17
romantik, mübariz qəhrəman tipi səciyyəvi idi. Şəksiz ki, müəy-
yən ictimai həyat həqiqətlərini əks etdirən belə surətlər bədii əsər-
lərdən tənqidi yazılara keçir, tənqidin “inqilabiliyini”, “çevik-
liyini”, “quruculuq” missiyasını təmin edirdi. Ədəbi tənqid bu və-
ziyyətə o dərəcədə öyrənmişdi ki, təsəvvüründə bu qəhrəmanları
həyatın atributuna, həqiqətin yeganə meyarına çevirmişdir.
Doğrudur, 90-cı illərdə bəlkə elə qəhrəman tipi yaranmadı
ki, tənqidi yazılara keçsin, onun qəhrəmanlarına çevrilsin,
“çevikliyini” təmin etsin. Bu ola bilsin ki, ədəbiyyatın güna-
hıdır. Amma bəs necə olur ki, öz növbəsində ədəbi tənqid
“Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və
SSRİ Nazirlər Sovetinin nəinki yalnız ideoloji, həmçinin kənd
təsərrüfatı, sənaye, sosializm yarışı və s., və i.a. haqqında qə-
rarların ədəbiyyatdakı inikasını (!) tələb edə” bilirdi, yəni yazı-
çını sxematik qəhrəmanlar, şablon süjetlər yaratmağa məcbur
edirdi, 90-cı illərdə isə, sənətin bütün ideoloji yasaqlardan üzü-
lüşdüyü, ehkam və doqmaları geridə qoyduğu bir vaxtda yazıçı
və şairlərdən dövrün problemlərinin, baş mövzularının əksini
tələb edə bilmədi?! “Niyə çağdaş Azərbaycan nəsrində müha-
ribə mövzusu lazımınca işıqlandırılmadı”, “niyə bu gün milli
ruhun, azadlıq duyğusunun dirçəldilməsində 1918-ci illərin
poeziyası rol oynayır”, “niyə hələ də müharibə haqqında ən
yaxşı nümunələr 1941-45-ci illərin ədəbiyyatı sayılır” (V.Yu-
sifli) kimi suallar, “ədəbiyyat dövrü, zamanı, cəmiyyəti, milləti
qabaqlamalı olduğu halda hadisələrin ardınca sürünür. Bu da
bir növ fərarilikdi-ədəbiyyatın fərariliyi!!! (T.Hüseynoğlu)
kimi kəskin etirazlar bədii düşüncəni, ədəbi fikri düşündürəcək,
silkəyəcək səviyyədə geniş miqyas almadı. Böyük tənqid bö-
yük ədəbiyyat yaradır elədir. Akademik K.Talıbzadənin fikri
də həqiqətdir ki, “lakin böyük ədəbi əsərlər yazılana qədər
bizim münəqqidlər mürgüləməlidirlərmi? Tənqidsiz böyük
ədəbiyyat yaranacaqsa, onda tənqidə heç bir ehtiyac qalmayır”.
Tənqid öz varlığını daim hiss etdirməli, mütərəqqi ideyaların
təbliğatçısına çevrilməlidir. O dərəcədə ki, yazıçını bəzən “tən-
qid də böyük ədəbiyyat yarada bilər” qənaətinə gətirə bilsin.
18
Söz yox ki, 90-cı illər mürəkkəb, təzadlı illər idi. Amma axı
ədəbiyyatımız bundan da çətin sınaq mərhələlərini adlayıb.
1937-ci illəri, ağır repressiya zamanını göz önünə gətirək. Bir-
dən-birə ictimai fikir mücahidlərimiz, qüdrətli zəka sahiblə-
rimiz ideoloji siyasətin, mənfur irticanın qurbanına çevrilir,
ədəbiyyat şairi, yazıçısı ilə bahəm M.Quliyev, Ə.Nazim,
H.Zeynallı, M.K.Ələkbərli, B.Çobanzadə, V.Xuluflu, A.Musa-
xanlı kimi tənqidçi simalarını da itirir. Amma hətta fəci tale ilə
üzləşəndən sonra belə ədəbi tənqid səsini içinə qısmır. O illərin
ədəbi tənqidinin mənzərəsini ədəbiyyatşünas Ş.Salmanov belə
təsvir edir: “Repressiya, şəxsiyyətə pərəstiş tənqidi fikri öz sərt,
amansız qanunlarına tabe edirdi, onu sıxır və boğurdu. Belə
şəraitdə tənqiddə fəaliyyət göstərmək, axtarmaq və yaratmaq
müşkül məsələ idi. Lakin buna baxmayaraq tənqid çıxılmaz
vəziyyətdən yol axtarır və tapırdı. Ədəbiyyat haqqında, hansısa
yeni əsər haqqında bəzən yanlış, birtərəfli rəy və fikir ifadə etsə
də, yaxud buna məcbur olsa da, tənqid, ədəbiyyatşünaslıq öz
daxili mahiyyətinə, vəzifəsinə xəyanət etmir, amiranə-inzibati,
zəhmli bürokratik fikir şəraitində ədəbiyyatın insanşünaslıq,
xalqşünaslıq qayələrinə xidmətindən qalmırdı”.
Əgər 90-cı illərdə də tənqidçilərdən hər biri ədəbi tənqid
adına sədaqətlə xidmət eləsəydi, ədəbi prosesdəki neqativ hal-
lara qarşı aramsız mübarizə yolunu tutsaydı, həm tənqidin
vəziyyəti bu gün belə problem yaratmaz, həm də “ədəbiyyatın
axtarış və adaptasiya mərhələsi” (A.Əmrahoğlu) belə uzun və
sürəkli çəkməzdi.
Bir neçə kəlmə də Elçinin yuxarıda adı gedən məqaləsinin
əks-sədası barədə...
Bu məqalələr doğurdan da böyük əks-reaksiya doğurdu,
amma çox təəssüf ki, bu reaksiyaların əksəriyyəti obyektivlik-
dən uzaq səsləndi. Mən sadəcə istərdim ki, şair Qəşəm
Nəcəfzadənin bəzi fikirlərinə münasibət bildirim.
Elçinin bir-birinə zidd fikirlər söyləməkdə günahlandıran
Q.Nəcəfzadə özü də fikirlərində o qədər də müəyyənlik,
aydınlıq nümayiş etdirmir. Bir tərəfdən o, Elçini “bütün varlığı,
19
gücü ilə çağdaş ədəbiyyata, sənətə ədəbi-bədii, tənqidi təkan
verən tənqidçi, “məsul vəzifədə olsa da “vaxt azlığı” çərçi-
vəsində döyünən, çırpınan qəlbi ilə çağdaş ədəbiyyatımızın
aparıcı qüvvəsi” sayır, digər tərəfdən Elçini, V.Yusifli, T.Əliş-
oğlu, Ə.Cahangiri öz əlinə almaqda, tənqidçiləri də Elçinin
nəzərində olmaq xatirinə ondan yazmaqda qınayır. Maraqlıdır,
əgər Q.Nəcəfzadə bir şair kimi Elçinin yazıçı, tənqidçi məziy-
yətlərini görə və qiymətləndirə bilirsə, bəs tənqidçilərin bunu
görməsi, qiymətləndirilməsi niyə qəbahət sayılmalıdır. Axı bu
tənqidçilərdən hər biri sırf Elçin yaradıcılığından çıxış edirlər.
