167
- Kompüterin virusla yoluxduğu zaman 4 əsas qaydaya rəayət etmək
vacibdir.
- Birinci növbədə bu məsələnin həllində tələsmək lazım deyil. Düşünülməmiş
hərəkət faylın bir hissəsini itirilməylə deyil, (hansı ki, onu bərpa etmək mümkün
olardı), hətta kompüterin təkrar virusla yoluxması ilə nəticələnə bilər.
- Kompüterin söndürülməsi birinci və ən vacib addım olmalıdır. Çünki virus
kompüterdə çox qaldıqca, dağıdıcı təsirini davam edir.
- Kompüterin virusla yoluxmasının və müalicəsinin bütün tiplərini, əməliyyat
sisteminin yazılmaqdan mühafizə olunan disket vasitəsi ilə yüklənməsi zamanı təyin
etmək mümkündür. Bunun üçün, yalnız yazılmaqdan mühafizə olunan disketlərdə
saxlanılan .EXE və .COM timpli proqramlardan istifadə etmək olar.
- Əgər siz kompüteri müalicə etməyə qadir deyilsinizsə, onda bu sahədə təcrü-
bəsi olan yoldaşlarınızdan kömək istəyin.
Sizin illər ərzində gördüyünüz işin nəticəsini bir virus çox az zamanda məhv
edə bilər. Ona görə də informasiyaları (kompüterləri) viruslardan mühafizə etmək
üçün yüksək səviyyəli antivirus proqramlarından istifadə etmək zəruridir.
Beləliklə, Antivirus – Sizin faylların virusla yaluxmasını tez təyin edən proq-
ramdır. Siz yoxlamaq istədiyiniz fayl qeyd olunduqdan sonra, kompüterdən xüsusi
“sanitar” serverə yüklənir və ən yüksək səviyyəli proqram olan-
Антивирус Каспер-
ского proqramı vasitəsi ilə yoxlanmağa başlanır. Bu proqram hətta ən yeni virusları da
nəzərdən qaçırmır. Bu proqram vasitəsi ilə ölçüsü 1 mb-dan böyük olmayan fayılları
bir dəfəyə yoxlamaq mümkündür. Əgər eyni zamanda bir neçə faylı yoxlamaq lazım
gələrsə, onda həmin faylları birinci növbədə (ZIP və ARC və s. ) arxivləşdirmək,
sonra isə yoxlamaq lazımdır. Bu variantda da arxivin ölçüsü 1 mb-dan böyük olma-
malıdır. Baş menyunun Proqramlar siyahısından
Антивирус Касперского proqramını
seçməklə, həmin proqramın istənilən bölməsini yerinə yetirmək olar. Qeyd edək ki,
hazırda digər antivirus proqramları da mövcuddur.
Dostları ilə paylaş: