Bərk sütgülər sürtünen cisimlərin səthlərinə nazik pərdə şəklində sürtülür. Belə maddələr kimi qrafit, molibden disulfid (MoS2), volfram disulfid (WS2), diselenid (NbSe2, TaSe2), diftorid (CaF2) istifadə olunur. Gösterilən maddələr kristal qəfəslərinin təbəqəli quruluşuna görə sürtgülük xassələrinə malikdirlər. Bu materiallar faydalı qazıntı kimi də hasil oluna bilər, asan yolla sintez də oluna bilər. Molibdenit yüksək vakuumda istər aşağı ( - 70 - dən), istərdə yüksək ( 700 - dək ) temperaturda kiçik sürtünmə əmsalını saxlayır. Onun sürtünmə əmsalına radioaktiv şüalanma zəif təsir edir. Ona görədə molibdenit kosmik, kriogen, nüvə texnikasında tətbiq olunan sürtgü kompoziyasının tərkibinə daxil olur.