8
Bələdiyyə yerli büdcənin iqtisadi qanunların tələblərinə uyğun
müstəqil olaraq tərtib, müzakirə, təsdiq , icra və onun icrasına nəzarət
edir.
Yerli büdcələrin gəlirləri xüsusi gəlirlər, dövlət və ərazi vergi
rüsumlarından ayrılan gəlirlər hesabına formalaşdırılır.
Yerli büdcələrə bələdiyyə mülkiyyətində olan əmlakın ifadəsindən
əldə olunan gəlirlər və yerli özünüidarəetmə orqanlarının, onların
tabeliyində olan büdcə idarələrinin göstərdikləri pullu xidmətlərdən
əldə olunan gəlirlər tam şəkildə daxil olur.
Azərbaycan
Respublikasının büdcə qanunvericiliyinə əsasən
müxtəlif səviyyəli büdcə səlahiyyətləri müəyyən edilir. Qanunvericilik
orqanı, yerli özünüidarəetmə orqanları büdcəyə baxıb, onu və icrası
haqqında hesabatı təsdiq edir, büdcənin icrasına sonrakı nəzarəti
həyata keçirir.Azərbaycan Respublikasının büdcə sisteminin müxətlif
səviyyəli büdcəsinin icrasına nəzarəti həyata keçirən orqanların hüquqi
statusunu müəyyən edir və formalaşdırır. Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasının büdcə qanunvericiliyinin digər
hüquqi normativ aktlarına, yerli özünüidarəetmə orqanlarının aktlarına
uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikasının büdcə qanunvericiliyinin pozulmasına
görə məsuliyyət növləri tətbiq edilir. Bu məsuliyyət növləri
aşağıdakılardır:
- büdcə haqqında qanuna əməl edilməməsi;
- büdcə vəsaitlərinin məqsədsiz istifadə edilməsi;
- büdcə vəsaitlərini alanlara büdcə vəsaitlərinin tam və vaxtında
köçürülməməsi;
- büdcə vəsaitlərini alanlara büdcə vəsaitlərinin vaxtında hesaba
köçürülməməsi;
- büdcənin icarı ilə bağlı hesabatların və digər məlumatların vaxtında
təqdim edilməməsi;
- büdcə vəsaitlərini alanlara büdcə öhdəlikləri haqqında bildirişlərin
vaxtında çatdırılmaması;
Dostları ilə paylaş: