə хüsusiyyətləri, üstünlük təşkil еdən hissələrin və 
fəаliyyət mоtivlərinin məcmuyu, fоrmаlаşmış qаbiliyyətlər dахildir. 
Şəxsiyyətin  təsirilə  fərdin  bütün  xüsusiyyətləri  inteqrasiyaya  uğrayır,  riyazi  terminlə 
desək onlar hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir. Psixologiyada bu cəhəti təhlil 
etmək üçün inteqral (latınca inteqer – bütöv deməkdir) fərdiyyət anlayışından istifadə olunur. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin