Linqvistik tipologiya 103 Fonetik söz yaradıcılığı bu gün Azərbaycan dili üçün min
illərin arxasında qalmış bir proses olsa da bu onun unudulması-
na heç cür haqq qazandıra bilməz. Çünki fonetik söz yaradıcılı-
ğının ilkin əhəmiyyətini təkcə söz tərkibinin səs dəyişməsi pro-
sesi kimi məhdudlaşdırmaq olmaz. Fonetik söz yaradıcılığında,
hər şeydən əvvəl, nəinki təkcə Azərbaycan dilinin, həm də bütün
türk dillərinin ilkin strukturu öz izlərini saxlayır. Kök sözlər ba-
zasında aparılan tədqiqatlar onu deməyə əsas verir ki, türk dillə-
rinin inkişafı tarixində kök sözün qu ruluşunun izlərini müəyyən
etmək mümkündür. Digər tə rəf dən, kök sözün əvvəlindəki samit
dəyişməsinin və söz orta sın da kı sait dəyişməsinin mövcudluğu
türk dillərinin inkişafında anali tizm meyillərinin mövcudluğuna
dair faktların aşkara çıxa rılıb təhlil edilməsinə imkan verir.
Məsələn, Fuad Qəniyevin tatar dilində fonetik söz yara dı-
cılığına həsr olunmuş əsərində söz tərkibindən səslərin düş mə si,
palatallaşması və vürğunun yerdəyişməsi yolu ilə məna də yişməsi
fonetik söz yaradıcılığının əsas mexanizm kimi təq dim edilir.
13
A.A.Naqayev söz tərkibindəki səs dəyişmələrini təhlil edə-
rək eyni kökdən yeni sözlər əmələ gəlməsini fonetik söz yara-
dıcılığı kimi səciyyələndirir. Diş-deş, od-üt (ü) kimi oxşar vari-
№2, с. 37; В.И. Асланов. Историческая лексикология азербайджанского языка. (докт. дисс.) Баку, 1973, с. 26 -27; S.Q.Əli za də. Azərbaycan dili sözlərinin sonundan q samitinin düşməsinə dair. S.M. Ki rov adına ADU- nun Elmi əsərləri. Dil və ədəbiyyat ser; 1972, №2,s. 11-14; R.Ə. Rüstəmov. Müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş fellər. Dilçilik məcmuəsi, XVII. сild, Bakı, 1963, c. 7-9; V. Aslanov. О путях установления первичных корней слов с непро дуктив ными аф фекса ми в тюркских языках. (на материале азер бай джан ского языка) «Исследование по грамматике и лексике тюркских язы ков». Ташкент, 1965. с. 132. F.A. Cəlilov. Azərbaycan dilinin morfo no lo giyası. Bakı, 1989. s. 98- 137. 1 3 Бах: Ф.А.Ганиев. Фонетическое словообразование в татарском языке. Казань, 1973, с. 3 – 38.