Marketinqə əsaslanan qiymətqoyma metodları. Bu metodda məhsulun qiyməti marketinq amillərinə, marketinq strategiyasına uyğun olaraq müəyyənləşdirilir. Marketinqə əsaslanan qiymətqoyma metodunda müəssisə marketinq strategiyasına əsaslanan qiymətqoyma, məhsulun içtehlakçı üçün faydalılığına (qiymətliliyinə) görə qiymətqoyma, məhsulun keyfiyyətinə görə qiymətqoyma və çeşid qrupuna görə qiymətqoyma metodlarından istifadə edə bilər.
Marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu. Hər bir məhsulun qiyməti həllediji dərəjədə tərtib edilmiş marketinq strategiyasından və marketinq elementlərindən: müəssisənin strateci məqsədlərindən, məhsulun mövqeləşdirilməsindən, irəlilədilməsi və bölüşdürməsindən, differensiallaşdırılmasından və s. asılıdır. Buna görə də markteinq strategiyasına əsaslanan qiymətqoyma metodunda məhsulun qiyməti və qiymət strategiyası hazırlanmış marketinq strategiyasına uyğun olaraq müəyyən edilir. Məsələn, yeni məhsulun bazara çıxarılması zamanı qiymətin irəlilədilmə strategiyasına uyğunlaşdırılmasından asılı olaraq 4 strategiyadan: 1) xamanın sürətlə yığılması; 2) xamanın ləng yığılması; 3) bazara sürətlə nüfuz etmə və 4) bazara ləng nüfuz etmə strategiyasından istifadə edilir.
Xamanın sürətlə yığılması strategiyasında alıjıların məlumatlandırılması məqsədilə məhsulun irəlilədilməsinə çəkilən xərjlərin həjmi artırılır və məhsula yüksək qiymət qoyulur. Xamanın ləng yığılması strategiyasında müəssisə öz yeni məhsuluna yüksək qiymət müəyyənləşdirir, lakin, müəyyən səbəblərdən (məsələn, alıjıların məhsulu yaxşı tanıdığından və ya onun haqqında kifayət qədər məlumatlı olduğundan və s.) müəssisə məhsulun irəlilədilməsinə az vəsait sərf edir. Bazara sürətlə nüfuzetmə strategiyasında isə müəssisə nəzərdə tutduğu bazar payına nail olmaq məqsədilə məhsulların irəlilədilməsinə çəkilən xərjlərin səviyyəsini artırır və əksinə, məhsula aşağı qiymət müəyyən edir. Bazara ləng nüfuzetmə strategiyasında müəssisə həm yeni məhsuluna aşağı qiymət müəyyən edir, həm də onun irəlilədilməsinə az vəsait sərf edir. Məhsulun qiymətinin aşağı olmasına baxmayaraq, onun irəlilədilməsinə çəkilən xərjlərin səviyyəsinin ixtisar edilməsi müəssisəyə kifayət həjmdə mənfəət əldə etməyə imkan verir
Məhsulun istehlakçı üçün faydalılığına (qiymətliliyinə) görə qiymətqoyma metodu. Məhsulun qiyməti bu metodla müəyyən edildikdə onun və ya onun müxtəlif parametrlərinin istehlakçı üçün faydalılığı, qiymətliliyi aşkar edilir və bunun əsasında qiymətin səviyyəsi müəyyənləşdirilir. Bu zaman alıjının reaksiyasına görə qiymətqoyma, kompromis təhlil əsasında qiymətqoyma, eksperiment əsasında qiymətqoyma və məhsulun istehlakçı üçün iqtisadi faydalılığının təhlili əsasında qiymətqoyma metodlarının birindən istifadə edilir.
Alıjı reaksiyasına görə qiymətqoyma metodu. Qiymət bu metodla müəyyən edildikdə bazara təklif edilən məhsul üçün xarakterik olan müxtəlif qiymətlər müəyyən edilir və alıjılar arasında sorğu aparmaqla onların həmin məhsulu hansı qiymətə (təklif edilən qiymətlərdən) almağa razı olduqları öyrənilir. Aparılmış sorğu əsasında alıjılar məhsulu almağa razı olduqları qiymətin səviyyəsinə görə qruplaşdırılır və hər bir qrupa daxil olan alıjıların xüsusi çəkisi müəyyənləşdirilir. Müəssisə kifayət qədər yüksək çəkiyə malik olan qrupların (və ya qrupun) qiymətləri (qiyməti) əsasında ya məhsulun qiymət diapozonunu, ya da qiymətini müəyyən edir.
