8.Fəal qarşılıqlı təsir modeli («İttifaq»). Bu cür müəllim şagirdlərlə daima dialoqda olur, onlarda major əhval yaradır, təşəbbüsü rəğbətləndirir. Qrupda psixoloji iqlimin dəyişməsini asanlıqla hiss edir və ona reaksiya verir. Özünün rol distansiyasını saxlamaqla dostluq əlaqələrinə üstünlük verir.
Nəticədə – qarşıya çıxan tədris, təşkilati, etik problemlər birlikdə, hamının gücü ilə yaradıcı şəkildə həll olunur. Bu cür model daha məhsuldar hesab olunur.
Şübhəsiz pedaqoji ünsiyyət zamanı müəllim həqiqi müəllim, dost mövqeyi tutursa öz məqsədinə nail ola bilir.
Dostları ilə paylaş: |