Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Müharibəqabağı böhran və ölkənin beynəlxalq vəziyyəti



Yüklə 0,52 Mb.
səhifə97/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   138
Yeni tarix müh

Müharibəqabağı böhran və ölkənin beynəlxalq vəziyyəti. L.Corcun həyata keçirdiyi dəyişikliklər ölkədəki gərginliyi azda olsa yumşaltmadı. Fəhlələr ilə sahibkarlar arasındakı münaqişə getdikcə güclənirdi. 1911-ci ildən başlayaraq mədənçilərin, dokerlər, dənizçilər və digər fəhlələrin tətilləri başladı. Tətillərdə ən çox irəli sürülən tələblər isə Əmək haqqının artırılması, həmkarlar ittifaqlarının leqallaşdırılması, 8 saatlıq iş gününün qəbulu və s. idi.

XX əsrin əvvəllərindən başlayaraq İngiltərənin beynəlxalq vəziyyəti də qəflətən pisləşməyə başladı. XIX əsrin sonlarından başlayaraq güclənməkdə olan Almaniya imperiyası dünyanın yenidən bölünməsini tələb edirdi. Bu bölgüdən də əlbəttə ki, ən iri müstəmləkə sahibi olan İngiltərə zərər çəkə bilərdi. Bu səbəbdən də Alman-İngilis münasibətləri kəskinləşmişdir.

Almaniya müharibəyə hazırlaşırdı. İri dəniz donanmaları tikdirirdi. bUndan narahat olan İngiltərə də iri gəmilər tikməyə (hər birinin su tutumu 18 min ton) başladı. Bu iki dəniz dövləti arasındakı danışıqlar da bir fayda vermədi.

Müharibə təhlükəsi qarşısında qalan İngiltərə diplomatiyası müttəfiqlər axtarmağa başladı. Odur ki, İngiltərə ABŞ-ın xeyrinə olaraq Amerika kontinentindəki mövqelərindən imtina etdi. Hətta ABŞ və Kanada arasındakı sərhəd münaqişəsinin həllində də köməkçi oldu. Panama kanalının tikintisi planından da imtina etdi və öz donanmasını Amerika sularından geri çəkdi. İngiltərə Fransa və Rusiya ilə də münasibətlərini yaxşılaşdırmağa başladı.

1904-cü il 4 aprel tarixində Fransa ilə müqavilə bağladı . Bu müqavilə ilə Misir və Mərakeş üzərindəki qarşılıqlı maraqlar ləğv edildi. Fransanın Mərakeşdəki, İngiltərənin isə Misirdəki hökmranlığına mane ola biləcək hər hansı bir rəqabət aradan qaldırıldı. Misi və Mərakeşdə mövcud olan rəsmi statusun dəyişdirilməməsi qərara alındı. Müqavilənin gizli hissəsində isə dövlətlər bir-birlərinə bu dövlətlərdə hərəkat azadlığı verirdilər.

Razılaşmanın tərkibində nə ittifaqdan bir söz danışılırdı, nə də heç bir əməkdaşlıq öhdəliyi götürülmürdü. Buna baxmayaraq Fransa mətbuatı bu müqavilənin “səmimi saziş” (antant kordial) adlandırmışdır. Almaniya ilə başlanmış mübarizə fonunda isə Fransa ilə narazılıqların bitməsi gələcək üçün daha çox əlaqələr yaratmağa yol açırdı.

Sonra çoxdan bəri düyünə düşən İngiltərə-Rusiya münaqişəsi əhəmiyyətli dərəcədə zəifləməyə başladı. XIX əsrin 70-ci illərində bu iki dövlət arasındakı ziddiyyətlərin mərkəzi Balkanlarda idi, sonra isə Orta Asiyaya keçdi. Mübahisəli torpaq isə Əfqan torpaqları idi. Nəhayət ki, XX əsrdə ilk yerə Uzaq Şərq çıxdı. Çin və Koreyada Rusiyanın fəallığından narahat olan İngiltərə Yaponiya ilə ittifaq bağladı. Bu ittifaqa görə İngiltərə Yaponiyaya yaxınlaşmaqda olan rus-yapon müharibəsinə üçüncü dövlət qoşulduqdan sonra kömək etməyi öhdəsinə götürmüşdür.

Müharibədə çarizmin məğlubiyyəti və arxasınca başlayan 1905-1907-ci illər inqilabı Londonda göstərdi ki, rus çarizmi artıq təhlükəli deyildir. Yaponiya İngiltərənin maraqlarını geniş Asiya regionunda da qoruyurdu. Dənizlərdə və müstəmləkələrdə alman təhlükəsi getdikcə artırdı. İngiltərə ilə Fransa arasındakı mübahisəli problemləri formal da olsa həll etmək vaxtı çatmışdır ki, bu da “Antanta” ruhunda həyata keçirilmişdir. Maraqlar isə İran, Əfqanıstan və Tibetdə ayrılırdı. İran 3 zonaya bölünmüşdür: Şimalda Rusiyanın üstünlüyü hüquqi qəbul olunurdu; neftlə zəngin olan cənubi-şərq İngiltərənin, Orta hissə isə ölkəsi bölünərkən şəxsi fikri soruşulmayan İrana qalmışdır. Əfqanıstan Rusiyanın təsir dairəsindən kənarda hesab olunurdu. Hər iki tərəf isə Tibetin daxili işlərinə qarışmamağı öhdəsinə götürmüşdür.

1907-ci i 31 avqust tarixində isə İngiltərə Rusiya ilə ittifaq bağlayaraq yaxınlaşdı. Bunun ardınca isə kral Eduarda II Nikolay arasında Reveldə (Tallində) görüş oldu. Bu müqavilə ilə İngiltərə və Rusiya Yaxın Şərqdəki qarşılıqlı maraqlarını qaydaya saldılar (İran və Türkiyəyə dair maraqlarını).

Qaçılmaz olan hərbi toqquşmada ingilis imperializmi sürətdə hazırlaşırdı. Belə ki, müharibədən əvvəlki on il ərzində hərbi xərclər təxminən 3 dəfə artırılmışdır. 1903-cü ildə yaradılmış imperiya müdafiə komitəsi müharibənin aparılması üçün strateji plan da işləyib hazırlamışdır. İngiltərə hərbi dairələrə bölünmüşdür, yeni ordu birlikləri yaradılırdı. Hökumət ən böyük diqqəti isə dənizdə müharibəyə yönəltmişdir. Odur ki, gücləndirilmiş donanmalar əsasında yeni hərbi baxalar yaradılırdı. Ən əsası o idi ki, müharibəyə hazırlıq işləri müharibə əleyhinə qüvvələrdən gizlədilirdi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin