Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ



Yüklə 296,18 Kb.
səhifə14/62
tarix23.04.2022
ölçüsü296,18 Kb.
#56143
1   ...   10   11   12   13   14   15   16   17   ...   62
tutu mulki convert

Kəşfiyyat qrupu 3-5 manqadan ibarət olur. Bu qrupun əsas vəzifələri- zədələnmə ocağını hüdudları, dağıntıların xarakterini və miqdarını, radiasiyanın səviyyələrini, zəhərləyici maddələri və bakterioloji vastilərin növünü müəyyən etməkdir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini müəyyənləşdirir, texnikə və nəqliyyatın hərəkəti üçün yararlı olan maşurutlar tapır, harada yaralılar olduğu barədə məlumat toplayır və başqa işləri icra edir. Kəşfiyyat qrupu adamların, texnikanın əmlakın, ərzaqın alafın və suyun zəhərlənməsinə nəzarət etmək işinə də cəlb oluna bilər.

Zərərsizləşdirici komanda – 2-4 qrupdan ibarət olub, ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulub. Bir iş növbəsində 350-600 min kv.metr sahəni və ya 80-120 min kv.metr tikilini deqazasiya edə bilər.

Sanitar drujinaları dəstəsi – 4-5 sanitar drujinasından ibarətdir və kütləvi zədələnmə ocağında zərərçəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsəndə 2200-2700 şəxsə ilk yardım göstərə bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir.

Yüklə 296,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin