Qəbul olunmuş Çikaqo konvensiyasinin müddəalarinda nəzərdə tutulur ki,
başqa dövlətlərin ərazisi üzərindən və ya ərazisinə həmin dövlətin xüsusi icazəsi
olmadan müntəzəm uçuşlar həyata keçirilə bilməz.
Müntəzəm uçuşlarin həyata keçirilməsi, bir qayda olaraq, bu məqsədlə xüsusi
təyin olunmuş aviasiya müəssisələri tərəfindən bağlanilan müqavilədə göstərilən hava
xətləri üzrə yerinə yetirilir.
Praktiki olaraq, bağlanilan hər hansi ikitərəfli müqavilələrdə belə müddəa
nəzərdə tutulur ki, raziliğa gələn hər bir tərəfin öz ərazisi üzərindən xarici dövlətlərə
məxsus olan hava gəmilərinin uçuşlarinin marşrutlarini müəyyən etməyə səlahiyyətləri
vardir.
Ikitərəfli müqavilələrdə hava xəttləri üzrə uçuşlarin təhlükəsizliyini təmin
etməyə yönəlmiş bir sira qarşiliqli vəzifələr nəzərdə tutulur. Ilk əvvəl tərəflər təyin
olunmuş aviasiya müəssisəsinin hava gəmilərinə hava xətlərinin istismarina zəruri olan
yerüstü radio, işiq texnikasi və digər aeronaviqasiya avadanliği ilə təmin etməlidir.
Dövlətlər arasinda bağlanilan müqavilədə nəzərdə tutulan hava xətləri üzrə
uçuşlarin təhlükəsizliyi, habelə dövlətlərin ərazisi üzərindən müəyyən edilmiş
istiqamətlər üzrə xarici ölkəyə məxsus olan hava gəmisinin uçuşuna aid olan kompleks
məsələlər dairəsi üzrə məlumatlarin vaxtinda və dəqiq verilməsindən asilidir. Bir çox
ölkələrin bağladiqlari ikitərəfli müqavilələrdə nəzərdə tutulmuş elə müddəalar vardir ki,
bağlanmiş müqavilənin iştirakçilari tərəfindən uçuşlar zamani hansi məlumatlarin
verilməsi müqavilə şərtlərində öz əksini tapir.
Dostları ilə paylaş: