Müasir kəlləsizlərin təsnifatı, yayılması və biologiyası



Yüklə 15,61 Kb.
tarix01.05.2022
ölçüsü15,61 Kb.
#56785
çıxartdır


Müasir kəlləsizlərin təsnifatı, yayılması və biologiyası

Müasir kəlləsizlərin bir sinfi – başıxordalılar (Cephalochordata), bir dəstəsi – neştərçəkimilər (Amphioxiformes) və müasir sistematikaya görə bir fəsiləsi – neştərçələr (Branchiostomidae), 30-35-ə yaxın növü vardır. Bəzi zooloqlar neştərçəkimiləri üç yarımfəsiləyə bölürlər:

1. Adi neştərçələr (Branchiostoma) – yarımfəsiləsi xarakterizə edən nümayəndələr olub, simmetrik quruluşludurlar. Cinsi vəziləri cüt olub, metaplevral büküşləri bir uzunluqdadır. Bədənin uzunluğu 8 sm-ə qədərdir. Yarımfəsilənin 20-ə yaxın növü məlumdur.

2. Epiqonixt neştərçələr (Epigonichtys və ya Asymmetron) kiçik ölçülü olub, bədənin uzunluğu 5 sm-ə qədərdir. Asimmetrik quruluşa malikdirlər: cinsi vəziləri ancaq sağ tərəfdə yerləşir. Sağ metaplevral büküş sol tərəfdəkindən uzundur. Yarımfəsilənin 6 növü məlumdur.

3. Amfioksid neştərçələr (Amphioxidae) – sürfə mərhələsində aşağıdakı bir sıra xarakterik əlamətləri ilə fərqlənirlər: atrial boşluğu yoxdur, ağız sol tərəfdə yerləşərək, lamisə çıxıntılarından məhrumdur. Bədənin uzunluğu 16 mm-dir. Əvvəlki neştərçələrdən fərqli olaraq, plankton həyat keçirirlər. Ehtimal olunur ki, bunlar epiqonixtlərin sürfə mərhələsidir.

Neştərçələr mülayim və isti dənizlərdə yaşamağa uyğunlaşmışlar. Onlara Hind okeanında, Sakit okeanda Yapon dənizindən başlayaraq, Havay adalarında, Cənubi Avstraliyaya qədər rast gəlinir. Qara dənizdə Avropa neştərçəsi (Branchiostoma və ya Amphioxus lanceolatum), Yapon dənizində isə Asiya neştərçəsi (B.belcheri) yayılmışdır.

Temperaturu 17-30°C, duzluluğu 23-31% olan sularda yaşayırlar. Neştərçənin qidasını kiçik su bitkiləri (diatom yosunları) və plankton onurğasız heyvanlar (kökayaqlılar, infuzorlar, şüalılar, xərçənglərin, dərisitikanlıların və digər onurğasız heyvanların yumurta və sürfələri) təşkil edir.

Neştərçələr mülayim dənizlərdə, ilin isti vaxtlarında – yaz, yay və payızın əvvəllərində çoxalırlar. Qara dənizdə onların çoxalması mayın axırlarından avqustun əvvəllərinə qədər davam edir. Mayalanma xaricidir. Kürülərinin diametri 0,1 mm, sürfələri 3,6-5,2 mm-dir. Sürfələr gündüzlər işıqdan gizlənərək, suyun alt qatına enirlər. Gecələr suyun üst qatlarına qalxaraq daha fəal olurlar. Sürfələrin inkişafı 3 aya qədər davam edir. Bədən ölçüləri birinci ildə - 30 mm, ikinci ildə - 40 mm, üçüncü ildə - 60 mm, dördüncü ildə - 70 mm-ə çatır. Neştərçələr 2-3 yaşlarında cinsi yetişkənliyə çatırlar. Neştərçələr bir ildən dörd ilə qədər yaşayırlar.



Bəzi yerlərdə - Cənub-Şərqi Asiyada daha çoxsaylıdırlar. Yerli əhali neştərçədən qida kimi istifadə edir. Neştərçələri dəniz sahili qumunu süzgəcdən keçirərək
Yüklə 15,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin