Mübariz Yusifov
138
Rus dilində qad kökü qeyri-adi qabiliyyəti olan, taleyi görə
bilən, gələcəkdən xəbər verə bilən mənasında aşağıdakı kimi
sözlərin tərkibində işlənir: гадальщик (falçı), гадание (falaçma,
falabaxma), гадать (fal açmaq, fala baxmaq).
Bununla birlikdə, rus dilində qad kökü əks (ifrat) mənalı
sözlərin də tərkibində işlənir: гадкий (pis, murdar, iyrənc, rə-
zil, alçaq), гадость (pis, iyrənc, mənfur), гадюка (gürzə ilanın
zəhər tuluğu).
Qad kökünün qayğı, kədər, dərd mənası rus dilindəki müş-
tərək kökdən düzələn pis mənada işlənən sözlərlə uyğun gəlir.
Azərbaycan dilindəki “dərdin ürəyimə”, “dərdin mənə gəl-
sin” kimi ifadələr də məzmunca “qadan alım”, “qadan ürəyimə”,
“qadanı-bəlanı alım” kimi ifadələrlə üst-üstə düşür.
Fars dilində qad-kökünün xod, xud, adekvatları əsasında
xoda (Allah, tanrı), Xudabin (Allahı tanıyan), Xudadad (Allah-
verən) kimi sözlər yaranmışdır.
Azərbaycan dilindəki qadın mənası bildirən xatın sözünün xat
kökü də fars dilindəki xod, xud köklərində olduğu kimi müqəd-
dəslik, ucalıq, ehtiramlılıq, əzəmətlilik və nüfuzluluq mənasında
işlənir. Bu mənada Azərbaycan dilindəki “xanım-xatın” ifadəsi
hərfən “xan-ım” mənim ağam, böyüyüm olan əzəmətli qadın»,
yəni mənim ehtirama layiq olan qadınım mənası bildirir. Qadın
sözü də məhz qad (xat) kökünə məxsus evin, ailə bünövrəsinin
əsası mənası üzərində formalaşmışdır. Xatırlamaq yerinə düşər ki,
“Kitabi-Dədə Qorqud”da qadın evin dayağı və dirəyi adlandırılır:
Qarılar dörd dürlüdür:
Birisi solduran söydür
Birisi dolduran toydur.
Birisi evin dayağıdır
Birisi necə söylərsən, bayağıdır (KDQ, 62, s. 14).
|