Mübariz Yusifov 130 Bit kökü həmçinin müqəddəs yazı, göydən (tanrıdan) yerə
göndərilmiş kitab) mənasındakı biti sözünün də tərkibində işlə-
nir. (DTS, 103). Biti sözü yazı yazmaq üçün qələm və fırça mə-
nasında Çin dilində də işlədilir. Çin dilində, həmçinin, xətt (yaz-
maq) mənasında biyi sözü də vardır. Bu sözün hansı dildən digə-
rinə keçib-keçməməsinin araşdırılması məqsədəuyğun deyildir.
Çünki bu sözün kökü ilə səsləşən adekvatlara başqa-başqa, həm-
çinin, Azərbaycan və Çin dilləri ilə tarixən kontaktları olmayan
dillərdə də rast gəlmək olur. Ancaq onu qeyd etmək lazımdır ki,
türk dillərinə dair qədim mənbələrdə bitik sözü əsasında düzəl-
miş başqa sözlərə də təsadüf edilir. Bunlara dair aşağıdakıları
nümunə göstərmək olar: bitigəçi (katib, yazan), bitiqliq (yazılı,
xəttat), bitiqlik (savadlılıq) (DTS, 103); bitiqsiz (yazılmamış),
bitiqü (yazı mürəkkəbi), bitil (yazılmış), bitişək (yazı, xətt), bit- tin (kənar müdaxilə olmadan yazmaq), bitiş (köməkli, birgə yaz-
maq), bitit (yazdırmaq) və s. (DTS, 104).
Bitik (pitik) sözü Şah İsmayıl Xətayinin dilində də yazı mə-
nasında işlənmişdir:
Zülfün anuban çü cim yazdım Ağzın anuban mim yazdım Yazdım pitiyi əlif hey Almamış anı xey yazdım Yazdım pitiyi qamu sərasər, Tutdum anı qarşıma bərabər. Yazı mənasındakı bitiksözünün pikşəklində formalaş-
mış variantına latın mənşəli piktoqrafiya sözündə rast gəlmək
olur. Piktoqrafiyasözünün kökü pictus formatından ibarətdir.
-Qrafiya isə sözyaratma elementidir. Pictus sözü şəkli yazı
deməkdir. Yazının ilkin formalaşma mərhələsində əşya və ha-
disələr müəyyən təsvirlərlə ifadə olunmuşdur. Ona görə də ya-
zının bu növü şəkli yazı (piktoqrafiya) adlanır.
Pikto sözü ingi-