Mühazirə № Kimyəvi və bioliji təhlükəsizlik haqqında ümumi məlumat. Mühazirənin planı Təhlükəsizlik mühiti



Yüklə 38,1 Kb.
səhifə10/13
tarix02.01.2022
ölçüsü38,1 Kb.
#45554
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
Kimyəvi və bioloji təhlük

Kimyəvi zədələnmə ocağı
Kimyəvi silahın tətbiq edildiyi ərazidə kimyəvi zədələnmə zonası, onun hüdudları daxilində isə kimyəvi zədələnmə ocağı yaranır. Düşmən tərəfindən bilavasitə kimyəvi silah istifadə edilən ərazi və zədələyici konsentrasiyalarda ZM buludun yayıldığı ərazi və ya kimyəvi silahın təsirindən insanların, heyvanların və bitkilərin kütləvi zədələndiyi əraziyə kimyəvi zədələnmə ocağı deyilir. Kimyəvi zədə ocağının ölçüsü və xarakteri təkcə ZM növündən deyil, həm də hançı üsulla tətbiq edilməsindən, metereloji şəraitdən, ərazinin relyefindən, bitki örtüyünün vəziyyətindən və yaşayış məntəqələrindəki tikililərdən asılıdır.
Həmin ərazidə dəstələr əleyhiqazlarda olmalıdırlar. İtkilərin miqdarı və strukturu ZM xüsusiyyətlərindən və hansı döyüş vasitəsilə tətbiqindən asılıdır. Ən böyük itkilər yüksək toksiki təsirli, tez bir müddətə təsir edən ZM havadan kütləvi tətbiqi zamanı baş verir.
İnsan itkisini müəyyən edən əsas faktorlardan biri ZM-dən mühafizə səviyyəsidir, həmçinin, metereoloji şərait də bu faktorlardan biridir.
Kimyəvi zədə ocağında davamlı zəhərləyici maddələr istifadə edilir.
Kimyəvi döyüş sursatı partladıqda əmələ gələn ZM buxarları və aerozolları havanı zəhərləyir və birincili zəhərli hava buludu külək istiqamətində yayılaraq ZM olan döyüş sursatı bilavasitə partlamış ərazidən qat-qat böyük sahələri zəhərləyir.
Zəhərləyici maddənin bir hissəsi torpağa və obyektlərə damcı şəklində çökür və buxarlandıqda ikincili zəhərli hava buludu əmələ gəlir və yenidən insanları zədələyir.
Kimyəvi zədə ocağının kofiqurasiyası və ölçüləri ZM tipindən, növündən, miqdarından, nişangaha çatdıran vasitələrin miqdarından, ərazinin xarakterindən və meteroloji şəraitdən asılıdır. Bu ocağ 2 zonaya ayrılır: 1-zona ZM ilə bilavasitə zədələnmə ocağı; 2-ZM aerozolları və buxarlarının yayıldığı zona.
Kimyəvi döyüş sursatının təsirindən birincili ZM buludu yaranır. Bu buludun tərkibi ZM tipindən və döyüş halından asılıdır. Zarin tətbiq edildikdə birincili bulud yalnız bu maddənin buxarlarından ibarətdir, Vx qazlırı tətbiq edildikdə isə bulud aerozol hissəciklərindən ibarət olur. Püskürdücü aviasiya bombalarından istifadə edildikdə buludun tərkibindəki ZM-nin aerozolu və damcıları çökərək obyektləri, ərazini, su mənbələrini, texnikanı və insanları zədələyir.
Həmin ZM müxtəlif səthlərin üzərindən vaxt keçdikcə buxarlanır və nəticədə ZM ikincili buxar buludu əmələ gəlir. Hərəkət edən hava kütlələrinin təsiri ilə ZM buludu yayılır və seyrəlir, ona görə də ZM konsentrasiyası vaxt keçdikcə azalır və mühafizə olunmayan insanların təhlükəli doza alma ehtimalı azalır.
Zəhərli havanın yayılma dərinliyi metereoloji şəraitdən, ərazinin relyefindən, meşə massivlərinin və yaşayış məntəqələrindəki tikililərin sıxlığından asılıdır. Aydın günəşli havada zəhərli hava buludunun yayılması 2 dəfəyə qədər azalır, sıx tikili yaşayış məntəqələrində və meşə massivlərində zəhərli havanın yayılması 3-3,5 dəfə azalır.
Havanın, obyektlərin, texnikanın və insanların kimyəvi döyüş sursatları tətbiq edilən zaman zədələnməsi birincili kimyəvi zədələnmə adlanır. ZM tətbiq ediləndən sonra səthlərdən buxarlanan zəhərli maddə buxarları ilə zədələnmə ikncili zədələnmə adlanır. Bu cür zədələnmə həmçinin, insanların zədələnmiş ərazi ilə, əmək alətləri ilə və cihazlarla təması zamanı yaranır.


Yüklə 38,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin