Mübariz Yusifov 152 Варяг sözünün mənası isə talançı, qarətçi, düşmən anlayış-
ları ilə uyğun gəlir. Sözün birinci tərkibindəki var hissəsini isə
məna yaxınlılığına görə вор (oğru) врать (yalan, şər, böhtan)
sözləri ilə müqayisə etmək olar. Ərəb dilində də rus dilində ol-
duğu kimi, aq hissəsinin əvvəlinə r artırmaqla düşmən məna-
sına uyğun gələn rəqib sözü yaranmışdır. Burada rəq (raq) kök
kimi formalaşmış və bu kökün üzərinə ib əlavə (rəqib) olunmaq-
la yağı (düşmən) anlayışı ifadə edilmişdir. Ərəb dilindəki rəq tərkibi vraq sözündəki raq tərkibi ilə səsləşir.
Azərbaycan dilində aşağı düşmək mənasında eniş sözü iş-
lənir. Eniş sözü ilk baxışdan öz quruluşuna görə elə bir təəssürat
yaradır ki, sanki onu asanlıqla kök və şəkilçi hissəsinə ayırmaq
olar. Belə ki, en sözün kökü, iş isə şəkilçi qismində görünə bilir.
Ancaq bu forma tərkibində ixtisarlaşma baş vermiş bir konst-
ruksiyadır. Əgər dilin köksözlülükdən sonrakı mərhələsinə qa-
yıtsaq sözün əvvəlki formasını (y) en-niş şəklində bərpa etmək
olar. Sözün birinci tərkibi Azərbaycan dilində həm en, həm də
yen şəklində işlənir (enmək-yenmək). Belə paralelliyə nitq are-
allarında (daha çox Naxçıvan) rast gəlmək olur: “Təyyarə yerə
endi-təyyarə yerə yendi”.
Ancaq ümumi halda enmək və yenmək sözləri arasında an-
layış üzrə bağlılıq olsa da konkret mənaya görə onların arasında
fərq də müşahidə edilir. Enmək sözü yuxarıdan aşağıya düşmək
mənasında işlədildiyi halda yenmək sözündə əlavə mənalar bil-
dirilir, məsələn, yenilməz (məğlubedilməz), yenmək (məğlub
etmək), yenmək (üzünü yenmək, döndərmək), yenmək (qiyməti
yenmiş mallar və s.).
Enmək və yenmək sözlərinin müqayisəsindən aydın olur ki,
en sözündə aşağıya düşmək mənası əsasdır. Bu sözün üzərinə
y əlavə etməklə yen sözü əmələ gəlir ki, burada da əsas məna
özəyi saxlanmaqla əlavə məna çalarlıqları baş qaldırır. Müqa-