Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Əsas fondlardan istifadə göstəriciləri



Yüklə 0,77 Mb.
səhifə27/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   23   24   25   26   27   28   29   30   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Əsas fondlardan istifadə göstəriciləri

Firmanın iqtisadi inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə mövcud əsas fondlardan istifadə səmərəliliyini yüksəltməklə nail olmaq mümkündür. İstehsal əsas fondlarından istifadə edilməsinin səmərəliliyi bir sıra göstəricilərlə xarakterizə olunur. Bu göstəricilər ümumiləşdirici və xüsusi göstəricilərə bölünür.


Firmaların istehsal əsas fondlarından istifadəni səciyyələndirən ümumiləşdirici göstəriciləri əsas fondlardan istifadənin son nəticəsini xarakterizə edir. Buraya fondverimi və fondtutumu göstəriciləri aid olunur.
Fondverimi istehsalın həcm göstəricilərindən birinin – əmtəəlik, ümumi və ya xalis məhsulun istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi müəyyən edilir. Fondverimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı istifadə olunar.
Fondverimi (Fv) göstəricisi aşağıdakı düsturla hesablanır:


,

burada Q – il ərzində istehsal edilən məhsulun dəyəri, manatla; Fo.i. – istehsal əsas fondlarının orta illik dəyəri, manatla.


Fondverimi göstəricisinin əksi olan göstərici fondtutumu (Ft) adlanır və buraxılan məhsulun hər manatına düşən istehsal əsas fondlarının miqdarından ibarətdir. Fondtutumu:
.

Fondverimini daha ətraflı təhlil etmək, onu yüksəltməyin ehtiyat mənbələrini aşkara çıxarmaq üçün Firmanın texniki-texnoloji xüsusiyyətlərini nəzərə almaqla əlavə göstəricilərdən də istifadə olunur. Fondverimi göstəricisini istehsal əsas fondlarının ən aktiv hissəsinə – maşın və avadanlıqlara görə də müəyyən oluna bilər.


Fondverimi göstəricisinin fondtutumu, əmək məhsuldarlığı və əməyin fondla silahlılığı ilə birlikdə öyrənilməsi və təhlili əsas fondlardan istifadə haqqında daha geniş təsəvvür varadır. Çünki əməyin fondla silahlılığı, əmək məhsuldarlığı və məhsulun fondtutumu arasında müəyyən qarşılıqlı asılılıq vardır. Başqa şərtlər eyni qaldıqda həmin göstəricilərdən ikisinin dəyişməsi üçüncünün dəyişmə istiqamətini və kəmiyyətini müəyyən edir.
Fondveriminin artması əmək məhsuldarlığı ilə əməyin fondla silahlılığının nisbətindən üstünlüklə artması əsas fondlardan istifadə səviyyəsini (fondverimini) yüksəldir.
İstehsal əsas fondlarından, daha doğrusu, onun aktiv hissəsi olan istehsal avadanlıqlarından istifadə edilməsinin səmərəliliyini xarakterizə edən xüsusi göstəricilər müxtəlif amillərdən, məsələn, vaxtdan, gücdən (vaxt vahidinə), təzələnmə dərəcəsindən və s. asılı olaraq əsas fondlardan istifadə səviyyəsini xarakterizə edir.
Avadanlığın ekstensiv yüklənməsi əmsalı (Kekst) ondan vaxta görə istifadə səviyyəsini xarakterizə edir.
,
burada Tf – avadanlığın faktiki iş vaxtı, saatla; Tpl – avadanlığın mümkün istifadə vaxtıdır (rejim, plan və ya həqiqi vaxt fondu), saatla.
Avadanlıqdan istifadənin digər mühüm göstəricilərindən biri də növbəlilik əmsalıdır. Avadanlığın işinin faktiki növbəlilik əmsalı gün ərzində Firmanın, sexin avadanlıqları tərəfindən işlənmiş dəzgah-növbələrin sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi müəyyən edilir:

,

burada h1, h2, h3, – I, II, III növbələrində faktiki işlənmiş dəzgah-növbələrin sayı; Sü – firmada, sexdə qurulmuş avadanlıqların ümumi miqdarıdır.


Maşın və avadanlığın güclərinə və məhsuldarlığına görə istifadə səviyyəsi intensiv istifadə əmsalı (Kint) adlanan xüsusi göstərici ilə xarakterizə olunur.


Kint ,

burada Vf – vaxt vahidi ərzində avadanlığın faktiki məhsul buraxılışı; Vn – avadanlığın vaxt vahidində texniki əsaslandırılmış məhsul buraxılışı (pasportundakı məhsuldarlığı).


Vaxta və gücə görə maşın və avadanlıqdan istifadənin inteqral əmsalı (Ku) yuxarıda hesablanmış iki əmsalın – Kint, Kekst hasili kimi tapılır:
Ku = KintKekst

İnteqral əmsalının yüksəldilməsi bütün istehsal prosesini əhatə edən tədbirlər kompleksi: qabaqcıl texnologiyanın tətbiqi, texnoloji proseslərin intensivləşdirilməsi; avadanlığın planlı boşdayanmasının azaldılması və plandankənar boşdayanmaların aradan qaldırılması; avadanlığın qeyri-məhsuldar işinin ləğv edilməsi; xammal və materialın keyfiyyətinin yaxşılaşdırılması və s. ilə təmin edilir.






    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin