Mənfi cəhətləri: Etibarlılığın aşağı olması. Çünki şəbəkənin fəaliyyəti mərkəzi kompüterdən asılıdır. Əgər mərkəzi kompüter sıradan çıxarsa onda bütün şəbəkə siradan çıxmış olacaq.
Şəbəkənin baha başa gəlməsi. Belə ki, hər bir kompüteri şəbəkəyə qoşmaq üçün ayrıca xətt lazımdır.
Halqa topologiyası: Halqa topologiyasında bütün kompüterlər halqa formasinda qapanmış xəttə qoşulurlar. Siqnallar
halqada bir istiqamət üzrə ötürülür və hər bir kompüterdən keçir. Bu cürə şəbəkədə informasiya bütün
kompüterlərdən keçir o vaxta qədər ki, informasiyanın ötürüləcəyi ünvan qəbuledicinin ünvanı ilə eyni
olsun. Halqavari strukturlu lokal şəbəkələrdə hər bir kompüter bir-biri ilə halqavari şəkildə, yəni
birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s. ,
sonuncu kompüter isə birinci kompüterlə birləşirdirilir. Nəticədə halqa yaranır. Bu tipologiyalı
kompüter şəbəkələrində məlumatlar müəyyən bir istiqamətdə bir kompüterdən qonşu kompüterə
ötürülmək şərti ilə lazımi kompüterə çatdırılır. Bu kompüter şəbəkəsinin çatışmayan cəhəti odur ki, hər
kompüter informasiya ötürülməsində birbaşa iştirak edir. Buna görə də hər hansı bir kompüter sıradan
çıxarsa şəbəkənin işinin pozulması ilə nəticələnər. Bir sözlə şəbəkənin işin davam etdirmək üçün bütün
kompüterlər işlək vəziyyətdə olmalıdır.
Üstün cəhətləri: İnformasiyanın ötürülməsi çox effektiv həyata keçirilir. Belə ki, bir informasiya ötürüldükdən sonra
növbətisini ötürmək olar.Şəbəkə geniş ərazini də əhatə edə bilər, bunun üçün əlavə siqnal gücləndirici
lazım deyil.
Mənfi cəhətləri: Yeni müştəri kompüterin şəbəkəyə qoşulması üçün bütün şəbəkə dayandırılmalıdır.Müştəri
kompüterlərin sayı çoxaldıqca şəbəkənin işləmə qabiliyyəti də zəifləyir.Şəbəkənin ümumi işləmə
keyfiyyəti ən zəif kompüterin işləmə keyfiyyəti ilə uyğunlaşdırılır.
Onu da qeyd edə ki, yuxarıda sadalanan əsas növ topologiyalardan əlavə onların qarışığından da
istifadə olunur.