Mübariz Yusifov 124 arasında müşahidə edilir.
P-m samitlərinin keçidi yap-yam kökləri üzrə düzəlmiş ya- pışmaq, yapmaq, yapışıq-yamaq, yamamaq kimi sözlərdə mü-
şahidə edilir. Belə sözlərdə semantik əlaqə yapışmaq, bitişmək anlayışına əsaslanır.
Kök morfemlərdə daxili səs dəyişmələri ilə söz yaradıcılığı
Azərbaycan dilində sözyaratmanın qədim və daha aktual bir nö-
vünü təşkil edir.
Fonetik söz yaradıcılığı müasir dövrdə türk dilləri və o
cümlədən, Azərbaycan dili üçün aktual deyildir. Ancaq fonetik
söz yaradıcılığının izləri tamamilə itməmişdir. Müasir dövrdə
fonetik söz yaradıcılığının izləri təqlidi yolla yaranan sözlərdə
saxlanılır. Fonetik söz yaradıcılığının izləri aşağıdakı imitasiya
mühitində müşahidə edilir:
1) təbiət səslərinin imitasiyası bazasında yarananlar: şaq(-
şaqqıltı), şıq (şıqqıltı), şar (şarıltı), şır (şırıltı), gur (gurultu), vıy (vıyıltı) və s.
2) fiziki proseslırin imitasiyası bazasında yarananlar: taq (taqqıltı), tıq(tıqqıltı), tap (tappıltı), tıp (tıppıltı), çaq (çaqqıltı),
çıq(şıqqıltı) və s.
3) bioloji varlıqlara aid səslərin imitasiyası bazasında ya-
rananlar: cik(cikkilti), böy(böyürtü), məə(mələrti), qur (qurultu)
və s.
4) insanların daxili emosiyalarının ifadəsi ilə yarananlar:
çığ(çığırtı), qış(qışqırtı), sız(sızıltı), in(inilti), bağ(bağırtı) və s.
İmitasiya əsasında yaranan gur – gur, guruldamaq, xır – xır xı- rıldamaq, şaq-şaq şaqqıldamaq, sızım-sızım sızıldamaq, ilim-i- lim itmək, üzüm-üzüm üzülmək kimi təkrarlarda da fonetik söz
yaradıcılığının izləri qalmaqdadır.