Lütfanə təriflər içərisində itib-batmırlar. Özü də təkcə Elçindən
yox, heç bir məsul işdə çalışmayan şairdən də, yazıçıdan da
ədəbiyyatın sıra nəfəri kimi yazıblar. Elə təkcə V.Yusifli adı
kifayətdir deyək ki, sənətə ilk vəsiqə alan bir çox cavan şair-
lərin təqdimini onun imzasından tanımışıq. Hətta buna görə
dəfələrlə qınanılıb da. Eləcə də T.Əlişanoğlunun “neo-60 cılar”
və digər məqalələri kimlərəsə mübahisəli görünsə belə ça-
ğımızın ədəbi gəncliyinə diqqətin əlaməti deyilmi? O cümlədən
də Ə.Cahangir bu gün məsul vəzifədə çalışan Elçindən
ədəbiyyatın sonbeşik şairi Aqşinə qədər yazmağı vacib bilirsə
onda bu cür umu-küsüyə lüzum varmı?
Q.Nəcəfzadə yazır: “60-cı illər ədəbiyyatı ona görə seçilə
bildi ki, R.Rza gənc ədəbiyyatı müdafiəyə qalxdı. Elçini,
İ.İsmayılzadəni, Ə.Salahzadəni, V.Səmədoğlunu, V.Nəsibi, bir
neçə başqalarını öz qanadları altına aldı. Bəs 60-cılardan kim
90-cı illərdə ədəbiyyata gələnləri müdafiə edir?” Bəli, R.Rza
böyük fədakarlıq və cəsarət göstərərək gəncləri yaşlı nəslin
hücumundan qoruyub. Görəsən 90-cıları kimin hücumundan
qorumaq lazımdır. Axı onlar özləri hücuma keçiblər (ən yaxşı
müdafiə hücumdur!). Və əgər bu hücumda “keçmişə atılan
daşlar”ın ən böyüyü dünənin cəfakeş şairinə atılır və ona bu cür
“minnətdarlıq” bildirilirsə, onda çətin ki, bundan sonra hansı
şair, yaxud yazıçı xeyirxahlıq sevdasına düşə. Ümumiyyətlə,
bu gün ədəbi prosesdə ən ağrılı məqam ədəbi tənqid problemi
deyil, yox, daha çox ədəbi nəsil problemidir, irs-varis münasi-
20
bətlərində hökm sürən nizamsızlıqdır, “keçmişə atılan daşlar”ın
mənəvi ağrılarıdır. 90-cılar “yeni ədəbiyyat” yaratmaq iddia-
sına düşüb şair və yazıçıları onlara mane olmaqda qınayırlar.
Bu qınaqdan tənqidçilərə də pay düşüb. Ədəbi tənqidin 90-cılar
haqqında fikirləri onları razı salmır, birinin sözünü digəri həzm
eləmir. N.Cəfərov 60-cı illərin ədəbi tənqidi haqqında yazır ki,
40-45-ci illərin ədəbi tənqidi 60-cı illərdə meydana çıxan
ədəbiyyatı başa düşməkdə özünün nəzəri-estetik təsdiqini ta-
nımaq üçün öz tənqidini formalaşdırmağa başladı (halbuki əv-
vəlki onillərin tənqidini daha çox ictimai varlığın özü yetir-
mişdi), həmin tənqid əsas məqsədi 60-cıları, bir sıra hallarda
isə 70-ciləri müdafiə etmək olduğu üçün ədəbi prosesi bütün-
lükdə ehtiva edə bilmirdi, xüsusilə 80-cı illərdə bu daha aydın
hiss edildi”. Bəlkə hələ də daha çox 60-cılardan yazan ədəbi
tənqid 90-cıları başa düşməkdə çətinlik çəkir. Bəlkə də Elçin
“bu yazıçı və şairlərlə eyni ədəbi nəslə mənsub olan cavan
tənqidçilər də bu cavan yaradıcılıq barədə bir söz demirlər”
iradında bunu nəzərdə tutur. Kim bilir, bəlkə də bu tənqid
indən belə təşəkkül tapacaq... Amma bu gün söhbət nə vaxtsa
təşəkkül tapacaq tənqiddən yox, bu günün tənqidindən gedir.
Bu günün tənqidi sabahın sağlam atmosferli yaradıcılıq arena-
sını yaratmaq üçün bütün güc və bacarığını səfərbər edib əv-
vəlki nüfuzunu bərpa etməlidir.
|