4.Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM
GUAM- demokratiya və iqtisadi inkişaf naminə təşkilat - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat 1997-ci il oktyabrın 10-da yaradlmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. Özbəkistanın üzv olduğu dövrlərdə təşkilat GÖUAM adlanırdı.
Təşkilatın Nizamnaməsinə uyğun olaraq, GUAM-ın əsas məqsədləri aşağıdakəlardır:
Demokratik dəyərlərin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarına hörmət;
Dayanaqlı inkişafın təmin edilməsi;
Beynəlxalq və regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi;
Tərəflərin sosial-iqtisadi, nəqliyyat, enerji, elmi-texniki və humanitar potensialın inkişaf etdirilməsi.
GUAM ölkələrinin BMT və ATƏT ilə əlaqələri, 1988-ci ildən başlayaraq inkişaf etmişdir. 2000-ci ilin may ayının 24-də, GUAM xarici işlər nazirlərinin birgə kommunikesi nəzərdə tutdu ki, GUAM,- BMT, ATƏT, Avropa Şurası, MDB ilə əlaqələri gücləndirməlidir.
GUAM ölkələri. Xəzər danizinin karbohidrogen ehtiyatlarının Qərb ölkələri ilə birgə mənimsanilməsi və onun Bakı-Tbilisi- Ceyhan boru kəməri ilə dühya bazarına cıxarılmısı, Şərq-Qərb (TRASEKA) nəqliyyat-kommunikasiya dahlizinin yaradılması, ölkələr arasında azad ticarət-iqtisadi əlaqələrin qurulması, təhlükəsizlik sahəsimdə birgə layihələrin reallaşdırılması, sərhədlər və gömrük-kecid məntəqələrinin təhlükəsizliyi məsələlərində fikir ümumiliyi və birgə maraq nümayiş etdirdilər.
Dostları ilə paylaş: |