Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə



Yüklə 0,52 Mb.
səhifə78/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   138
Yeni tarix müh

Kommuna və kənd. 1871-ci il 18 mart inqilabı qalib gəldiyi elə birinci gündəcə Paris mətbuatında inqilabi Parislə kəndlilərin ittifaqının labüdlüyü haqqında məqalələr çap olunmağa başladı. Yazıçı xanım Andre Leo (Leonil Şanse) kəndlilərə müraciət edib bu ittifaqın əhəmiyyətini aydınlaşdırdı. Kommuna aprel ayında 100 min nüsxə kəndlilərə müraciət çap etdirdi. Bu müraciətdə yazılırdı ki, Kommuna torpağı kəndliyə vermək istəyir. Və bu müraciətlər hava balonları vasitəsilə kəndlərə atılırdı. Çünki kəndlilərlə başqa cür əlaqə saxlamaq mümkün deyildi. Məhz bu tədbirdən sonra ayrı-ayrı yerlərdə kəndli çıxışları baş verdi. Lakin bu çıxışlara fəhlə rəhbərliyinin olmaması üzündən çıxışlar çox zəif olmuş və tezliklə dağıdılmışdır. Bununla da Kammuna kənddə özünə arxa tapa bilmədi.

Ümumiyyətlə Pris Kommunasının yaşaması Fransa əhalisinin onu necə müdafiə etməsindən asılı idi. 18 mart inqilabı Fransa şəhərlərində zəncirvari xalq həyəcanına səbəb oldu. Belə ki, 23 martda Marseldə, 24 martda Lionda, Narbonne və Tuluzada, 26 mart tarixində isə Krezada Kommunalar yaradıldı. Üsyan etmiş xalq qısa müddətə də olsa Sen-Etendə, Limonjedə və Fransanın digər şəhərlərində hakimiyyəti əllərinə ala bilmişdilər. Hətta Marseldə təşkil olunmuş kommuna aprelin 5-nə kimi yaşaya bilmişdir.

Paris Kommunası geniş xalq kütləsi içərisində aktiv siyasi iş aparmasına və Parisdə çoxlu sayda ictimai təşkilatların yaranmasına baxmayaraq, təəssüf ki, Fransa proletariatı öz partiyasını yarada bilməmişdir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin