128
Birinci üsuldan istifadə etdikdə yeni açılan pəncərədə formanın yaradılması,
müxtəlif elementlərin, yazı və sahə elementlərinin əlavəsi üçün alətlər paneli verilir.
Bu panelin hər bir elementindən istifadə etməklə bazanın ayrı-ayrı cədvəllərinə
istənilən formanı vermək olar. Seçilən alətdən asılı olaraq formanın yaradılması
mərhələlərini ardıcıl yerinə yetirmək lazımdır. Qeyd edək ki, layihəçi rejimində
formaların hazırlanması əslində böş cədvələ müxtəlif obyeklərin: adi yazıların,
sahələrin, siyahıların, şəkillərin, düymə və keçirici açarların, qrafiklərin, müxtəlif
redaktorların elementlərinin əlavəsi həyata keçirilir.
İknci üsulla formaların yaradılması zamanı üsul seçildikdən sonra birinci
mərhələdə forma veriləcək cədvəl və sahələr seçilir. Sonrakı mərhələdə formanın
xarici görünüşü müəyyənləşdirilir (lentvari, bir sütunda, cədvəl şəklində, icmal cədvəl
kimi, icmal diaqram kimi və s.). Ücüncü mərhələdə formanın stili verilən sahədən
forma tərtib edənin istəyinə görə müəyyənləşdirilir. Bundan sonra sonuncu mərhələyə
keçilir. Bu mərhələdə formaya ad verilir. Eyni zamanda formanın verilənlərin daxil
edilməsi üçün açılması və ya maketin dəyişdirilməsi variantlarından biri seçilərək
verilir. Əgər maketin dəyişdirilməsi variantı seçilərsə, onda ekrana verilən formada
hər bir sahəni aktivləşdirərək onun üçün ayrılmış sahəni dəyişmək və ya yeni
elementləri əlavə etmək olar.
Dostları ilə paylaş: