Mövzu: Nizami Gəncəvi Haqqında Hazırladı: Əzizov Teymur



Yüklə 1,59 Mb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#46552
1   2   3   4   5
nizami

Nizaminin dini mövzuda anlatdıqları da çox önəmlidir. Onun dövründə islam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Uca Allaha inanan, peyğəmbərə bağlı olan sadiq bir müsəlman idi. O, islam cəmiyyətini bu gün belə parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran dar fanatizm, səbrsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. Atamız Nizami israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevir, həyat sevgisində özünəməxsus bir gözəllik tapır, gözəl və mənalı yaşamağı ürəkdən diləyirdi.


Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olub. Nizami bu türk qızını ürəkdən sevib və onunla evlənib (1173-cü il). Canı qədər sevdiyi və əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlib. "Xosrov və Şirin"i yazarkən (1180-ci il) qıpçaqlı gözəl vəfat edib. Şair dünya ədəbiyyatında misilsiz gözəllik nümunəsi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən, sözü öz sevimli xanımına gətirərək deyir: "O (Şirin), mənim qıpçaqlı Afaqıma bənzərdi". Bəzi tədqiqatçıların qənaətinə görə, şair Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adının Afaq olduğunu bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da "türküm köçdü isə də, İlahi, türk balasını Sən özün qoru" sözləri ilə bizə anladır. Şairin öğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır. Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yeri yoxdur. Şair "türk arvadı"na olan bağlılığını "türk balası"na keçirmişdir.

Eşqin ilahi şairi Nizami Gəncəvi evlənmə məsələsində təkarvadlı olmağın tərəfdarı idi. Həyatında üç dəfə evlənən şair heç bir zaman çoxarvadlı olmayıb. Nizami məşhur filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində təkarvadlılığın məziyyətini özünə xas bir üslubla açıqlamışdır: "Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla".

Nizami Gəncəvi "İqbalnamə"nin sonunda filosof Arximedi başdan çıxaran çinli bir türk gözəlinin ölümünü təsvir edərkən özünün şəxsi həyatındakı talesizlikdən şikayət edir. Bu şikayətdən aydın olur ki, Şirin surətini yaradarkən öz sevimli Afaqını, Leylini yazarkən ikinci "gövhər"ini, çinli gözəlinin macərasını şərh edərkən də üçüncü "gəlin"ini itirmişdir

Dahi şairimiz Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçib. O, təvazökarlıq və qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşayıb. Təvazökarlıq Nizami həyatının ana xətti olub. Firdovsi məşhur "Şahnamə"sini Qəznə sarayında ona ayrılan xüsusi otaqda min bir qayğı içərisində yazıb, sonra isə qələm haqqı üstündə əfsanəyə çevrilən davası ilə məşhur ikən Nizami bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında, heç kəsdən bir şey ummadan yazıbdır. Öz ruzisini isə o, başqalarının "əl süfrəsindən yox," ruzini verən Uca Allahdan gözləyib.

Təvazökarlıqla eyni mənbədən gələn gözütoxluq şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşayıb. Dünya şöhrətli şair bu hərəkətin hikmətini belə şərh edir: "Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla oturub-durmaqdan çəkin, çünki bu pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da, salamatlıq oddan uzaqlarda olar. Pərvanə şamın işığına can ataraq ona yaxınlaşdıqda yanar."


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin