Nəzəri qabiliyyətlər. Bu cür anlayış altında müəllimin müvafiq fənn, daha doğrusu elm sahəsinə aid qabiliyyətləri nəzərdə tutulur. Müəllimin tədris etdiyi fənni dərindən bilməsində ifadə olunur. Bu cür qabiliyyətə malik olan müəllim öz fənnini təkcə tədris kursunun həcmində deyil, daha geniş, dərindən bilir, tədris etdiyi elm sahəsində olan kəşfləri daima izləyir, materiala tam sərbəst yiyələnir, ona böyük maraq göstərir, kiçicik də olsa öz ixtisası sahəsində tədqiqat işi aparır.
3. Təşkilati kommunikativ qabiliyyətlər. Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, kommunikativ qabiliyyət, perseptivqabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, ped631-6aqoji refleksiya.