Kompromis təhlil əsasında qiymətqoyma metodu. Kompromis təhlil əsasında qiymətqoyma metodu istehlakçıların məhsula faydalar məjmusu kimi yanaşması müddəasına əsaslanır və məhsulun satış qiyməti istehlakçının onun atributlarına, xüsusiyyətlərinə rəğbət səviyyəsindən asılı olaraq müəyyən edilir. Bunun üçün birinji növbədə məhsulun alıjı üçün ən vajib atributları identifikasiya edilir və alıjıların məhsuldan almaq istədiyi faydalar aşkar edilir. Məhsulun qiyməti də daxil olmaqla alıjıların üstünlük verdiyi hər bir atribut üzrə müxtəlif qiymətləndirmə dərəjələri (qradasiyaları) müəyyən edilir və onların kombinasiyası əsasında məhsulun çoxsaylı profili (nəzəri jəhətdən profillərin sayı atributların qradasiyalarının sayının hasili kimi hesablanılır) hazırlanır. Bundan sonra hazırlanmış məhsul profilləri iki-iki qoşalaşdırılaraq alıjılara təqdim edilir və onlardan qoşalaşdırılmış profillərdən hansını almağa hazır olduqlarını bildirmək xahiş olunur. Aparılmış sorğu əsasında hər bir atributun istehlakçı üçün qismən vajibliyi səviyyəsi (rəğbət çəkisi) və onun əsasında nisbi vajiblik səviyyəsi (ümumi rəğbət indeksi) hesablanılır. Bazara təklif edilən məhsulun artibutların rəğbət səviyyəsini nəzərə almaqla onun bazar payı və təmin edəjəyi mənfəətin məbləği və bu göstərijilərin əsasında isə satış qiyməti müəyyən edilir.
Məhsulun istehlakçı üçün iqtisadi faydalılığının (EVC) təhlili əsasında qiymətqoyma metodu. Bu qiymətqoyma metodunda məhsulun satış qiyməti onun istehlak qiyməti əsasında müəyyən edilir. Belə ki, müəssisə öz məhsulunun qiymətini müəyyən etmək üçün onun oxşar məhsulunu seçir. Həmin məhsulun istehlak qiymətini və onu təşkil edən elementləri, yəni satış qiymətini, mənimsənilməsinə (quraşdırılması, heyətin öyrədilməsi və məhsulun istifadəyə verilməsi ilə əlaqədar olan digər xərjlər) və istifadədə olduğu bütün müddət ərzində istismarına çəkilən xərjlərin (texniki xidmət, təmir, enerci və digər xərjlər) həjmini öyrənir. Sonra isə oxşar məhsulun istehlak qiymətindən bazara təklif etdiyi məhsulun mənimsənilməsi və istismarı ilə əlaqədar olan xərjlərin məbləğini çıxmaqla onun satış qiymətini müəyyən edir. Deməli, müxtəlif məhsulların istehlak xüsusiyyətlərinin bərabərliyi şəraitində istismar və mənimsənilməsi xərjlərinin səviyyəsi aşağı olan məhsula, yəni istifadəyə verilməsi və istismarı istehlakçıya daha ujuz başa gələn və bununla ona iqtisadi fayda əldə etməyə imkan verən məhsula digər məhsullarla müqayisədə daha yüksək qiymət müəyyən edilir.
Məhsulun keyfiyyətinə görə qiymətqoyma metodu. Bu qiymətqoyma metodundan istifadə edilməsi bir çox alıjıların məhsulun baha olmasını, daha yüksək qiymətə satılmasını həmin məhsulun yüksək keyfiyyətli olması kimi qavraması ilə izah edilir. Buna görə də müəssisə, adətən, yeni məhsullara, oricinal məhsullara, presticli məhsullara və bu tip digər məhsullara yüksək qiymətlər müəyyən edir.
Məhsul çeşidi qrupuna görə qiymətqoyma metodu. Qiymətqoymanın bu metodunda məhsulun qiyməti onun daxil olduğu çeşid qrupunun digər məhsullarının qiymətinə uyğun olaraq müəyyən edilir. Bu zaman qiyməti müəyyən edilən təkmilləşdirilmiş və ya yeni məhsulun hanibalizm faktorunu, yəni onun bazara çıxarılmasının çeşid qrupuna daxil olan digər məhsulların satışının və mənfəətinin həjmini təsirini də nəzərə almaq lazımdır. Çünki, hanibalizm çeşid qrupuna daxil olan digər məhsulların satışın həjminin və onların satışdan əldə edilən mənfəətin məbləğinin azalmasına səbəb ola bilər. Buna görə də təkmilləşdirilmiş və ya yeni məhsula elə qiymət müəyyən edilməlidir ki, bu qiymət həmin məhsulun satışının nəzərdə tutulan həjmində müəssisənin əmtəə dövriyyəsinin və mənfəətinin azalmasını kompensasiya edə bilsin. Başqa sözlə desək, müəyyən edilən satış qiyməti tətbiq edildikdən sonra təkmilləşdirilmiş və ya yeni məhsul da daxil olmaqla müəssisənin bütün məhsulların satışının həjmi və əldə edilən mənfəətin məbləği onların əvvəlki məbləğindən çox və ya ona bərabər olsun.